Məhkəmə qərarları › İş №2(060)-6139/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6139/2021

23.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6139/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızılzinət əşyalarının dəyəri olan 5700 manat, “Apple İphone 11 64 GB red” markalı telefonun dəyəri olan 2064 manat, kameranın dəyəri olan 540 manat, ev əşyalarının dəyəri olan 2976 manat, ümumilikdə 11280 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1600 manat dəyərində olan 2 ədəd televizor (internetə giriş olan), 950 manat dəyərində olan LG markalı paltaryayan, 2000 manat dəyərində olan iki qapılı soyuducu, 600 manat dəyərində olan elektrik soba, 2900 manat dəyərində olan Türkiyə istehsalı yataq dəsti, 2400 manat dəyərində olan kombi, 850 manat dəyərində olan uşaq üçün şkaf və çarpayı, 2200 manat dəyərində olan mətbəxt dəsti, 900 manat dəyərində olan qonaq otağı üçün masa dəsti 6 ədəd oturacaq, 2500 manat döşəməyə vurulan taxta - usta zəhmət haqqı 700 manat + 1800 manat, 1500 manat dəyərində olan Belarusiya istehsalı olan qapılar, 1000 manat dəyərində olan plastik pəncərələr, 600 manat dəyərində olan kitab rəfi, 8000 manat dəyərində olan evin təmiri üçün çəkilən xərc, 1600 manat dəyərində olan fujitsu markalı noutbuk olmaqla, ümumilikdə 29.600 manat əmlakların naturada, naturada olmadığı halda onların dəyəri, ümumilikdə 29.600 manat pulun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin 23.09.2021-ci il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(060)-6139/2021 saylı və iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair 2(060)-6103/2021 saylı işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(060)-6139/2021 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair 2(060)-6103/2021 saylı işlə bir icraatda birləşdirildiyindən hazırki işin “AZEMİS” elektron məhkəmə informasiya sistemində icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin “AZEMİS” elektron məhkəmə informasiya sistemində 2(060)-6139/2021 nömrə ilə icraatına xitam verilsin. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar