Məhkəmə qərarları › İş №2(060)-5486/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5486/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5486/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil,Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2018ci il təvəllüdlü İnci və xx.xx.2018-ci il təvəllüdlü Uğur adlı övladları doğulmuşdur. Cavabdeh ailəni tərk edərək getmişdir. Cavabdehin aliment ödəməyə tam maddi imkanı vardır. Uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2018-ci ildə doğulmuş X6 və xx.xx.2018-ci ildə doğulmuş X3 hər birinin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatına ödənilmiş 50 manat rüsumun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı özü iddiasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1ci maddəsini qeyd edib əsaslandırsa da onun aylıq maaşı 798 manat olmasını nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən də aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Bu o deməkdir ki, ondan tutulmalı olan alimentin məbləği qanunun tələbinə əsasən 798x3/1=266 manat edir. Bundan başqa onu da qeyd edir ki, o 8 saatlıq iş rejimində 798 manat əmək haqqı müqabilində aparatçı işləyir. Bu, məhkəməyə təqdim etdiyi (etiraza qoşma kimi əmək müqaviləsi bildirişinin surətinə baxıla aydın görünür. İddiaçı həmçinin qeyd edir ki, yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ölkə üzrə yaşayış minimumu, ehtiyac meyarı da 246 manat kimi müəyyən edilmişdir. Onun aylıq maaşından 440 manat aliment məbləği çıxıldıqda ona qalan məbləğ 358 manat təşkil edir ki, həmin məbləğlə də onun ehtiyaclarının ödənməsi qeyri-mümkün olur. Yerdə qalacaq məbləğ onun maaşının 50 faizindən çox edir. Bu məbləğin təyin edilməsi onun gələciyini, həyatını da təhlükə altına alacaq və həmin məbləği ödəyə bilməyəcəyi üçün azadlıqdan belə məhrum oluna bilər. Alimentin məbləğinin artması onunüçün çox böyük məhrumiyyətlərə gətirib çıxara bilər. Qeyd edir ki, atası X4 da onun himayəsindədir. Onkoloji xəstədir. Bir böyrəyi əməliyyata götürülmüş, onu daima müalicə və müayinə elətdirir. Həmin xəstəlik tarixindən çıxarışı da etiraz ərizəsinə əlavə etmişdir. Həmçinin o, əmək qanunvericiliyində qeyd edilmiş normaya əsasən gün ərzində 8 saat işləyir və bundan artıq gedib hardasa işləyib (səhhətinə və dövlətin müəyyən etdiyi qanunvericiliyə əsasən) iddiaçının tələb etdiyi alimenti ödəyə bilməz. Bundan başqa onu da bildirir ki, iddiaçı “İTEA” medical klubda tibbi bacısı işləyir. Hər ay vaxtlı-vaxtında əmək haqqı alır. Qanunvericilik onu da qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludular. Yuxarıda qeyd etdiyi kimi bir daha bildirir ki, hal-hazırda o əmək müqaviləsi ilə işləyir və aylıq sabit qazancı və gəliri vardır. Əgər məqsəd qanunla işə düzgün baxılıb qanunauyğun qətnamə qəbul etməkdirsə, onda hesab edir ki, aliment Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla iki uşağa görə onun gəlirlərinin və qazancının üçdə biri məbləğində təyin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun ola həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd etdiyi hallardan və qanunvericiliyin tələblərindən də göründüyü kimi, o iddiaçının tələb etdiyi hər uşaq üçün 220 manatı, cəmi 440 manatı ödəmək iqtidarında deyildir. Bir ata olaraq imkanı, gücü yetsə idi daha artığını da ödəmək istəyərdi. Lakin müvafiq şərtlərlə və şəraitlə bunu etmək qeyri-mümkündür. Bundan başqa onu da bildirir ki, mediasiya xərcinin də ondan tələb edilməsi qanunsuz və əsassızdır. Məhkəmədən bu halın da nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər rəsmi nikahdadırlar. Hazırda əkiz uşaqları vardır. Cavabdeh ilə faktiki ayrılmışlar. İddiaçı uşaqları ilə birlikdə kirayədə yaşayır. Hal-hazırda kirayə haqqını da ödəyir. İddiaçı tibb bacısı işləyir və əmək haqqı 300-350 manat civarında olur. Həmin əmək haqqı ilə yaşaya bilmirlər. Etiraz ərizəsində münasibətdə qeyd edir ki, cavabdeh orada göstərir ki, atası xərçəng xəstəsidir. Hazırda taksi sürücüsü kimi fəaliyyət göstərir. Anası işləyir. Evdə beş nəfər ailə tərkibi vardır ki, hər biri də maaş alırlar. Cavabdeh özü alqı-satqı ilə məşğul olur və bununla bağlı olaraq da əlavə gəlirləri olur. Tərəflərin arasında narazılıqlar olduğu üçün maşını satmışdır. Həmin müddətə qədər taksi fəaliyyəti ilə məşğul olurdu. İş yerindən gəliri sabitdir və 800 manat təxmini maaşı vardır. Qeyd olunanlara əsasən iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, buraya gəlmək üçün məzuniyyət götürmüşdür. Onun vaxtı yoxdur ki, bir neçə işlə məşğul olsun. 800 manat maaş almış və hamısını ailəsinə vermişdir. 2020-ci ilə qədər 300 manat maaş alırdı. O məbləğ ilə ailəsini dolandırmışdır. Başqa gəliri yoxdur. 2016-cı ildə alqı-satqı işi ilə məşğul olmuşdur. Hal-hazırda həmin işlə məşğul deyildir. Maşın isə atasının maşını olmuş və satılmışdır. İddiaçı uşaqları saat beşə kimi baxçaya qoyur. Baxça isə dövlət baxçası olduğu üçün, ödənişsizdir. İddiaçı özü sübut etməlidir ki, baxça ödənişlidir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfndən verilmiş 05 iyul 2017 –ci il tarixli, AZ-İİ seriyalı, 204886 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin iyul ayının 05-ci günündə 1963 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şəfiyev, arvada isə Şəfiyeva soyadı verilmişdir. Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB-5- 00950 saylı arayışdan görünür ki, Cavabdeh Nüsrət oğlu ilkin mediasiya sessiyasının tarixi,saatı və yeri barədə 10 gün əvvəlcədən məktub göndərilməklə poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı Yusif qızının etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda piroliz aparatçısı vəzifəsində işləməklə rəsmi 798.72 manat əmək haqqı alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışından görünür ki, X1 böyrəyin cri diaqnozu qoyulmuşdur. Özünü bir neçə aydır ki, xəstə hesab edir. Xəstəliyini heç nə ilə əlaqələndirmir. Təsadüfi müayinələrdə sağ böyrəkdə törəmə aşkar olunduğundan ATU-nun Onkoloji Klinikasına müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı yalnız aliment öhdəliyinin olması baxımından iddia tələbini müdafiə etməsinə baxmayaraq tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin Cavabdeh iddia tələbinə dair etiraz və mülahizələrinin əsasları ilə bağlı heç bir mötəbər sübutu məhkəmə müdafiəsinin predmeti olmamışdır. Bu baxımdan məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Tərəflər təqdim etmədiyi təqdirdə işdə olan mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Belə ki, iddiaçının bu il üçün müəyyən olunmuş 220 manat məbləğində tələb etməsi, eyni zamanda cavabdehin hər uşaq üçün 220 manat ödəmək iqtidarında olmamasını qeyd etməsi baxımından bu qənaətə gəlir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək tərəflərin birgə yaşamadıqlarını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, o cümlədən əkiz uşaqlar olmasına münasibətdə onların saxlanılmasına xüsusi diqqət tələb olunduğundan, cavabdehin əmək haqqına uyğun alimentin müəyyən edilməsinin uşaqların mənafeyinə təsir göstərməsi baxımından, uzun müddət birlikdə yaşamaqlarını, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumillikdə 400 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 09 avqust 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (AM 100.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 avqust 2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, ümumillikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar