Məhkəmə qərarları › İş №2(060)-6190/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6190/2025

30.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6190/2025 30.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “valideynin razılığı olmadan uşağın xarici ölkədə daimi yaşamasına icazənin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh razılığı alınmadan, yetkinlik yaşına çatmamış xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 İddiaçı ilə birlikdə Almaniya Federativ Respublikasında daimi yaşamasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “valideynin razılığı olmadan uşağın xarici ölkədə daimi yaşamasına icazənin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2280/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh icazəsi olmadan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmələrinə icazə verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh razılığı olmadan uşaqların ölkədən çıxmasına icazənin verilməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamənin icra üsulunun dəyişdirilməsini, yəni ölkədən daimi əsaslarla çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı halda iddianın mahiyyəti qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə əlaqədar olduğundan bu məsələ icra icraatı (8 indeksi) qaydasında həll edilməlidir. Buna görə də İddiaçı Cavabdeh qarşı “valideynin razılığı olmadan uşağın xarici ölkədə daimi yaşamasına icazənin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “valideynin razılığı olmadan uşağın xarici ölkədə daimi yaşamasına icazənin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar