Məhkəmə qərarları › İş №2(060)-5370/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5370/2020

11.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5370/2020 11.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçının qeydiyyatda olduğu ünvan Cəbrayıl rayonu, yaşayış yeri olaraq ünvan 1 ünvanı, cavabdehin poçt ünvanı olaraq Beyləqan rayonu, Günəşli qəsəbəsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM-nin) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36-cı maddəsi iddianın iddiaçının seçiminə görə aidiyyətini müəyyən etmişdir. Qeyd edilən Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması ….. haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri – Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi iddia ərizəsi nə iddiaçının seçiminə görə sonuncunun nə yaşayış yeri üzrə, nə də cavabdehin rəsmi qeydə alındığı yerə görə müvafiq məhkəməyə verilməmişdir. Eləcə də iddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhəri 1 saylı MKS-nin arayışda iddiaçının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində məcburi köçkün kimi məskunlaşdığı göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin ərazidə məskunlaşması barədə olan qeyd onun məcburi köçkün ailəsi olaraq həmin ünvanda məskunlaşması anlamına gəlməyə əsas vermir. Belə ki, məcburi köçkün statusu müvafiq səlahiyyətli qurum tərəfindən verilmiş vəsiqə ilə öz təsdiqini tapmaqla məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təmin edilir və həmin qurumun verdiyi arayışda göstərilməlidir. Belə bir vəsiqə və səlahiyyətli qurum tərəfindən verilmiş arayış iddia ərizəsinə əlavə edilməmişdir. Poçt ünvanı barədə, o cümlədən rəsmi qeydə alındğı yer barədə yetərli məlumatın iddia ərizəsində və əlavə edilmiş sənədlərdə öz əksini tapması məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün zəruridir. Hesab edirəm ki, qeyd olunanlar iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunalara əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar