Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5617/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Təvəkkül oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Təvəkkül oğlunun Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Təvəkkül oğlu Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 fevral 2008-ci ildə doğulmuş X7 və 12 fevral 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 440 manat (220+220) sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Təvəkkül oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci ildə Cavabdeh ilə dövlət qeydiyyatlı nikahla ailə qurmuşdur. Bu nikahdan 25 fevral 2008-ci ildə İsmayıl, 12 fevral 2011-ci ildə Binyamin və 29 may 2018-ci ildə İbrahim adlı 3 uşaqları olmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-5753/202-ci il saylı qətnaməsi ilə nikahları pozulmuş, hər üç uşağın cavabdehin yanında qalması müəyyən edilmiş, ondan cavabdehin xeyrinə 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 450 (150+150+150) manat məbləğində alimentin tutulması qərara alınmışdır və o, da həmin alimenti ödəmişdir. 2021-ci ilin dekabr ayından 25 fevral 2008-ci il təvəllüdlü İsmayıl və 12 fevral 2011-ci il təvəllüdlü Binyamin adlı 2 böyük uşaq cavabdehin onları döyüb-incitdiyini əsas gətirərək qaçıb onun yanına gəlmişlər və hazırda da onun yanında qalırlar. O, nə qədər desə də onlar analarının yanında yaşamaq istəmirlər. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-39/2023-cü il saylı qətnaməsi ilə onun cavabdehdən uşaq tələbi təmin edilmiş, 25 fevral 2008-ci ildə doğulmuş X7 və 12 fevral 2011-ci ildə doğulmuş X5 rəsmi olaraq cavabdehdən alınaraq ona verilmişdir. 29 may 2018-ci ildə doğulmuş İbrahim adlı uşaq isə hal-hazırda cavabdehin yanındadır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3489/2023 saylı qətnaməsi ilə o, xx.xx.2023-cü il tarixdən başlayaraq 25 fevral 2008-ci ildə doğulmuş X7 və 12 fevral 2011ci ildə doğulmuş X3 münasibətdə cavabdehə aliment ödəməkdən azad edilmişdir. Hazırda isə o, 2 uşağın saxlanması üçün cavabdehdən aliment tələb etmək hüququna malikdir. Göründüyü kimi birgə nikahdan doğulan 3 uşaqdan biri anasının, ikisi isə atasının yanında qalır. O, bir uşaq üçün aliment ödəyirsə, cavabdeh də iki uşaq üçün ona aliment ödəməlidir. Belə olan halda o, himayəsində yaşayan iki uşaq üçün cavabdehdən aliment tələb etməkdə haqlıdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Təvəkkül oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ-İ 404812 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Təvəkkül oğlu ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 23.0.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 100398, AZ-İİ 616821 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahlarından 25 fevral 2008-ci ildə təvəllüdlü X7 və 12 fevral 2011-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5753/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 418 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2011 -ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalmaları, 18 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2011 -ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması sabit pul məbləğində üçün hər ay hər uşağa görə 150 manat ümumilikdə 450 manat miqdarında alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-39/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 Cavabdeh alınıb ataları İddiaçı Təvəkkül oğluna verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-39/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq 25 fevral 2008-ci ildə doğulmuş X7 və 12 fevral 2011ci ildə doğulmuş X3 münasibətdə Cavabdeh aliment ödəməkdən azad edilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, tərəflərin birgə nikahından olan daha bir uşağın anasının himayəsində olmasını nəzərə alaraq hesab edir ki, 25 fevral 2008-ci ildə təvəllüdlü X7 və 12 fevral 2011-ci il təvəllüdlü X1 üçün alimentin hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməsi onların əvvəlki təminat səviyyəsinin saxlanılmasına imkan verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 25 fevral 2008-ci ildə təvəllüdlü X7 və 12 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Təvəkkül oğluna verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5617/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5617/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver