Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-5413/2020 09.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Süleymanova Almaz Məhərrəm qızı, ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı «əmr icraatı qaydasında pul tələbi» barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC Borclu qarşı«əmr icraatı qaydasında pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində doğulmuş və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yat 6, İİ paralel küçəsi, məhəllə 9 ünvanında qeydiyyatda olan Borclu 1460 manat əsas borc və 20 manat məbləğindəödənilmiş dövlət rüsumunun, cəmi 1480 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h:AZ531BAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Şücaət oğlu xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1290 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 172 manat borcu qalıb. İş üzrə Borclu Şücaət oğlu xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1280 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 210 manat borcu qalıb. İş üzrə Borclu Şücaət oğlu xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1711 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 770 manat borcu qalıb. İş üzrə Borclu Şücaət oğlu xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 820 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 308 manat borcu qalıb. Odur ki, borcludan 1460 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1480 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizəəsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 428.4-cü maddəsinəəsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə sadələşdirilmiş qaydasında yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəməəmri verilə bilər. Məhkəmə MPM-nın 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1987-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yat 6, İİ paralel küçəsi, məhəllə 9 ünvanında qeydiyyatda olan Borclu Kreditor xeyrinə 1460 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1480 (bir min dörd yüz səksən) manat tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5413/2020
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-5413/2020
09.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver