Məhkəmə qərarları › İş №2(060)-5924/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5924/2022

21.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5924/2022 21.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 830/2019 saylı, 16 yanvar 2019-cu İl tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən olunması qət edilmişdir. Aralarında olan rəsmi nikah pozularkən onlar öz aralarında alimentlə bağlı şifahi qaydada razılığa gəldiklərindən o, cavabdehdən aliment tələb etməmişdir. Lakin cavabdeh aralarında olan razılaşmaya əməl etmir, uşağın saxlanması üçün ona aliment ödəmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə cavabdehin qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğində aliment tutulub ona verilməlidir. Cavabdeh Klass Kərpic Zavodunda elektrik vəzifəsində işləyir. Aylıq əmək haqqı təxminən 1000-1200 manat təşkil edir. Həmçinin hesab edir ki, alimentin tutulmasının əvvəli ilkin mediasiya sesiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə arayışın verildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulub ona verilməsi və mediasiya üçün ödədiyi 50 manat rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinə dəqiqləşməsi barədə ərizə təqdim edərək tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödənilmiş 50 manat rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun, eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabehin əmək haqqı 400 manat məbləğindədir. O, həmçinin ikinci dəfə ailə həyatı qurmuşdur. Yaxın vaxtlarda ikinci nikahdan övladı dünyaya gələcəkdir. Bu səbəbdən cavabdehdən 250 manat məbləğində alimentin tutulması onun vəziyyənin pisləşməsinə səbəb olacaqdır. Ona görə də alimentin cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində tutulması barədə qətnamə qəbul edilməsini və alimentin tutulmasının qanunvericiliyə uyğun olaraq iddiaçının məhkəməməyə müraciət etdiyi vaxtdan hesablanmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər – İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak edərək ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-830/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 2045 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 319043 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 77 № ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 3 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixində akt qeydləri kitabında 1745 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mirzəliyev, arvada isə Mirzəliyeva soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 436 saylı arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixində həkim-mama ginekoloq müayinəsində olmuş, “19-20 həftəlik hamiləlik” diaqnozu qoyulmuşdur. İş materiallarında olan məhkəmə tərəfindən AZEMİS-də olan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-də mühəndis, elektrik sistemləri vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mülki məhkəmə icraatı qaydasında aparılan icraat zamanı hər bir tərəf sübut və dəlilləri əks olunan dolğun məlumatları məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Bundan əlavə cavabdeh iddia tələbini qəbul etməyərək etiraz etdikdə, həmin etirazın nədən ibarət olduğunu məhkəmədə əsaslandırılmalıdır.Bu prizmadan çıxış edərək məhkəmə bu qənaətə gəlir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sübut etmək vəzifəsindən çıxış etməyərək, məhkəmə tərəfindən müəyyən edilən hallara əsasən cavabdehin əmək haqqının məbləği barədə məlumat əldə olunduqdan sonra sabit pul məbləğində olmaqla 250 manat məbləğində alimentin mediasiyaya müraciət edildiyi vaxtdan tutulmasını xahiş edərək, bunun alimentin əvvəlki illər üçün ödənilməyən vaxtlarda tələb etmək hüquqlarının olmasına istinad etmişdir. Lakin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən öz tələbinin əsasını təşkil edən halları məhkəmədə sübut edə bilməmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək əsasən həmin məbləği ödəmək üçün əmək haqqı yetərli olmadığını, Cavabdeh əmək haqqının 400 manat olmasını, ikinci dəfə ailə həyatı qurduğunu və həmin nikahdan övladının olacağını, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment, həmçinin mediasiya xərcinin əvəzi olaraq 25 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (AM 100.2-ci maddəsi). Məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 25 avqust 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment, həmçinin mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat pul tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar