Məhkəmə qərarları › İş №2(060)-5377/2020

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-5377/2020

07.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-5377/2020 07.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Azər İbrahim oğlu İsmayılov, Kreditor Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 6, mənzil 79 ünvanında yerləşən X2 Borclu Fərhad oğluna qarşı «əmr icraatı qaydasında pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Kreditor X3 Borclu Fərhad oğluna qarşı «əmr icraatı qaydasında pul tələbi» barədə məhkəmə əmri verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Fərhad oğlundan 383 manat və 493 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 876 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. X1 məhkəmə əmrinin verilməsi barədə ərizəsində göstərmişdir ki, onunla Borclu Fərhad oğlu arasında ayrı-ayrı vaxtlarda xx xxxxxx 2016-cı il tarixli, 00003129 saylı və xx xxxxxx 2017-ci il tarixli, 00003796 saylı “Kompüter və məişət avadanlıqlarının kredit şərtlərlə (nisyə) alqı-satqısı” müqavilələri bağlanmışdır. Borclu Fərhad oğlu tərəfindən xx xxxxxx 2016-cı il tarixil müqavilə ilə 1 ədəd Case for FUJİTSU planşet və 1 ədəd Cradle for FUJİTSU STYLİSTİC M532 avadanlıqlarının alınması müqabilində 588 manat, xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən 1 ədəd Case for FUJİTSU planşet, 1 ədəd Micro SD Card 32 GB və 1 ədəd FUJİTSU STYLİSTİC M532 avadanlıqlarının alınması müqabilində isə 588 manat məbləğində alqı-satqı məbləğinin ödənilməsi müəyyən edilmişdir. Həmin avadanlıqların borclu tərəfindən qəbul edilməsi tərəflər arasında bağlanmış təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Sözügedən müqavilələrə “Kompüter və məişət avadanlıqlarının dəyərinin ödəniş qrafiki” adlı 2 nömrəli əlavələr ilə cavabdeh hər iki müqavilə üzrə 12 aylıq kredit müddəti ilə hər ay 45 manat məbləğində ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq göstərilən avadanlıqların cavabdehə təhvil verilməsinə baxmayaraq, Borclu Fərhad oğlu müqavilələrin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, ödəniş cədvəli üzrə müəyyən edilmiş ödənişləri vaxtıvaxtında həyata keçirməmiş və nəticədə, həmin müqavilələlər ilə müəyyən edilmiş öhdəlikləri üzrə 383 manat və 493 manat məbləğində borcu yaranmışdır. Sözügedən Müqavilələrin 3-cü maddəsinə əsasən Alıcı dalbadal iki ödəniş müddəti ərzində müəyyən edilmiş ödənişi həyata keçirmədikdə, Satıcı Müqaviləyə əmlakın kredit şərtlərlə satılması hissəsində xitam verə və əmlakın dəyərinin tam ödənilməsi barədə məhkəməyə müraciət edə bilər. Belə olduqda, tərəfimdən cavabdehə yönəldilmiş xx xxxxx 2019-cu il tarixli pretenziya məktubları ilə borcun 7 gün müddətində ödənilməsi tələbi irəli sürülmüş, əks təqdirdə isə qanunvericilklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin müddətin başa çatmasına baxmayaraq, hələ də bugünədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə X1nun tələbinin aşkar olduğu, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 276.1-si maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, Əmr etdim: xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş və Sumqayıt şəhəri, MİK-8, ev 17/29, mənzil 97 ünvanında qeydiyyatda olan Borclu Fərhad oğlu oğlundan kreditor Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 6, mənzil 79 ünvanında yerləşən X2 xeyrinə cəmi 876 manat məbləğində kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutulsun. Borclu, məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar