Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6313/2020 19.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Kreditor Borclu qarşı «borcun tutulması barədə məhkəmə əmrinin verilməsi» haqqında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı «borcun tutulması barədə məhkəmə əmrinin verilməsi» haqqında ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, hazırki kredit müqaviləsi üzrə icra qeydi verilmişdir. Göstərilən halın borclu tərəfindən mübahisələndirilə bilməsini, nəzərə alaraq belə nəticəyə gəlirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən maddəsinin mahiyyətindən görünür ki, kreditorun tələbi borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3. və 279.4. maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı «borcun tutulması barədə məhkəmə əmrinin verilməsi» haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda hazırkı ərizə üzrə ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-6313/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6313/2020
19.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver