Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5946/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "alimentin tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası Cavabdeh iddiaçının anası X5 ilə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx xxxxx 2006-cı il tarixdə İddiaçı dünyaya gəlmişdir. 2013-cü ildə anası X5 atası Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2445/2013 saylı, 15 may 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının saxlanılmağı üçün hər ay 93 manat məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra 2019-cu ildə anası X1 Rəfail Qasım oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının yetkinlik yaşına çatanadək saxlanılmağı üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin artırılaraq 2019-cu ilin sabit pul məbləğində, yəni 160 manat məbləğində alimentin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3895/2019 saylı, 19 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2445/2013 saylı, 15 may 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla və qətnamənin qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı X2 xeyrinə iddiaçının yetkinlik yaşına çatana kimi saxlanılmağı üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. 03 aprel 2024-cü il tarixdə iddiaçının 18 yaşı tamam olduğundan yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə iddiaçının saxlanılmağı üçün müəyyən edilmiş alimentin ödənilməsi dayandırılmışdır. İddiaçı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Xəstəlik nəticəsində iddiaçının ikinci dərəcəli əlilliyi müəyyən edilmişdir, iddiaçının əmək qabiliyyəti yoxdur. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı saxlanılmağı üçün hər ay sabit pul məbləğində 250 manat alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbinin qismən, yəni alimentin 150 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİİ № 145707 saylı, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r.
7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3895/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2445/2013 saylı, 15 may 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı X4 xeyrinə xx xxxxx 2006-cı il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 20 iyul 2014cü il tarixində verilmiş AZ-İ № 187633 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 15 mart 2012-ci il tarixində 130 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Nağıyeva soyadı verilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı müddətsiz 2-ci qrup əlildir. Diaqnoz: G80.0 Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01600 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, iddiaçı X5 50 manat məbləğndə mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı yetkinlik yaşına çatmış, habelə ikinci qrup əlil olmaqla, əmək qabiliyyəti yoxdur, müntəzəm olaraq müalicə alır. Cavabdeh onun atasıdır, iddiaçının xəstəliyi ilə əlaqədar maddi yardıma ehtiyacı vardır, Cavabdeh ona maddi yardım etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Eyni Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.
15. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-cu maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər (maddə 29.1.). Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir (maddə 29.2.). Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar (maddə 29.4.).
17. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər. Bu hallardan biri də övladın xəstə olması və həmin xəstəliyin müalicəsi üçün zəruri vəsaitin ödənilməsinin valideyn tərəfindən qarşılanmasıdır.
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı serebral iflic xəstəliyindən əziyyət çəkir.
19. Məhkəmə Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən, eyni zamanda yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan İddiaçı mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan İddiaçı saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir.
20. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 22 avqust 2024cü il tarixdə daxil olmuşdur. Məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
22. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 avqust 2024-cü il tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 avqust 2024-cü il tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva