Məhkəmə qərarları › İş №2(060)-5484/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5484/2020

18.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5484/2020 18.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, iddiaçının rəsmi qeydə alındığı ünvan Tovuz rayonu Aşağı Quşçu kəndi, cavabdehin rəsmi qeydə alındığı ünvan Tovuz rayonu Əsrik Cırdaxan kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM-nin) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36-cı maddəsi iddianın iddiaçının seçiminə görə aidiyyətini müəyyən etmişdir. Qeyd edilən Məcəllənin 36.5-ci maddəsinə əsasən ……..nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi iddia nə iddiaçının, nə də cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə müvafiq məhkəməyə verilməmiş, bununla da iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. MPM-nin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 36, 152-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar