Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6276/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 işirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində alimentin və mediasiyaya ödənilmiş 50 manat rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Qazıyeva (Məhərrəmova) Nuranə İsmayıl qızı ilə X2 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2005-ci il tarixində bağlanmış, 772 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il tarixdə təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər anaları Qazıyeva (Məhərrəmova) Nuranə İsmayıl qızının yanında qalmaları qət olunmuşdur. Məhkəmə qətnamə qət edərkən, uşaqların saxlanılması üçün aliment miqdarını müəyyən etməmişdir. Cavabdeh könüllü surətdə alimenti ödəyəcəyinə dair söz versə də, vədinə əməl etməmişdir. Alimentin tutulması ilə bağlı mediasiya şurasına müraciət etsə də, cavabdeh ilkin mediasiya prosessində iştirak etmədiyinə görə mediasiya prosesi baş tutmamışdır. Ona görə də cavabdehdən məcburi qaydada alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, alimentdən 20000 manat qarşılığında imtina etmişdir. Cavabdeh uşaqlara baxmır və uşaqlarla maraqlanmır. Hesab edir ki, onun uşaqlarının haqqı 20000 manat deyil, daha çoxdur. Bu 20000 manata o, 3 uşağına yataqxanada ev alıb. O vaxt 20000 manatı qəbul etsə də, indi hesablayır ki, aliment 20000 manat etmir, daha çox edir. Boşanma məhkəməsində gələcəkdə onun aliment tələbinə dair iddia qaldırmaq hüququ olduğu ona deyilmişdir. Müqaviləyə məcburi olaraq qol çəkmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh heç olmasa balaca uşağına görə aliment ödəməlidir. Cavabdeh isə uşaqlarına baxmır, onlara köməklik etmir. Qeyd edilənlərə əsəsn iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə cavabdeh arasında razılıq olub. Həmin razılığa əsasən cavabdeh qarşı tərəfə 20000 manat pul verib. Belə ki, onun mülkiyyətində olan və plana düşmüş yataqxana üçün ödənilmiş 31000 manat pulun 20000 manatını iddiaçıya verib. Həmin yataqxananı isə oğluna o almışdı. Bunun müqabilində də iddiaçı cavabdehə qarşı aliment tələbindən imtina edib. Əgər qarşı tərəf oğlundan aliment tələb edirsə, bunun üçün birinci 20000 manatı oğluna qaytarmalıdır. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ-İİ 228750 saylı və AZ-T 280123 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə təvəllüdlü X4 və xx.xx.2015-ci il tarixdə təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-342/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, Qaziyeva (Məhərrəmova) Nuranə İsmayıl qızı ilə Cavabdeh arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2005-ci il tarixdə bağlanmış, 772 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anaları Qaziyeva (Məhərrəmova) Nuranə İsmayıl qızının yanında qalmaları qət edilmişdir. İşdə olan AZ-İ 451763 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-342/2023 saylı qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 359 nömrə ilə qeyd edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan X14 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsindən görünür ki, Cavabdeh X9 20000 manat pul ödəməyi, X14 isə həmin öhdəliyin müqabilində Cavabdeh qarşı şikayət etməyəcəyini, əlavə aliment tələb etməyəcəyini, məhkəmə orqanlarına müraciət etməyəcəini öhdəsinə götürmüşdür. Gələcəkdə bu işlə əlaqədar heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh X9 20000 manat pul ödəməyi, X14 isə həmin öhdəliyin müqabilində Cavabdeh qarşı əlavə aliment tələbinin olmayacağı barədə razılaşmışdırlar. Sözügedən pul məbləği Qaziyeva (Məhərrəmova) Nuranə İsmayıl qızı tərəfindən qəbul edilmişdir. Bundan sonra tərəflər arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 342/2023 saylı qətnaməsinə əsasən pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anaları Qaziyeva (Məhərrəmova) Nuranə İsmayıl qızının yanında qalmaları qət edilmişdir. Hazırda iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan iki uşağının saxlanılması üçün ümumilikdə 470 manat sabit pul məbləğində aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. - 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. - 94.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 98.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. - 98.2-ci maddəsinə əsasən alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (404.1). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (404.2). Məhkəmə qeyd edir ki, tərəflər alimentin birdəfəlik ödənilməsi barədə razılaşmış, bununla bağlı aralarında xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin bağlanması nəticəsində hazırki iş üzrə iddiaçı qarşı tərəflə nikahları pozularkən məhkəmə iclasında həmin müqavilənin bağlandığını təsdiq etmiş, bununla əlaqədar iddia tələbinin həcmini azaltmış və qarşı tərəfdən aliment tələbinin olmadığını bildirmişdir. Eyni zamanda iddiaçı hazırki iş üzrə məhkəmə iclaslarında verdiyi izahatlarında həmin məbləğin cavabdeh tərəfindən ona ödənildiyini etiraf etmiş, işin bu halını mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, alimentin birdəfəlik ödənilməsi barədə tərəflər arasında bağlanmış 24 fevral 2023-cü il tarixli müqavilə mübahisələndirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan iddiaçının aliment tələbinə dair hazırki iddiası təmin edilə bilməz. Belə ki, müqavilənin məzmunundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya birdəfəlik məbləğdə 20000 manat ödənilməsi şərti iddiaçı tərəfindən gələcəkdə əlavə aliment tələb edilməyəcəyi ilə şərtləndirilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin məbləğin az olması, alimenti tam əhatə etməməsi barədə dəlilləri ilə razılaşmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6276/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6276/2024
04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver