Məhkəmə qərarları › İş №2(060)-5378/2020

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-5378/2020

07.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-5378/2020 07.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Süleymanova Almaz Məhərrəm qızı, ünvan 1 ünvanında qeydiyyatda olan kreditor X1 Borclu qarşı «əmr icraatı qaydasında pul tələbi» barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor X2 Borclu qarşı«əmr icraatı qaydasında pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 798 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, X2 ilə Borclu arasında xx xxxxxx 2017-ci il tarixli, 00003957 saylı “Kompüter və məişət avadanlıqlarının kredit şərtlərlə (nisyə) alqısatqısı" müqaviləsi bağlanmışdır. Bu Müqavilə ilə Borclu tərəfindən 1 ədəd Flash 8 GB Apaser AH-132, 1 ədəd Bag for notebook 15.6 Redline, 1 ədəd Mouse A4 Tech N 350 X, və 1 ədəd Lifebook AH544 G32 NG/Core 15-4200M/Ram 8Gb/HDD 750 gb/DVD-RW avadanlıqlarının təhvil verilməsi müqabilində 1098 manat məbləğində alqı-satqı məbləğinin ödənilməsi müəyyən edilmişdir. Sözügedən avadanlıqların cavabdeh tərəfindən qəbul edilməsi tərəflər arasında bağlanmış Təhvil-Təslim aktı ilə rəsmiləşdirilmişdir. Həmin Müqaviləyə “Kompüter və məişət avadanlıqlarının dəyərinin ödəniş qrafiki” adlı 2 N-li Əlavə ilə cavabdeh 10 aylıq kredit müddəti ilə hər ay 100 manat məbləğində ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq göstərilən avadanlıqların cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, ödəniş cədvəli üzrə müəyyən edilmiş ödənişləri vaxtı-vaxtında həyata keçirməmiş və nəticədə, həmin müqavilə öhdəlikləri üzrə 798 manat məbləğində borcu yaranmışdır. Sözügedən Müqavilənin 3-cü maddəsinə əsasən Alıcı dalbadal iki ödəniş müddəti ərzində müəyyən edilmiş ödənişi həyata keçirmədikdə, Satıcı Müqaviləyə əmlakın kredit şərtlərlə satılması hissəsində xitam verə və əmlakın dəyərinin tam ödənilməsi barədə məhkəməyə müraciət edə bilər. Belə olduqda kreditor tərəfindən borcluya yönəldilmiş xx xxxxx 2019-cu il tarixli pretenziya məktubu ilə borcun 7 gün müddətində ödənilməsi tələbi irəli sürülmüş, əks təqdirdə isə qanunvericilklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin müddətin başa çatmasına baxmayaraq, hələ də bugünədək borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinəəsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 428.4-cü maddəsinəəsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə sadələşdirilmiş qaydasında yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəmə MPM-nın 276.2.2-ci maddəsinəəsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1993-cü ildə ünvan 2 məhəllə 6 ünvanında qeydiyyatda olan Borclu X1 xeyrinə 798 (yeddi yüz doxsan səkkiz) manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 818 (səkkiz yüz on səkkiz) manat tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar