Məhkəmə qərarları › İş №2(060)-5513/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5513/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5513/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləği formasında alimentin və uşaqlarının üç yaşı tamam olanadək onun saxlanılması üçün 100 manat maddi yardımın tutularaq ona ödəniiməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildə Sumqayıt “ASAN xidməf mərkəzində 973 saylı qeyd ilə rəsmiləşən nikahla cavabdeh - Cavabdeh ilə ailə qurmuşdurlar. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü - X5 adlı qızları və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı oğlu dünyaya gəlib. Qeyd etmək istəyir ki, cavabdehin ailəsinin müdaxiləsi nəticəsində baş vermiş ailə münaqişəsindən sonra onlar xx.xx.2024cü il tarixindən etibarən faktiki olaraq ayrı yaşayırlar. Birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 adlı qızı və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı oğlu onun himayəsindədır. O və övladları hazırda valideynləri ilə birlikdə yaşayırlar. Maddi xərcləri xəstə ana və atası tərəfindən ödənilir. Həmin vaxtdan bəri cavabdeh övladlarının heç bir maddi ehtiyacını ödəməmiş, bir ata kimi körpə uşaqlarının necə yaşaması, hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamış və valideynin uşağını saxlamaq vəzifəsini yadından çıxarmışdır. Onu da qeyd edir ki, övladlarının üç yaşı hələ tamam olmadığı üçün onları valideyn qayğısından məhrum edib heç bir yerdə işləyə bilmir. Həmçinin, uşaqlarının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, tək başına edə bilmir. Cavabdehin özü tərəfindən idarə olunan istixana (parnik) biznesi mövcuddur. Bundan əlavə cavabdehin digər rəsmi olmayan işlər üzrə gəlirləri ilə birlikdə aylıq qazancı 2000-2500 manat təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il təvəllüdlü X5 adlı qızı və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək sabit pul məbləği formasında alimentin, eləcə də uşaqların üç yaşı tamam olanadək hər ay onun saxlanılmağı üçün pul vəsaitinin tutularaq ona verilməsinin məqsədəuyğun olduğunu düşünür. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında olan xx.xx.2021-ci il tarixli rəsmi nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı aliment tələbinə dair ıddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü-X5 və xx.xx.2023-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 235 manat cəmi 470 manat sabit pui məbləğində aliment və uşaqların üç yaşı tamam olanadəkdək 100 manat maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ilkin iddia tələbini qismən qəbul edir və hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edir. O cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurublar. Həmin nikahdan iki övladları var. 1. X5xx.xx.2022-ci il təvəilüdlü 2. X6-xx.xx.2023-cu il təvəllüdlü. Cavabdehlə xasiyyətləri düz gəlmir. Elə bu səbəbdən aralarında tez-tez mübahisələr əmələ gəlir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. İddiaçı qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, qarşı tərəflə 4 aydır ki, ayrı yaşayırlar. Evdən çıxandan demək olar ki, ona cavabdeh tərəfindən heç bir köməklik edilməyib. Sadəcə son ayda cavabdeh ona maddi yardım edib. Belə ki, uşağının nitqində problem var və cavabdeh uşağı loqopedə aparılması üçün 165 manat və bir neçə dəfə də yemək və bez almaq üçün pul verib. Uşaq xəstə olduğu üçün xərcləri çoxdur. Cavabdehin imkanı yaxşıdır. Bankda işləyən qardaşının köməkliyi ilə cavabdehə biznes krediti verilib. Cavabdeh atası və anasının adına parniklər üçün də kredit götürüb. Atası və anası da ailəli olduğu vaxtda həmişə köməklik edib. Onu da qeyd edir ki, birlikdə olan zaman cavabdehilə uşağı aparıb bahalı xəstəxanada müalicə etdiriblər, yəni cavabdehin maddi imkanı aşağı deyil. Qeyd edir ki, ailəsi qaynanasının müdaxiləsi nəticəsində dağılır. Qaynanası onu evdən qovacağı ilə hədələdiyi üçün aralarında mübahisə olub və o həmin vaxt sinir krizi keçirərək qaynanansının yaxasından tutub. Həmin mübahisə nəticəsində o, infarkt keçirib. Bundan başqa qarşı tərəf və ailəsi də onun valideynlərini təhqir edib. O, süni şəkildə heç kimdən üzr istəmək istəmir. Qarşı tərəfdən qoyulan şərtlərlə əlaqədar ailənin bərpası, barışıq əldə edilməsi mümkün deyil. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçı ilə boşanmağı təkid edir. Nikahın pozulması ilə bağlı tərəddüd etmir. İddiaçı onun anasının yaxasından tutub silkələyib. Hesab edir ki, bundan sonra ailənin bərpası və onların birlikdə yaşaması mümkün deyil. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, onun iddia ərizəsində qeyd edildiyi kimi 2500 manat aylıq gəliri yoxdur. Həmişə gücü çatdığı qədər uşaqlarının xərclərini qarşılayıb. Hazırda uşaqlarının saxlanılması üçün maksimum 400 manat aliment ödəyə bilər. Bundan başqa uşaqları ilə görüşmək də istəyir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İİ 442351 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə Sumqayıt Asan Xidmət X4 nikaha girərək ailə qurmuşlar və bu nikah 973 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Bayramzadə soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 926612 saylı və AZ-İV 717507 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş vergi ödəyicisi barədə məlumatlardan görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur və "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də cari hesabları vardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər artıq ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Ailənin bərpası mümkün deyil. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərə barışmaq üçün 3 ay vaxt verməklə işi təxirə salsa da, bu müddət ərzində tərəflər arasında hər hansı bir barışıq olmamışdır. Hazırki iş üzrə tərəflər arasında barışıq olmadığı üçün məhkəmə hesab edir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də İddiaçı və Cavabdeh arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığı, uşaqların… saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qalması barədə saziş olmadığına görə onların birgə nikahından olan uşaqlarının kiminlə qalması məsələsini həll edərkən məhkəmə uşaqların körpə olmaqla anaları ilə yaşadığını və cavabdehin uşaqların anasının himayəsinə verilməsinə etirazının olmamasını nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 anaları İddiaçı ilə qalmalı, aliment Cavabdeh tutulmalıdır. Məhkəmə iddianın alimentin məbləği ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün alimentin məbləği hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi hər ay əlavə olaraq 100 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin olunmalıdır. Belə ki, nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 1) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 2) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 3) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 4) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. Məhkəmə xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X2 olmalarını, ana qayğısına daha çox ehtiyacının olmasını, körpə uşaqlarına qulluqla əlaqədar İddiaçı işləmək imkanının məhdud olmasını, qarşılıqlı iddiaçının maddi vəziyyətinin qənaətbəxş olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, daha balaca olan xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay əlavə olaraq Cavabdeh İddiaçı xeyrinə 50 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Sumqayıt Asan Xidmət X4 bağlanmış 973 saylı nikah qeydi pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında qalsın. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat və xx.xx.2023-cü il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar