Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6211/2020 24.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5786/2019 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Sədili Möhsim Rasim oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 320 manat məbləğində alimentin 200 manatadək azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5786/2019 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Sədili Möhsim Rasim oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan iddiaçı Cavabdeh xeyrinə hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Hal-hazırkı müddətə kimi təyin edilmiş alimenti ödəmək üçün çalışsa da maddi vəziyyətinin çətinliyi ilə əlaqədar alimenti tam ödəyə bilməmişdir. Hazırki vəziyyətdə iddiaçıya aliment borcu yaranmışdır. Əlavə olaraq qeyd o, xx.xx.2020-ci il tarixdən etibarən “xxxx” MMC-də menecer vəzifəsində işləyir və orta aylıq əmək haqqı 350 manat təşkil edir. Bundan başqa X3 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həyat yoldaşının səhhəti ilə bağlı xəstəlikləri olduğu üçün onun dərmanlarını almağa məvacibi çatmır. Ölkədə istehlak qiymətlərindəki artım və inflyasiya ilə əlaqədar, eləcə 2-ci nikahdan olan ailəsinin saxlanılması üçün ehtiyacları artmışdır. Bu səbəbdən maddi ehtiyaclarının ödənilməsi də çətinləşməkdədir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, uşaqların anası, yəni Cavabdeh taksi şirkətlərinin birində telefon xidmətində işləyir və kifayət qədər əmək haqqı alır. Buna baxmayaraq iddiaçı bilir ki, uşaqları saxlamaq atanın, o cümlədən hər iki valideynlərin borcudur. Lakin hazırda iddiaçı 350 manat əmək haqqı alır, bu səbəbdən 320 manat məbləğində aliment ödəməyə çətinlik çəkir. Alimenti tam ödəyə bilmədikdə isə ödəmədiyi hissədə iddiaçının aliment borcu yığılır. Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, Leyla onun qızıdır. Tərəflər rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan iki yetkinlik yaşına çatmayan övladları var. Aralarındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və uşaqlar analarının himayəsinə verilmişdir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 136,60 manat olmaqla, ümumilikdə 273,20 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin uşaqlar böyüdüyündən və eyni zamanda ölkədə uşaqlar üçün yaşayış minumumu qalxdığına görə alimentin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(060)-5786/2019 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat məbləğində müəyyən olunmuşdur. Lakin bütün bunlara baxmayaraq İddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş və qətnamə icra olunmamışdır. Belə ki, sözügedən qətnamənin qəbul edilməsinə baxmayaraq iddiaçı 250 manat aliment ödəməyə davam etmişdir. Hazırda bununla bağlı cavabdehin 1500 manat məbləğində aliment borcu yaranmışdır. Əlavə olaraq qeyd etdi ki, Leyla heç bir yerdə işləmir və uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5786/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(105)- 2571/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxx 2011-ci il təvəllüdlü Sədili Möhsim Rasim oğlunun və xx xxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan “xxxx” MMC-in xx.xx.2020-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən “xxxx” MMC-də menecer vəzifəsində işləyir. Onun orta aylıq əmək haqqı 350 (üç yüz əlli) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İ 260755 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə X5 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə, 349 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 378945 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X3 xx xxxxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 3581 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Sədiyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Sədiyev X2 şəhəri, 11-ci mikrorayon, ev 4, mənzil 23 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərin rəsmi nikahından xx.xx.2011-ci il təvəllüdlü Sədili Möhsim Rasim oğlu və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan iki övladı olmuşdur. Onlar arasında olan nikaha məhkəmə qətnaməsinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5786/2019 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Sədili Möhsim Rasim oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Bundan sonra iddiaçı R.X1 ilə nikaha daxil olmuşdur. O, hazırda “xxxx” MMC-də menecer vəzifəsində işləməklə 350 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda həmin Qərarın 8.13-cü bəndinə görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda qeyd olunanları, iddiaçının yenidən nikaha daxil olduğunu və onun əmək haqqının məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-5786/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü Sədili Möhsim Rasim oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşıarına çatana qədər saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat miqdarında aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin azaldılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-5786/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü Sədili Möhsim Rasim oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6211/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6211/2020
24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver