Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5768/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X4 oğlunun, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «evdən çıxarılma, evə istifadə hüququnun itirilmiş hesab edilməsi, dəbbə pulunun və kirayə haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,8 m2 olan bağ evinə dair ünvan 2ində təsdiqlənmiş 19.04.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,8 m2 olan bağ evinə dair ünvan 2ində təsdiqlənmiş 19.04.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi və bu müqavilə əsasında cavabdehə verilmiş 27.04.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,8 m2 olan bağ evini 29.000 manata Cavabdeh satmışdır və bu haqda ünvan 2ində təsdiqlənmiş 19.04.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi imzalamışlar. Aralarındakı razılaşmaya görə cavabdeh ona 35.000 manat pul verməli idi. O isə mülkiyyətində olan evi cavabdehə təhvil verməli idi. Cavabdeh ilk andan müqavilə şərtlərini pozmağa başlamışdır. Aralarındakı alğı-satqı müqaviləsinə və şifahi razılaşmaya görə evi 2 ay müddətinə təhvil verməli olduğu halda, özünün əri kimi təqdim etdiyi Salman adlı şəxs digər şəxslərin iştirakı ilə evinə soxularaq onu təhqir etmiş, qanunsuz olaraq kombi istilik sistemini və mətbəx mebelini evin üstündə verməsini tələb etmişdir. Onun əlil və yoldaşının kor olmasından sui-istifadə edərək həyətində tikinti aparmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Cavabdeh onunla evin həyətində mübahisə edən zaman evi qaytarmağı bildirmiş və o da razılaşmışdır. Lakin sonradan cavabdeh imtina etmişdir. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən bu məktubu aldıqdan 7 gün ərzində fikrini bildirməyi xahiş etmiş və əks halda müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Müqavilənin ləğv edilməsini cavabdehə təklif etmiş, lakin cavabdeh cavab məktubu ilə imtina etmişdir. Əliyeva X1 Sahib Ağababa oğluna qarşı «evdən çıxarılma, evə istifadə hüququnun itirilmiş hesab edilməsi, dəbbə pulunun və kirayə haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən 2281 L sayğı bağ evindən çıxarılmaları, həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdeh müqavilənin şərtlərini pozduğu üçün 2.000 manat dəbbə pulu və məhkəmə qətnaməsi qəbul edildikdən və qanuni qüvvəsini alana qədər olan müddət üçün hər ay 250 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsində ona qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Həmin iş üzrə qarşılıqlı iddia vermək qərarına gəlmişdir. İlk öncə məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin ilk iddia ərizəsində göstərdiyi xüsusatların bir cümləsi belə həqiqətə uyğun deyil. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olan oğlu X4 oğlunun havadarlığı və diqtəsi ilə evdən çıxmamaq üçün müxtəlif bəhanə gətirir və faktiki olaraq onları təhqir etməklə yanaşı şantaj edir. Evin satışı ilə bağlı onlar internetdəki elan vasitəsi ilə tanış olmuşlar. Cavabdeh ilə evin dəyəri barədə razılığa gəlmişlər. Əvvəlcə cavabdeh evin dəyərini 30.000 manat söyləmişdir. Lakin onlar, 29.000 manata sonuncu ilə razılaşmışlar. Razılıqları belə olub ki, mətbəx mebelini, istilik sistemini sonuncu onlara verəcək. 19.04.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən bağ evinin dəyərini tam ödəməklə İddiaçı almışdır. Azərbaycan Respublikası daşınmaz əmlakın dövlət reyestrindən 27.04.2021-ci il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri Corat bağları ərazisi ünvanında yerləşən ümumi sahəsi 46,80 m2-dən ibarət olan 2281 L saylı ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Alğı-satqı müqaviləsindən bir neçə həftə sonra cavabdehin öz razılığı ilə həyətdə tikinti işləri aparmışlar. Aralarında heç bir mübahisə olmamışdır. Lakin sonradan cavabdeh evdən çıxmamaq üçün yuxarıda qeyd etdiyi kimi müxtəlif bəhanələr gətirmiş və onlara bildiriş göndərmişdir. Bildirişə aşağıdakı məzmunda cavab vermiş və təkid etmişdir ki, müqavilənin şərtlərinə uyğun davransın və 19.06.2021-ci il tarixdə evi boşaltsın. Məhkəmənin nəzərinə çatdırır ki, onlar ünvan 4 ünvanda yaşamışlar. 3 otaqdan ibarət olan həmin mənzildə yaşamaq üçün hər bir şərait olmuş, lakin borca düşdükləri üçün 05.04.2021-ci il tarixdə həmin mənzili satmaq məcburiyyətində qalmışlar. Məhz ucuz ev axtarmalarının da səbəbi buna görə baş vermişdir ki, aprel ayının 5-də həmin mənzili satmışlar, aprel ayının 19-da isə hazırkı evi almışlar ki, köçüb yaşasınlar. Cavabdeh bağ evinin əvvəlki sahibidir. Ev ona satılarkən, İddiaçı və ailə üzvləri, o cümlədən cavabdeh, evin satılmasına dair razılıqlarını vermişlər. Alğı-satqı müqaviləsinin 13-cü maddəsində cavabdehin qeydiyyatdan çıxma üzrə sonuncu tarixi 19.06.2021-ci il göstərilmişdir. Nəzərə çatdırır ki, əslində cavabdeh evi onlara satarkən, razılaşdıqları və alğı-satqı müqaviləsində öz əksini tapmış məbləğin daxilində evin müəyyən avadanlıqlarını, o cümlədən mətbəx mebelini və kombi sistemini onlara verməli idi. Alğı-satqıdan sonra bildirmişdir ki, onları da götürəcək. Həmçinin, cavabdehin razılığı ilə evin həyətində tikinti işləri aparmışlar. Yəni, bir sözlə müqavilənin şərtləri onlar tərəfindən pozulmamışdır. Aralarında bağlanmış müqavilənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulan heç bir hal mövcud deyil. Cavabdehin pasport qeydiyyatı formal xarakter daşıyır. Dəfələrlə ona xəbər göndərib xəbərdarlıq etmişdir ki, evi ailə üzvləri ilə birlikdə tərk etsin. Lakin, o, evi tərk etmək əvəzinə hal-hazırkı iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətində olan evdən çıxmırlar və hətta faktiki olaraq onların özlərini, şəxsi mülkiyyətlərində olan evdən məhrum etmişdir. Cavabdehin onun mülkiyyətində olan evdən çıxarılmasına dair xəbərdarlıq etsə də, bunun heç bir nəticəsi olmamışdır. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 11-ci bəndində göstərilir ki, satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu andan 1 ay müddətinə alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 il müddətində qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Müqavilənin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Hal-hazırda o, ailə üzvləri ilə birlikdə cavabdehin təqsiri üzündən kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Yaşadıqları mənzildə kirayə haqqı 250 manatdır. O, cavabdehlərin təqsiri üzündən məcbur olub mənəvi sarsıntı keçirməklə bərabər, hər ay 250 manat kirayə haqqı ödəyir. Bundan əlavə, mənzili boşaltdıqları üçün əmlakların hərəsini bir yerə yığmışdır. Bu hala görə də, maddi və mənəvi zərər çəkir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X4 oğlu məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddia tələbini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddia tələbini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia üzrə iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19 aprel 2021-ci il tarixdə ünvan 2inin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan Sumqayıt şəhəri Corat Bağlar Ərazisi, 2281L ünvanda yerləşən, ümumi sahəsi 46,8 m2 olan bağ evini 28.000 manata Cavabdeh satmışdır. Müqavilənin 4-cü bəndində alğı-satqı məbləğinin strukturu göstərilməklə qeyd olunmuşdur ki, ev 20.000 manata, torpaq sahəsi (0,0105 ha) 8.000 manata, cəmi 28.000 manata satılmışdır. Müqavilənin 13-cü bəndinə əsasən İddiaçı 19.06.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən satıcı İddiaçı 19.06.2021-ci il tarixədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcı Cavabdeh faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Tərəflərə alğı-satqı müqaviləsi bağlanmasının hüquqi nəticələri öncədən izah edilmiş, tərəflər heç bir təzyiq, basqı, təhdid, aldatma olmadan alğı-satqı müqaviləsini sərbəst iradə ifadələrinə əsasən imzalamışlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxxarışdan görünür ki, Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən 2281L saylı ev və evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh adına 27 aprel 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş bildiriş və bildirişə cavabdan görünür ki, tərəflər qarşılıqlı şəkildə bir-birilərini müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərə riayət etməməkdə təqsirli hərəkət, yaxud hərəkətsizlik göstərməkdə ittiham edərək, bir tərəf müqavilənin ləğv edilməsini, digər tərəf isə müqavilə üzrə öhdəliklərin icra edilərək, evin boşaldılıb təhvil verilməsini tələb etmişdir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı tərəfindən 19 aprel 2021-ci il tarixdə ünvan 2inin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin şərtləri icra edilməmiş, o, evdən qeydiyyatdan və həmçinin evin özündən çıxmamış, evi yardımçı vasitələri ilə birlikdə Cavabdeh təhvil verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qarşılıqlı iddia üzrə cavabdehin qeyd olunan evdə yaşaması və qeydiyyatda qalması qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən 2281L saylı evin keçmiş mülkiyyətçisi alğı-satqı müqaviləsinə əsasən həmin evi alıcı Cavabdeh üçüncü şəxslərin hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təstiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin evin keçmiş mülkiyyətçisi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, özü və ailə üzvləri evi boşaldaraq alıcıya təhvil verib, başqa yaşayış yerinə getməmiş, evdən qeydiyyatdan çıxmamış və mənzil üçüncü şəxslərin hüquqlarından azad olunmamışdır. Hazırda keçmiş mülkiyyətçinin adına qeyd olunan evin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin ev mülkiyyət hüququ üzrə dövlət reyestrində qarşılıqlı iddia üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Hazırda qarşılıqlı iddia üzrə iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq qarşılıqlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 20 (iyirmi) manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi» tələbinə dair ilk iddiası rədd edilməli; ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli; Cavabdeh İddiaçı qarşı «evdən çıxarılma, evə istifadə hüququnun itirilmiş hesab edilməsi, dəbbə pulunun və kirayə haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli; İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən 2281 L sayğı bağ evindən istifadə hüquqları itirilmiş hesab edilməklə, onlar həmin evdən çıxarılmalı; qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməli; qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı kirayə müqaviləsinin, həmçinin kirayə müqaviləsi üzrə ödənişlər etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı «evdən çıxarılma, evə istifadə hüququnun itirilmiş hesab edilməsi, dəbbə pulunun və kirayə haqlarının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən 2281 L sayğı bağ evindən istifadə hüquqları itirilmiş hesab edilməklə, onlar həmin evdən çıxarılsınlar. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5768/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5768/2021
01.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver