Məhkəmə qərarları › İş №2(060)-6194/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6194/2020

24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6194/2020 24.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların atanın yanında qalması və təyin olunmuş alimentin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-7056/2015 saylı qətnaməsi ilə xx xxxxxxxx 2006-cı il təvəllüdlü X5 və xx xxxx 2013-cü il təvəlüldlü X3 üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində təyin olunmuş alimentin və Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-12176/2017 saylı qətnaməsi ilə təyin olunmuş xx xxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat alimentin ləğv edilməsi və hər 3 uşağın onun himayəsində saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)- 7056/2015 saylı qətnaməsi ilə xx xxxxxxxx 2006-cı il təvəllüdlü X4 üçün hər ay 108 manat sabit pul məbləğində təyin olunmuş alimentin (Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-7056/2015 saylı qətnaməsi ilə xx xxxx 2013-cü il təvəllüdlü X3 üçün hər ay 108 manat sabit pul məbləğində təyin olunmuş aliment hissəsi saxlanılmaqla) və Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-12176/2017 saylı qətnaməsi ilə təyin olunmuş xx xxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat alimentin ləğv edilməsi və hər 2 uşağın (xx xxxx 2013cü il təvəllüdlü X9 cavabdehin himayəsində saxlanılmaqla) onun himayəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə xx xxxx 2009-cu ildə nikaha girmişdir. Birgə nikahdan xx xxxxxx 2001-ci ildə X8, xx xxx 2004-cü il ildə X11, xx xxxxxxxx 2006-cı ildə X10 və xx xxxx 2013-cü ildə X9 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-7056/2015 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, xx xxxxxxxx 2006cı il təvəllüdlü X5 və xx xxxx 2013-cü il təvəllüdlü X6 anaları (hazırki iddia tələbi üzrə cavabdeh) Cavabdeh yanında qalması, X5 və X3 üçün ondan hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh qızma ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-12176/2017 saylı qətnaməsi ilə xx xxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hal-hazırda birgə nikahdan anadan olmuş oğlan övladları onun yanındadır. Onların qayğısını o çəkir, ehtiyaclarını o ödəyir. Cavabdeh oğlan uşaqlarının onun yanında qalmasına və təyin olunmuş alimentin ləğv edilməsinə etiraz etmir. Birgə nikahdan anadan olmuş oğlan uşaqları da onun yanında qalmasını istəyirlər. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, İddiaçı ilə xx xxxx 2009-cu ildə rəsmi nikaha girmişdir. Birgə nikahdan xx xxxxxx 2001-ci ildə X8, xx xxx 2004-cü il təvəllüdlü X11, xx xxxxxxxx 2006-cı ildə X10 və xx xxxx 2013-cü ildə X9 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-7056/2015 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, xx xxxxxxxx 2006-cı ildə X5 və xx xxxx 2013-cü ildə X6 onun yanında qalması, X5 və X3 üçün iddiaçıdan hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Eyni zamanda Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-12176/2017 saylı qətnaməsi ilə xx xxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda birgə nikahdan anadan olmuş oğlan övladları xx xxxxxxxx 2006cı il təvəllüdlü X5 və xx xxx 2004-cü il təvəllüdlü X7 atasının himayəsinə verilməsinə razıdır və onlara görə təyin edilmiş alimentin ləğv edilməsinə etiraz etmir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-7056/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2009-cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, xx xxxxxxxx 2006-cı il təvəllüdlü X5, xx xxxx 2013-cü il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmasının müəyyən edilməsi, xx xxxxxxxx 2006-cı il təvəllüdlü X5, xx xxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər usağa 108 (bir yüz səkkiz) manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh Kazım qızına ödənilməsi və alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2015-ci il tarixdən hesablanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(105)-2759/2018 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)- 12176/2017 saylı qətnaməsi xx xxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat alimentin tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (49.2). Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (49.3). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (60.2). Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər (60.3). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (60.4). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar (7.1). Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz (7.2). Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3). Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər (7.4). Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir (7.5) Məhkəmə hesab edir ki, tərəflər öz aralarında uşaqların himayəsi ilə bağlı razılığa gəldiyindən iddia təmin edilməli, xx xxxxxxxx 2006-cı il təvəllüdlü X10 və xx xxx 2004-cü il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilməli, bununla əlaqədar həmin uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5). Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə onu da qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxxx 2006-cı il təvəllüdlü X10 və xx xxx 2004-cü il təvəllüdlü X11 İddiaçı himayəsinə verilsin. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-7056/2015 saylı qətnaməsi ilə xx xxxxxxxx 2006-cı il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan hər ay 108 (bir yüz səkkiz) manat aliment öhdəliyinə və Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-12176/2017 saylı qətnaməsi ilə xx xxx 2004-cü il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan hər ay 108 (bir yüz səkkiz) manat aliment öhdəliyinə xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar