Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5870/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər 235 (iki yüz otuz beş) manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X12 ilə 14 noyabr 2007-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X14 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4462/2017 saylı, 03 aprel 2017ci il tarixli qətnaməsi ilə nikaha xitam verilməsi, həmçinin X4 birgə nikahdan olan Səfərli Fatimə İlham qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 136 (yüz otuz altı) manat 60 (altmış) qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq borclu X4 birgə nikahdan olan Səfərli Fatimə İlham qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iş icra məmuru Toğrul Rüstəmovun icraatındadır. Bildirir ki, qətnamə icraya yönəldilsə də, bu günə qədər İddiaçı heç bir ödəniş edilməmişdir. X2 18 000 manata qədər məbləğdə aliment borcu yaranmışdır. Qeyd edir ki, hal-hazırda İddiaçı qızı Səfərli Fatimə ilə birlikdə "Təmiz Dünya" Sığınacaq Mərkəzində yaşayır. Hazırki halda iddiaçının qızı Səfərli Fatimənin normal həyat şəraitini təmin etmək üçün alimentin ödənilməsi zəruridir. Lakin iddiaçının keçmiş əri X12 artıq 8 ildir ki, aliment borcunu ödəmədiyi üçün X1 ilə bağlı alimentin buna imkanı olan cavabdeh tərəf olan nənənin- Cavabdeh tutulması zərurəti yaranmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, Səfərli İlham cavabdehin oğludur. İlhamla iddiaçı arasında bağlanılmış nikah pozulmuş, birgə nikahdan olan övladlarının saxlanılması üçün aliment müəyyən edilmişdir. İlham müəyyən müddət alimenti ödəmişdir. Lakin iddiaçı uşaqla ünsiyyətə maneyə yaratdığına görə Səfərli İlham aliment ödəməkdən imtina etmişdir. X19 ölkə xaricindədir. İddiaçı isə alimentin tutulmasını onun anasından tələb edir. Cavabdehin oğlu anasını pis vəziyyətdə qoymuşdur. Oğlu anasına da maddi köməklik etmir. Bildirir ki, cavabdeh tək qadındır və 363 manat təqaüd alır. Bundan əlavə cavabdeh xəstədir və aldığı təqaüd onun öz yaşaması üçün kifayət etmir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, xəstədir. Həyat yoldaşı vəfat etmişdir. Oğlu ilə əlaqəsi yoxdur. O, 363 manat təqaüd alır və başqa gəliri yoxdur. Onun aliment ödəməyə maddi imkanı yoxdur. Aldığı təqaüdlə müalicə xərclərini ödəyir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4462/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilərək, İlham Əlizadə oğlu ilə X11 arasında Sumqayıt şəhər VVADQ şöbəsində 2007-ci ilin noyabr ayının 14-cü günündə akt qeydləri kitabında 1064 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulmasından sonra xx.xx.2010-cu il təvəllüdlü X13 anası X3 yanında qalması və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 mart 2017-ci il tarixindən başlayaraq X5 hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4462/2017 saylı, qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq və qətnam qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh X4 İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutulması qət edilmişdir. İşə əlavə olan AZ-İV №037683 saylı, xx.xx.2018-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2010-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞƏhər Məhkəməsinin 2(060)-4462 saylı, xx.xx.2017-ci il və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu X7 hər iki iş üzrə olan aliment borcu 11094 manat təşkil edir. Borclu İ.Səfərlinin yeri məlum olmadığından xx.xx.2017-ci il tarixli axtarış qərarı ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunmuşdur. X12 barəsində xx.xx.2017-ci il tarixdə axtarış işi açılmış onun yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İş materiallarında olan şəxs haqqında elektron məlumatdan görünür ki, Cavabdeh təüqadçüdür və 363,86 manat təaqüd alır. İş materiallarında olan şəxs haqqında elektron məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də bank əməliyyatçısı vəzifəsində çalışır və 393 manat maaş alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X15 xx.xx.2024-cü il tarixində saat 12:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Müvafiq icra sənədi üzrə uşağın atası X12 aliment təyin olunan gündən heç bir aliment ödənişi etməmişdir. Hal-hazırda İlham Səfərlinin 11094 manat aliment borcu qalmaqdadır. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borclunun aliment öhdəliyini icra etməməsi onun öhdəliyinin xitamına səbəb olmur. Bununla bağlı məcburi icra tədbirlərinin və digər hüquqi hərəkətlərin görülməsinin tələb edilməsi hüququ tələbkar İddiaçı izah edilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Yəni, maddənin dispozitiv şərtlərinə əsasən, sözügedən hüquq özünün hər iki valideynindən yardım ala bilməyən uşaqlara şamil edilir. Hazırki mülki iş üzrə isə uşaq iddiaçı, yəni anasının yanında yaşayır. İddia tələbini isə məhz ana irəli sürmüşdür. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Valideynlər sağ olduğu hallarda uşaqları saxlamaq öhdəliyinin yaşlı nənə və babanın üzərinə qoyulması dərindən təhlil edilməlidir. Eyni zamanda iş materiallarından göründüyü kimi cavabdeh 363 manat təqaüd alır və başqa gəlirə malik deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5870/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5870/2024
14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver