Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5934/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əlavə xərclərə cəlb olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 160 manat, ümumillikdə 480 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək hər ay hər uşağa görə 100 manat, ümumillikdə 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikahdan keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X15 oğlu adlı övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulması, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X15 oğluna yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat, ümumillikdə 480 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət olunmuşdur. Onun birinci instansiya məhkəməsinin qətnaməsindən və məhkəmə proseslərindən xəbəri olmamışdır. O məhkəmədə iştirak etməmişdir. Apellyasiya şikayəti vermək istədikdə isə ona bildirilmişdir ki, qətnamə onun elektron kabinetinə yüklənmiş, o isə şikayət vermək müddətini ötürmüşdür. Bu səbəbdən də o məcbur olmuş, yenidən məhkəməyə müraciət etmişdir. O İddiaçı "xxxx" MMC-də operator köməkçisi işləyir. Aylıq əmək haqqı 680 manatdır. O hazırda kirayə yaşayır. Heç bir əlavə gəliri yoxdur. Hər ay 480 manat aliment verdikdə onun gündəlik zavod çörəyinə belə gücü çatmır. Belində pretruziya yəni yırtıq var, dərmanlarının və kirayəsinin haqqı elə 200 manatdan çox edir. Qarşı tərəf isə dövlətdən aylıq 403 manat məbləğində sosial yardım alır. Həmçinin ata və anasının himayəsindədir. Belə olan halda nə dərəcədə qanuni və insaflıdır ki, Azərbaycan Respublikasının Ailə qanunvericiliyi və Azərbaycan Respublikasının Konstitusiyası övladların saxlanılmasının valideynlərin hər ikisinin borcu olduğu halda ona münasibətdə bu tətbiq olunmamışdır. Onun çətin vəziyyətinin nəzərə alınmasını və aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əlavə xərclərə cəlb olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh İddiaçı birgə nikahlarından doğulmuş qızları X2 təhsil haqqının ödənilməsi üçün çəkilən əlavə xərclərdə iştirak etməyə cəlb olunması və cavabdehdən onun xeyrinə hər ay 160.00 (yüz altmış) manat sabit pul məbləğində maddi yardım tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı “alimentin azaldılması tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi əsassız və həqiqətə uyğun olmadığına görə hesab edir ki, qarşılıqlı iddia tələbi irəli sürülməlidir. Belə ki, İddiaçı ilə xx.xx.2008-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X15 oğlu adlı üç uşaqları anadan olmuşdur. Hazırda, yuxarıda göstərilən ünvanda valideynlərinin yanında yaşayırlar. Yaşadıqları müddət ərzində cavabdeh ailəni maddi cəhətdən təmin etmədiyinə, ailənin qayğısına qalmadığına görə ailə münasibətləri pozulmuşdur. Belə ki, son zamanlar Ruslan qumar oynamağa qurşanmış və ailəsini maddi cəhətdən təmin etməmişdir. Ona görə də cavabdehə qarşı “sabit pul məbləğində aliment tutulması tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə cavabdehlə birgə nikahlarından doğulmuş X3, X8 oğlunun və X15 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 160.00 manat olmaqla, ümumillikdə 480.00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı “alimentin azaldılması tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 480 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirilərək hər ay hər uşağa görə 100 manat, ümumillikdə 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O işləmir. Belə ki, evdar qadındır. Uşaqların qidalanması, tərbiyə və təhsil alması ilə məşğuldur. Uşaqlar onun, o da valideynlərinin himayəsində yaşayır. Qızı Gülay Sumqayıt Şəhər “X6” ödənişli təhsil alır. Maddi vəziyyətləri ağırdır. Yaşayış şərtlərinin daha da çətinləşməsi, qiymətlərin qalxması, Gülayın təhsil haqqının ödənilməsində olan problemlər və digər səbəblərdən gündəlik maddi tələblatlarını lazımınca ödəyə bilmirlər. Hesab edir ki, cavabdeh İddiaçı Gülay üçün çəkilən əlavə xərclərdə iştirak etməyə cəlb olunmalıdır. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5934/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əlavə xərclərə cəlb olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbi üzrə tələbi qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, bütün sənədləri təqdim etmişdir. Hesab edir ki, aliment məbləği azaldılmalıdır. Qeyd edir ki, başqa cür yaşamaq mümkün deyildir. 200 manat ilə yaşaya bilmir. Həkim ona icazə vermir ki, o getsin və başqa bir ikinci bir işdə işləsin. Ödənişləri vaxtlı-vaxtında edə bilmir. Borcları yığılmışdır. İş yoldaşlarının hər birinə müəyyən miqdarlarda borcu vardır. Aliment məbləği ilə bağlı borcu yoxdur. Çünki, avtomatik olaraq pul ondan tutulur. 680 manat əmək haqqı alır. Onun isə 480 manatı aliment üçün tutulur. İş yerindən onları məzuniyyətə buraxdıqları üçün bir ay müddətində dostunun obyektində işləmişdir. Qeyri-müəyyən iş vaxtları olduğu üçün ikinci bir işdə işləmək üçün vaxtı yoxdur. Böyük övladı artıq doqquzuncu sinifdə təhsil alır. Bildirir ki, dolanmaq istəyir. İstəyir ki, aylıq dolanışıq xərclərini, kommunal ödənişləri və digər zəruri tələblatlarını aybaay qarşılasın. Onun məhkəmədən xəbəri olmamışdır. 2 ay sonra pul tutulmağa başladıqdan sonra başa düşmüşdür ki, məhkəmə işi olmuşdur. Lakin Apellyasiya məhkəməsinə müraciət etmiş, onlar isə 2 ay müddətin keçməsi ilə bağlı qəbul edə bilmədiklərini tərəfin diqqətinə çatdırmışlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, qarşı tərəf il yarım və yaxud iki ildən çoxdur ki, əlavə işdə işləyir. Sözügedən şəxs evə pul gətirmədiyinə görə məcbur olmuş və məhkəməyə müraciət etmişdir. Uşaqların təhsilinə isə pul lazımdır. Apellyasiya məhkəməsinə iş verən zaman adını portaldan çıxarmışdır ki, guya ofisiant işi ilə məşğul olmur. Cavabdeh üçün önəmli olan uşağın təhsili və gələcəyidir. Sonuncu işləmir. Onun yanında körpə uşaq olduğu üçün, ayaq üstə çox dayana bilmədiyi və ayaqları şişdiyi üçün işləyə bilmir. Məhkəmə işdə iştirak edən iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki iş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 02 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01509 nömrəli arayışdan görünür ki, tərəflər Cavabdeh ilə İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişlər. Hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010- cu il təvəllüdlü X8 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X15 oğlu adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı 11 oktyabr 2008-ci il tarixdə Kürdəmir Rayon qeydiyyat şöbəsində bağlanmış rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 345 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X15 oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından isə görünür ki, İddiaçı "xxxx" MMC-də operator vəzifəsində işləyir və 732.96 manat əmək haqqı alır. Eyni zamanda ofisiant işləyir və 175 manat əmək haqqı isə işəgötürən X11 tərəfindən verilir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 01 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01451 nömrəli arayışdan görünür ki, tərəflər Cavabdeh ilə İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişlər. Hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan MYGOV elektron sistemindən əlavə edilmiş xx.xx.2023-cü il tarixli vətəndaşın iş yeri haqqında arayışından görünür ki, İddiaçı X1 tərəfindən işə götürülmüş və orta aylıq əmək haqqı 345 manat təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhsil haqqı ödəniş cədvəlindən görünür ki, X3 təhsil haqqını valideyni Cavabdeh xx.xx.2023-cü il tarixə 270 manat, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixləri üçün hə ay 240 manat, xx.xx.2023-cü il tarixi üçün 220 manat ödəmiş, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri üçün isə 220 manat ödəməyi qəbul etmişdir. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli dinləyici qeydiyyatı haqqında müqavilədən görünür ki, icraçı X10 Həsənli sifarişçi X7 ilə müqavilə bağlamışdır. İcraçı və sifarişçi X12 oğlunun 9-cu sinif, İV qrup, Azərbaycan bölməsi üzrə ali məktəblərin qəbul imtahanlarına hazırlığı barədə razılığa gəlmişlər. İcraçı dinləyiciyə təhsil xidmətləri göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin müqabilində müqavilə ilə razılaşdırılmış xidmət haqqını tələb olunan müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Unikal Klinika MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 742C nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində Unikal Klinika MMC-də həkim-nevroloqun qəbulunda olmuşdur. Pasientin ağır fiziki iş görməsi məsləhət bilinməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir Rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iş üzrə borclu İddiaçı 1281.77 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair Kürdəmir rayon Notariat İdarəsinin 8i-8301 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi göndərilərək təklif olunmuşdur ki, vergilər tutulduqdan sonra borcluya çatası əmək haqqından hər ay 40% tutularaq "xxxx" ASC-nin göstərilən bank hesabına, həmçinin hər ay 10% miqdarında ümumi məbləğin 7% olan 90 manat məbləğində icra ödənişinin Kürdəmir rayon İcra şöbəsinin Maliyyə İdarəsində yerləşən depozit hesabına köçürülməsi xahiş olunmuşdur. İcra sənədi üzrə icra ödənişi tam ödənildikdən sonra isə, yenidən "xxxx" ASC-yə olan tutulmaların 50%-lə aparılmasına göstəriş vermək xahiş olunmuşdur. İcra sənədi tam icra olunduqdan sonra icra sənədinin ödənişlərə dair sənədlərlə birgə dərhal Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə qaytarılması xahiş olunmuşdur. İş materiallarında olan Kürdəmir rayon Notariat İdarəsinin 8i-8301 saylı, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1281 manat 77 qəpik pul tutulması qərara alınmış, həmin icra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, X14 11A məhəllədə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsi 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1989-cu il tarixli Konvensiyanın 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və sair) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı aliment məbləğinin azaldılması ilə bağlı məhkəmə iclasında izahat verərək, iş yoldaşlarına borcunun olduğunu, kommunal ödənişlər və ərzaq xərci ilə bağlı narahatçılıqlar yaşadığını qeyd etmiş, lakin yuxarıda sözü gedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən tərəfin əlavə xərclərə məruz qalmasının uşaqların mənafeyinə toxunan hal olduğunu, ən əsası alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməz olduğunu nəzərə almamışdır. Bundan əlavə 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmiş, eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 160 manatın kifayət qədər uyğun məbləğ olduğunu və tərəfin də əlavə işlərədə işləməsi işin araşdırılan hallarına əsasən təsdiq olunduğunu nəzərə alaraq məhkəmə müəyyən edilmiş aliment məbləğinin ağlabatan və ədalətli olduğu qənaətinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, ilkin iddia üzrə iddiaçı məhkəmə iclasında izahat verərək əlavə işdə səhhəti ilə bağlı işləmədiyini və həkim rəyini məhkəməyə təqdim etmiş, lakin əksinə onun həqiqətən əlavə işdə işlədiyi müəyyən olunmuşdur.Bütün qeyd olunanlar iddiaçı tərəfindən verilmiş iddia tələbinin əsasını təşkil edən halların məhkəmə iclasında araşdırılan hallarla sübut olunmamış, iddia tələbinin əsası öz təsdiqini tapmamışdır. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (Ailə Məcəlləsi 81.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə isə qeyd edir ki, ilkin iddia üzrə iddiaçının Kürdəmir Rayon Notariat İdarəsinin 8İ-8301 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə əmək haqqının 50% i həcmində tutulması, bundan sonra məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 480 manat məbləğində aliment ödəmək öhdəliyinin olması, onun əsas iş yeri üzrə aylıq əmək haqqının kifayət etmədiyini, əlavə iş yeri üzrə işləmək məcburiyyətində olması baxımından onun şəxs olaraq özünün zəruri yaşamaq üçün lazımi vəsaitə ehtiyacı olması və digər diqqətəlayiq halları nəzərə alaraq əlavə yardıma cəlb edilməsini məqsədəuyğun hesab etmir. Belə ki, 2023-cü il üçün ölkə üzrə yaşayış meyarı əmək qabiliyyətli əhali üçün 261 manat müəyyən edilmişdir. Şəxsin özünün də ehtiyaclarını nəzərə alaraq və uşaqları saxlamağın hər iki valideynin borcu olması baxımından əlavə xərclərə cəlb olunması ağlabatan deyildir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1151/2023 saylı, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X15 oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırki iş üzrə ilkin iddia üzrə iddiaçının əsaslandırmasından müəyyən olunur ki, iddiaçı maddi vəziyyətinin dəyişdiyi, xəstəliyi ilə bağlı alimentin azaldılması barədə tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Belə ki, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqelərinə uyğun deyildir. Məhkəmə hesab edir ki, iddiaçı aliment miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən ilkin iddia üzrə cavabdeh azyaşlı uşaqları ilə ilkin iddia üzrə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, ilkin iddia üzrə iddiaçının həmin uşaqların saxlanılmasında onların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, o uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməli olması baxımından onun qanunvericiliyin, həmçinin mənəvi cəhətdən valideyn borcu olmaqla, uşaqların mənafeyinə təsir göstərən amildir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeyinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Bundan başqa, ilkin iddia üzrə iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Göründüyü kimi iddiaçının maddi vəziyyətində olan dəyişiklik alimentin məbləğinin azaldılmasına əsas olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, hər iki tərəf məhkəməyə müraciət etmək üçün qanunla müəyyənləşdirilmiş miqdarda dövlət rüsumu ödədiyindən və məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan, bundan əlavə iş üzrə məhkəmə məsrəfi olmadığından, eyni zamanda məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid olduğundan və ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin olunmadığından iş üzrə ödənilmiş rüsumlar tərəflərin özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əlavə xərclərə cəlb olunması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əlavə xərclərə cəlb olunması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5934/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5934/2023
11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver