Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6207/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılmasına dair ilkin, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılmasına dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, 19.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 340 manat alimentin məbləğinin dəyişdirilərək bir uşaq üçün hər ay 100 manat, cəmi 200 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan 14.10.2009-cu il təvəllüdlü X2 və 26.08.2011-ci təvəllüdlü X3 anadan olmuşdur. Sonradan münasibətləri pisləşmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, 19.09.2020-ci il tarixli qətnaməsi ilə nikahları ləğv olunmuş, 14.10.2009-cu il təvəllüdlü X2 və 26.08.2011-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdehin himayəsində qalmasına və 14.10.2009-cu il təvəllüdlü X2 və 26.08.2011-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 08.11ş2019-cu il tarixdən başlayaraq, ondan hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsinə dair qətnamə çıxarılmışdır. Məhkəmənin keçirilməsi və qətnamənin qət edilməsi ilə bağlı ona heç bir məlumat verilməmişdir və ona məlumat verilmədiyi üçün o məhkəmə iclasında iştirak edə bilməmişdir. İştirak edə bilmədiyi üçün o, öz arqumentlərini məhkəmədə irəli sürə bilməmişdir və məhkəmə də iddianı tam həcmdə təmin etmişdir. Qeyd etdiyi səbəbdən Sumqayıt Şəhər Məhkəməsi tərəfindən müəyyən olunmuş 340 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir. Hal-hazırda Binəqədi rayon 294 saylı körpələr evi-uşaq bağçasında gözətçi işləyir. Aylıq gəliri 293,80 manat təşkil edir. Bakı şəhər İcra Hakimiyyətinin 22 iyun 2021-ci il tarixli arayışı da bunu təsdiq edir. Aylıq gəliri ancaq 200 manat məbləğində aliment ödəməyə imkan verir. Eyni zamanda səhhətində ciddi problemlər var. Belə ki, şəkərli-diabet xəstəliyindən əziyyət çəkir və daim olaraq hər ay müalicə olunmaq üçün müəyyən miqdarda pul xərcləyir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qarşlıqlı iddia tələbi ilə bağlı bildirdi ki, qarşılıqlı iddia tələbinə etiraz edir. Onun əlavə gəlir yeri və qazancı yoxdur. Aldığı maaş onun gündəlik tələbatlarının ödənilməsinə və hər gün işə getmək üçün yol xərcinə istifadə olunur. Aldığı maaş ilə həm öz tələbatlarını, həm tələb olunan 400 manat məbləğində aliment ödəmək mümkün deyil. Göstərilənlərə əsasən ilkin iddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, 19.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 340 manat alimentin məbləğinin dəyişdirilərək İddiaçı hər ay bir uşaq üçün 200 manat, ümumilikdə iki uşağa görə 400 manat sabit pul məbləğində alimentin tutulub birgə nikahlarından olan 14.10.2009-cu il təvəllüdlü X2 və 26.08.2011-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı alimentin miqdarının azaldılması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, 19.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 340 manat alimentin məbləği dəyişdirilərək bir uşaq üçün hər ay 100 manat, cəmi 200 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, ilkin iddia tələbini qəbul etmir, ona görə də qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. O, İddiaçı ilə 31.03.2009-cu ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından iki övladları var: 14.10.2009-cu il təvəllüdlü X2 və 26.08.2011-ci təvəllüdlü X3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, 19.09.2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, birgə nikahlarından olan 14.10.2009-cu il təvəllüdlü X2 və 26.08.2011-ci təvəllüdlü X1 onun himayəsində qalmasının müəyyən edilməsi və həmin uşaqların saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla ümumilikdə iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, 340 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Belə ki, uşaqların böyüməsi ilə onların tələbatları günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2021-ci il respublikada uşaqlar üçün yaşayış minimunun 175 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 687/2020 saylı, 19.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və cavadehdən hər ay bir uşaq üçün 200 manat olmaqla ümumilikdə iki uşağa görə 400 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. Qeyd edilənlərə əsasən, o qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, 19.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 340 manat aliment ilə uşaqları saxlamaqda çətinlik çəkir. Təkcə uşaqların maddi yox, həm də mənəvi tələbatları ehtiyacları anaları tərəfindən ödənilir. İddiaçı işləyir, onun tərəfindən təqdim edilmiş arayışda göstərilən əmək haqqının məbləğinin həqiqiliyinə inanmır. İlkin iddiaçı əmək müqaviləsini də məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən arayışın həqiqiliyi sual doğurur. Belə olan halda ilkin iddianın heç bir hüquqi və qanuni əsası yoxdur. Göstərilənlərə əsasən qarşılıqlı iddiaçının nümayəndəsi ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/2020 saylı, 19.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 31.03.2009-cu il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində bağlanmış 364 nömrəli akt qeydi ilə nikahın pozulması, birgə nikahlarından olan 14.10.2009-cu il təvəllüdlü X2 və 26.08.2011-ci təvəllüdlü X1 ananın – iddiaçı Cavabdeh yanında qalması, İddiaçı – iddiaçı Cavabdeh xeyrinə 14.10.2009-cu il təvəllüdlü X2 və 26.08.2011-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 08.11.2019-cu il tarixdən başlayaraq hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 22.06.2021-ci il tarixlİ, 10-1554/010 nömrəli arayışından görünür ki, Bədəlov X4 rayonu, 294 saylı Körpələr evi - Uşaq Bağçasında gözətçi işləyir və onun aylıq əmək haqqı 293,80 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında» Qanunun 1-ci bəndinə əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyən edilmişdir. Qanunun bu tələbindən çıxış edərək məhkəmə hesab edir ki, 2020-ci il üçün bir uşağın yaşayış minumumu 170 manat müəyyən edildiyindən, iddia tələbi bu əsasa görə də təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin iddiaçıdan uşaqlarına görə tutulan alimentin məbləği sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı işə daxil olmaqla 293,80 manat əmək haqqı alır. Bu səbəbdən ilkin iddiaçı alimentin miqdarının azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin bir uşaq üçün hər ay 100 manat, cəmi 200 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin dəyişdirilərək, alimentin bir uşağa görə 100 manat, cəmi 200 manat müəyyən edilməsi barədə iddia tələbi əsaslı deyil. Belə ki, qeyd edilən məbləğ azdır və iki uşağın saxlanılması üçün qətiyyən kifayət etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki halda uşaqların saxlanılması üçün bir uşağa görə 100 manat məbləğində aliment müəyyən edilməsi uşaqların mənafeyini əhəmiyyətli dərəcədə pozur. Məhkəmə onu da qeyd edir ki, ilkin iddiaçının əmək haqqı az olan işə daxil olması uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Belə ki, ilkin iddiaçı əlavə əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən hər hansı bir xəstəlikdən əziyyət çəkməsi, əlil olması və s. hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılmasına dair ilkin iddiası təmin edilməməlidir. Məhkəmə alimentin məbləğinin artırılması barədə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maddi vəziyyətində dəyişiklik olması, yəni onun maddi vəziyyətinin yaxşılaşması, əlavə qazanc mənbəyi əldə etməsi, daha yaxşı işlə təmin olunması və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənləri və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, həmçinin qarşılıqlı iddiaçının əmək qabiliyyətli şəxs olduğunu, ilkin iddiaçının əmək haqqının yüksək olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin məbləğinin artırılmasına dair qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılmasına dair ilkin, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılmasına dair qarşılıqlı iddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6207/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6207/2021
12.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver