Məhkəmə qərarları › İş №2(060)-633/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-633/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-633/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı «alqı-satqı müqavilsəinin bağlanılmış hesab edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı «alqı-satqı müqavilsəinin bağlanılmış hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 104 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 500 kv m-dən ibarət olan torpaq sahəsinə dair onunla Sumqayıt şəhər Bələdiyyəsinin arasında alqı-satqı müqaviləsinin xx xxxxxx 2004-cü ildən bağlanmış hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, xx xxxxxx 2004-cü ildə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək, Sumqayıt şəhəri 20ci mikrorayon ərazisində fərdi ev tikintisi üçün torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 104 saylı qərarı ilə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2004-cü il tarixli, 02/22 nömrəli rəyi nəzərə alınmaqla Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kv.m-dən ibarət torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün mülkiyyətinə ayrılmışıdr. Torpaq sahəsinin mülkiyyətinə ayrılması ilə bağlı bələdiyyə xəzinəsinə xx xxxxxx 2004-cü il tarixdə tərəfindən ******* manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra bələdiyyə möhürü ilə təsdiq edilmiş aktla sahə ona təhvil verilmişdir. Lakin, torpaq sahəsinin əldə edilməsi üçün özünə aid hərəkətləri etsə də, ondan aslı olmayan şöbələrdən ona (torpağa) dair bələdiyyə orqanı onunla alqı-satqı müqaviləsi bağlamamışdır. Alqı-satqı aktının zəruriliyi nə bələdiyyə, nə də torpaq şöbəsi tərəfindən ona bildirilməmişdir. Sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmadığından, onun üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmur. Məhkəməyə müraciət edərək mövcud müqavilənin bağlanılması və çıxarış alınması mümkündür. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilən imtina məktubundan da görünür ki, müvafiq torpaq sahəsi ilə bağlı alqı-atqı müqaviləsi bağlanmamışdır. Ona görə hüquqların dövlət qeydiyyatına alınması qeyri-mümkündür. Digər qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnu rəsmiləşdirilməsi mümkün olmadığından hüququn məhkəmə qaydasında təsdiq edilməsinə dair müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində 500 kv.m-dən ibarət olan torpaq sahəsinə dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin xx xxxxxx 2004-cü il tarixindən bağlanmış hesab edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 02/22 nömrəli, xx.xx.2004-cü il tarixli rəyinin surətindən görünür ki, “Torpaq İslahatları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən fərdi ev tikmək üçün vətəndaşın mülkiyyətinə satılmalıdır. Sumqayıt şəhərinin baş planına əsasən fərdi ev tikmək üçün 20-ci mikrorayon ərazisindən İddiaçı 500 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə Suqmayıt şəhər şöbəsi etiraz etməmişdir. İş materiallarında olan Suqmayıt şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 104 nömrəli qərarının surətindən görünür ki, Dövlət Torpaq və Xərtəçəkmə Komitəsi Suqmayıt şəhər şöbəsininin rəyini nəzərə alaraq şəhər bələdiyyəsi torpaq komitəsinin xx.xx.2004-cü il tarixli, 3 saylı protokoluna əsaslanaraq, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 15-də yaşayan İddiaçı baş plan əsasında, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan CZX seriyalı, 114377 nömrəli, xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpağın alqı-satqısı üçün Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ******* manat (köhnə manatla) pul ödəmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslər torpaq sahəsinin mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsindəidarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. «Torpaq islahatı haqqında" Qanunun 19-cu maddəsinə görə dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan maddi hüquq normalarının məzmunundan aydın olur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hərhansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, istinad olunan maddi hüquq normaları mübahisələndirilən hissədə torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün hər hansı əsas vermir. Həmin normalar torpaq üzərində hüququn yaranmasının ümumi qaydalarını müəyyən edir. Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman (xx.xx.2005-ci il) hələ qüvvədə olan 335-ci maddəsində əqdin etibarlı sayılmasının qaydası nəzərdə tutulmuşdur. Lakin həmin qayda notariat qaydasında təsdiq edilməli olan əqdlərə, əqdin notarial formasına riayət edilməməsinin nəticələrinə aid idi. Bələdiyyə ilə bağlanan alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiqinin məcburiliyi isə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən, əqdin notariat qaydasında təsdiqinə yol verildiyi təqdirdə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların əlqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir (“i.K.Rəcəbovun şikayəti üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı). Göründüyü kimi, hazırkı işdə etibarlılığının müəyyən edilməsi, bağlanmış hesab olunması xahiş edilən əqd yuxanda göstərilən tələblərə cavab vermir. İddia tələbindən göründüyü kimi, hazırkı işdə iddiaçının narazılığı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən olsa da, iddiaçı məhz həmin orqanın onun hüquqlarını və qanunla qorunan mənafeyini pozduğunu bildirsə də, tələbi bu orqana deyil, Sumqayıt şəhər bələdiyyəsinə qarşı irəli sürmüşdür. Lakin işdən göründüyü kimi, Sumqayıt şəhər bələdiyyəsi ilə onun arasında hər hansı mübahisə yoxdur. Həm də Bələdiyyənin alqı-satqı müqaviləsini bağlamaqdan imtina etməsinə dair də iş materiallarında hər hansı sübut yoxdur. İddiaçı Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 104 saylı qərarından razıdır və həmin qərarı hazırkı işdə mübahisələndirmir. Onun məqsədi və həm də tələbi həmin bələdiyyə qərarı əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onun bu xahişini yerinə yetirmədiyindən məqsədinə nail ola bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı «alqı-satqı müqavilsəinin bağlanılmış hesab edilməsi tələbinə» dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı «alqı-satqı müqavilsəinin bağlanılmış hesab edilməsi tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar