Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6120/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «nəvənin saxlanması üçün aliment tutulması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nəvənin saxlanması üçün aliment tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 fevral 2016-cı il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşı X4 atasıdır. Sumqayıt şəhər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(060)-12281/2017 saylı qətnaməsi ilə 20.06.2015-ci il tarixdə qeydə alınmış nikahlarına xitam verilmiş, rəsmi nikahlarından doğulmuş 21 fevral 2016-cı il təvəllüdlü X3 nikah pozulduqdan sonra onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 manat 60 qəpik sabit pul məbləğində alimentin X2 tutulması qət edilmişdir. Sonuncu məlumata əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 17/6-32 saylı məktuba görə keçmiş həyat yoldaşı (cavabdehin oğlu) X8 Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Hal-hazırda o, cavabdehin olduğu yeri bilmir və cavabdeh təyin olunmuş alimenti ödəmir. Məcburiyyət qarşısında qalıb uşağın babası, yəni cavabdehdən aliment tələb edir. Cavabdehin maddi imkanı yaxşıdır. Belə ki, o, hərbi obyektlərin tikintisində iş icraçısı kimi işləyir. Cavabdeh bir baba kimi nəvəsinə heç bir yardım göstərmir. Əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qızının tələbatı günü-gündən artır. Uşağın yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Qeyd edir ki, qızı Xədicə 2017-ci ildən «kəskin bronxial allergik» xəstəliyindən əziyyət çəkir. Uşağı hər ay müalicə edir. Hal-hazırda «Unikal» klinikasında müalicəsi davam etdirilir. Dəfələrlə reanimasiyada kəskin boğulma diaqnozu ilə stasionar müalicə almışdır. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 175 manat müəyyən edilmişdir. Hesab edir ki, Cavabdeh 21 fevral 2016-cı il təvəllüdlü X1 üçün hər ay 175 manat maddi vəziyyəti dəyişənə qədər onun xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(060)-12281/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X5 X6 qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, X8 ilə X9 arasında 20.06.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 21.02.2016-cı il təvəllüdlü X3 nikah pozulandan sonra anası X5 yanında qalması, X2 21.02.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat 60 qəpik sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı ilə cavabdehin oğlu X4 rəsmi nikahdan 1 uşaqlarının olması, aralarındakı nikahın pozulması, həmin uşağın ananın yanında yaşamaqla, onun saxlanılması üçün cavabdehin oğlundan iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı uşağın babası olan cavabdehin kifayət qədər vəsaitə malik olmasını, cavabdehin oğlunun harada olmasından xəbərinin olmamasını, uşağın atasının alimenti ödəmədiyini, uşağın mütəmadi müalicəyə ehtiyacı olduğunu qeyd edərək, hazırkı mülki iş üzrə baxılan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, aliment ödənilməsi tələb edilən uşağın atası sağdır, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir (15.07.2021-ci il tarixli 17/6-12622 saylı sorğuya cavab məktubu). Həmin şəxsdən aliment tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı var və həmin qətnamə üzrə verilmiş icra vərəqəsinin Ölkə ərazisində icrası məcburi xarakter daşıyır. İddiaçı iddia ərizəsində cavabdehin oğlunun harada olması barədə məlumatının olmadığını bildirsə də, uşağın atasının CÇM-də cəza çəkməsi aşkardır. Bundan başqa, iddiaçının məhkəmə iclasında bildirdiyi kimi, uşağı saxlamaqda ona valideyni – atası (uşağın ana tərəfdən babası) maddi köməklik göstərir. Digər tərəfdən, yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. İddiaçı cavabdehin tikintidə iş icraçısı kimi işlədiyini və kifayət qədər maddi vəsaitə malik olduğunu bildirsə də, qeyd etdiklərini təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən (uşağın atasının sağ olmaqla, atadan uşağın saxlanması üçün ananın xeyrinə aliment tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktının olması, cavabdehin nəvənin maddi qayğılarının bir hissəsini həll etmək üçün vəsaitə malik olmaması) məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «nəvənin saxlanması üçün aliment tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «nəvənin saxlanması üçün aliment tutulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6120/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6120/2021
04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver