Məhkəmə qərarları › İş №2(060)-5954/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5954/2024

23.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5954/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı Cavabdeh qarşı yığılmış alimentin tələbinə dair iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yığılmış aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin hallarından göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-139/2015 saylı, 11 mart 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Bağırova (Mahmudova) Xumarə Əsban qızı arasında xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində akt qeydləri kitabında 337 №-li qeyd aparılmaqla bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X1 ananın - İddiaçı yanında qalması, xx.xx.2004cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh Bağırova (Mahmudova) Xumarə Əsban qızının xeyrinə ayda 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki iddia ərizəsində iddiaçı yuxarıda qeyd edilən qətnamə əsasında ödənilməyən alimentləri cavabdehdən tələb edir. Məhkəmə qətnaməsi ilə tutulmuş alimentin ödənilməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-139/2015 saylı, 11 mart 2015-ci il tarixli qətnaməsinin icra yeri üzrə icra qurumu tərəfindən həll edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə MPM-nın 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 153.2.1-ci maddəsini tətbiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı yığılmış alimentin tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar