Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5391/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Səmədli (İsbarova) Nərmin Telman qızı və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “birgə nikah dövründə yaranmış borcun bölgüsü tələbinə” dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə onun adına olan kredit müqaviləsi əsasında Kapital bank ASC-nin Qubadlı filialına olan 8968,25 manat vəsaitə görə banka qalan borcun Cavabdeh ilə onun arasında bölgüsü və kredit üzrə borcun banka olan aylıq ödənişinin yarısının, 138,35 manat pulun xx.xx.2027-ci il tarixə kimi hər ay ondan tutularaq adına olan kredit müqaviləsi üzrə Kapitalbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2017-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 adında 1 övladları vardır. Cavabdehlə münasibətləri pozulmuş və bu səbəbdən də hazırda məhkəmədə boşanma prosesi gedir. Cavabdehlə birgə nikahda olduqları vaxt, Kapital bank ASC-nin Qubadlı filialı ilə onun arasında 2019-cu ildə bağlanmış kredit müqaviləsinə əsasən 35 ay müddətinə qaytarmaq şərti ilə əvvəlcə 6600 manat birkartla kredit verilmiş, sonradan bank tərəfindən həmin kredit müqaviləsi üzrə restruktizasiya aparılmış və sonuncu dəfə yaranmış 8968,25 manat məbləğində kredit borcu xx.xx.2022-ci ildə restruktizasiya edilməklə 59 ay müddətində, xx.xx.2027-ci il tarixə kimi hər ay banka 276,07 manat vəsaitin ödənilməsi öhdəliyi qoyulmuş və bununla bağlı qrafik də tərtib edilmişdir. O, cavabdehlə 2023-cü ilin fevral ayından faktiki ayrılmış və bu kredit borcunu özü ödəyir, o kreditin ödənilməsində könüllü olaraq köməklik göstərmir və vəsaiti tam ödəmək onun üçün çətinliklər yaradır, halbuki bu borc hər ikisinin borcudur və cavabdeh borcun onun payına düşən 1/2 hissəni hər ay ona və ya banka ödəməlidir ki, bank qarşısında öhdəlik yerinə yetirilsin. O, bu məsələnin məhkəmədənkənar həlli ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiyaya gəlməmiş və bu səbəbdən də məhkəməyə müraciət edir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək bildirdi ki, o, hazırda həm aliment, həm də kredit borcunu ödəyir. Onun maaşı 595 manat təşkil edir ki, o, alimentlə birlikdə kredit borcunu ödəyə bilmir. Buna görə də birgə nikah dövründə əldə etdikləri kreditin cavabdehlə aralarında bölünməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 29 sentyabr 2022-ci ildə iddiaçının adına yeni ödəniş qrafiki açılmışdır. Tərəflər boşanmaq üçün mart ayında məhkəməyə müraciət etmişlər. Bundan əvvəldə tərəflər ayrı yaşamışlar. Qeyd edilən pul ailəsi üçün xərclənməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə üçüncü şəxs "xxxx" ASC qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər 07 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı bir övladları var. İşdə olan xx.xx.2020-ci il tarixli, BRED2082092A126 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC ilə Səmədli İlqar oğlu arasında kredit kartı (Bir Kart) verilməsimə dair müqavilə bağlanmışdır. Kredit xəttinin limiti 6650 manat təşkil edir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli, №RGTK6819639A126 saylı Kredit Müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı (“borcalan”) 8968,25 manat məbləğində 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə kreditin verilməsini, borcalan isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə Qubadlı filialı arasında 2019-cu il tarixdə kredit müqaviləsi rəsmiləşdirilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Qubadlı filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində BRED2082092A126 müqavilə nömrəli 6650 AZN ( altı min altı yüz əlli manat ) limitində kredit kartı rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixində BRED2082092A126 müqavilə nömrəli kredit kartının 5367.76 AZN (beş min üç yüz altmış yeddi manat yetmiş altı qəpik ) qalıq borcu bağlanılmaq şərti ilə GTKR4069347Aİ26 müqavilə nömrəli 6100 AZN (altı min yüz manat) limitində nağd pul krediti verilmişdir. xx.xx.2021-ci il tarixində BRML4342274A299 müqavilə nömrəli 4250 AZN (dörd min iki yüz əlli manat) limitində kredit kartı rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixində GTKR4069347A126 müqavilə nömrəli nağd pul kreditinin 5530.38 AZN (beş min beş yüz otuz manat otuz səkkiz qəpik) qalıq borcu və BRML4342274A299 müqavilə nömrəli kredit kartının 4039.61 AZN (dörd min otuz doqquz manat altmış bir qəpik ) qalıq borcu bağlanılmaq şərti ilə GTKR4515232A126 müqavilə nömrəli 10600 AZN (on min altı yüz manat) limitində nağd pul krediti verilmişdir. xx.xx.2022-ci il tarixində müştərinin krediti ödəmə qüvvəsi zəif olduğundan 8968.25 AZN (səkkiz min doqquz yüz altmış səkkiz manat iyirmi beş qəpik) qalıq borcu müqavilə müddəti uzadılaraq RGTK6819639A126 müqavilə nömrəli kreditə çevirilmişdir. Cari tarixə müştərinin bank qarşısında qalıq borcu 8004.07 AZN (səkkiz min dörd manat yeddi qəpik ) təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2023-cü il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. X4 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.8-ci maddəsinə görə ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Yuxarıda qeyd edilən normaların tələblərindən də görünür ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onlrın hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub olmaması məsələsi həll edilərkən məhkəmə formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırır. Məhkəmə zamanı müəyyən olundu ki, iddiaçı götürdüyü kredit borcunu ailə məsrəflərinə xərcləməmiş eyni zamanda, həmin kredit götürülən zaman cavabdehlə faktiki olaraq ayrı yaşamışlar. İddiaçı götürdüyü kredit borcunu ailəyə xərclənməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-cı maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Səmədli (İsbarova) Nərmin Telman qızı və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “birgə nikah dövründə yaranmış borcun bölgüsü tələbinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş rüsumlar İddiaçı özünə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5391/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5391/2023
04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver