Məhkəmə qərarları › İş №2(060)-5383/2020

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-5383/2020

07.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-5383/2020 07.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Kreditor Tələbkar borclu X2 qarşı borc tələbinə dair məhkəmə əmri verilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor Tələbkar məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 528 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 548 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, onunla iş üzrə borclu X3 arasında xx.xx.2017-ci il tarixli 00004450 saylı “Komputer və məişət avadanlıqlarının kredit şərtlərlə (nisyə) alqı-satqısı” müqaviləsi imzalanmışdır. Bu müqavilə ilə X3 tərəfindən 1 ədəd TV Starx ** LN ***0 və 1 ədəd soyuducu HAUSER HRF 420W avadanlıqlarının təhvil verilməsi müqabilində 1948 manat məbləğində alqı-satqı məbləğinin ödənilməsi müəyyən edilmişdir. Sözügedən avadanlıqların cavabdeh tərəfindən qəbul edilməsi tərəflər arasında bağlanmış təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə “Komputer və məişət avadanlıqlarının dəyərinin ödəniş qrafiki” adlı 2 nömrəli Əlavə ilə cavabdeh 12 aylıq kredit müddəti ilə hər ay 154 manat məbləğində ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq göstərilən avadanlıqların cavabdehə təvil verilməsinə baxmayaraq, X3 müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, ödəniş cədvəli üzrə müəyyən edilmiş ödənişləri vaxtı-vaxtında həyata keçirməmişdir. Belə olduqda tərəflərindən cavabdehə yönəldilmiş xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə borcun 7 gün müddətində ödənilməsi tələbi irəli sürülmüş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh X3 həmin pretenziya məktubundan sonra müqavilə üzrə həyata keçirilməli olan alqı-satqı məbləğindən 300 manat ödəniş etmiş, qalan 528 manat məbləğində borcu bugünədək ödəməmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli 00004450 saylı “Komputer və məişət avadanlıqlarının kredit şərtlərlə (nisyə) alqı-satqısı” müqaviləsindən və “Komputer və məişət avadanlıqlarının dəyərinin ödəniş qrafiki” adlı 2 nömrəli Əlavədən görünür ki, Tələbkar tərəfindən borclu X2 480,5 manat dəyərində 1 ədəd TV Starx ** LN ***0 və 1467,5 manat dəyərində 1 ədəd HAUSER HRF 420W markalı soyuducu 100 manat ilkin ödəniş edilməklə 1848 manat məbləğində məişət avadanlığı 12 ay müddətinə, ayda 154 manat ödəniş edilməklə kreditlə - nisyə satılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli arayışa əsasən, X3 ilə bağlanmış xx.xx.2017-ci il tarixli 00004450 saylı alqı-satqı müqaviləsi üzrə Borclu 528 manat məbləğində borcu qalmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, 480,5 manat dəyərində 1 ədəd TV Starx ** LN ***0 və 1467,5 manat dəyərində 1 ədəd HAUSER HRF 420W markalı soyuducu Tələbkar tərəfindən borclu X2 təhvil verilmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə Tələbkar tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1972-ci ildə Gürcüstan Respublikası, Bolnisi şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X1 xx.xx.2017-ci il tarixli 00004450 saylı alqı-satqı müqaviləsi üzrə 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 548 (beş yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar