Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6129/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X5 ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X9 olmaqla iki övladı var. Qeyd edir ki, cavabdeh ailəsinə baxmır, uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. O, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X6 təkbaşına saxlaya bilmir. Uşaqlarını çətinliklə saxlayır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavadeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı ilə münasibətləri həmişə yaxşı olub, uşaqların və evin maddi tərəfdən tələbatını həmişə özü qarşılamışdır. İddiaçı ilə münasibətlərinin soyumasına və korlanmasına əsas səbəb onun tərəfindən iddiaçının işləməsinə razılıq verməməsi olmuşdur. İddiaçı isə onun fikirlərinə hörmətlə yanaşmamış, bir həyat yoldaşı kimi onu saymamış, işə düzəlmiş və halhazırda da işləyir. O, imkan daxilində övladlarına maddi tərəfdən köməklik göstərir. Halhazırda topdansatış ticarət bazasında "yardımçı fəhlə" işində çalışır və aylıq əmək haqqı 276.50 manat təşkil edir. Başqa heç bir işlə məşğul olmur və heç bir yerdən gəliri yoxdur. İddiaçı isə çalışdığı iş yerini və aldığı əmək haqqından məlumatlı olmasına baxmayaraq, qanunsuz şəkildə ondan hər ay hər uşağa görə 250 manat aliment tələb edir. O, hər ay hər uşağa görə 100 manat aliment ödəyə bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsində göstərdiklərini müdafiə edərək eyni məzmunlu izahat verdi. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini, aliment müəyyən edilərək onun mənafeyini də nəzərə almasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, MŞB/6-4646 saylı X8 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, X8 iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə X8 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. AZ-İ seriyalı, 456306 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 1235 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Şixəliyeva soyadı verilmişdir. AZ-İİ seriyalı, 194597 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası X1r. AZ-İİ seriyalı, 212525 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Mülki iş materiallarına əlavə edilmiş “Fiziki sahibkar” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayaşın məzmunundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən fərdi sahibkar X4 topdan satış bazasında yardımçı fəhlə işləyir. Onun aylıq əmək haqqından məcburi ödənişlər- MDSS, işsizlik sığorta haqqı və İTS tutulduqdan sonra qalıq 276,50 manat bank əmək haqqı kartına köçürülür. Məhkəmə hesab edir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmaldır. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, uşağın üstün mənafeyini, uşaqların saxlanılmasının hər iki valideynin borcu olması ilə bağlı qanunvericiliyin tələblərini, uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, alimentin miqdarı həmin məbləğə yaxın ağlabatan məbləğ həddində müəyyən edilməli, tutulmalı olan alimentin miqdarı, hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində müəyyən edilməli, qalan hissədə iddia təmin edilməməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə bu nəticəyə gələrkən eləcə də cavabdehin iddianı təmin edəcək məbləğdə qazancının və gəlirlərinin olması barədə iddiaçının heç bir sübut təqdim etməməsini, təyin ediləcək alimentin ümumi məbləğini (cəmi 340 manat) nəzərə almışdır. Məhkəmə cavabdehin etirazına münasibətdə isə qeyd edir ki, cavabdehin qazancı və gəlirinin olmaması və ya yetərincə qazanca malik olmaması onu uşaqların saxlanılması ilə bağlı aliment öhdəliyindən azad etmir. Azərbaycan Respublikası MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119, 112, 113-cü maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş mediasiya xərci ilə bağlı rüsum nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun 16 manatı iddiaçıya aid edilməli, cavabdehdən 34 manat alınaraq iddiaçıya, 10,80 manat dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 02 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 10,80 (on manat, səksən qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6129/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6129/2022
18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver