Məhkəmə qərarları › İş №2(060)-6425/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6425/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6425/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı cavabdeh AR ƏN Sumqayıt şəhər İcra İdarəsi qarşı iddia ərizəsi üzrə məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh AR ƏN Sumqayıt şəhər İcra İdarəsinə qarşı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(060)-6697\2019 saylı icra sənədi üzrə 15.05.2013-cü il təvəllüdlü X2 və 26.05.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün iddiaçının qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarının aliment kimi tutulmasının məbləğinin “Uşaqlar üçün valideynlərin aliment tutulan manat və xarici valyuta ilə aldıqları əmək haqqının və başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Nazirlər kabinetinin müvafiq qərarına uyğun qayda da, yəni SOCAR POLYMER MMC-nin 126 saylı 22.09.2020-ci il tarixli arayışına əsasən aylıq əmək haqqısı olan 1350 (bir min üç yüz əlli) manat məbləğin 1/3 hissəsinin,yəni 450 (dörd yüz əlli) manat aliment kimi tutularaq tələbkar Sadıqova (hazırda İsgəndərova) Aytən Qafar qızının bank hesabına köçürülməsi vəzifəsinin yerinə yetirilməsini AR ƏN Sumqayıt şəhər İcra İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları və iddiaçının və ya İddiaçı nin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinə əlavə olunmuş,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə icra idarəsinin iddiaçıya ünvanladığı məktubundan görünür ki,aliment ödənişləri üzrə tutulmalar müvafiq idarə təşkilatların mühasibatlığı tərəfindən həyata keçirilir.Belə olan halda,iddiaçı tələbini tələb hüququna cavab verməyən şəxsə yönəltmişdir. Buna görə də məhkəmə hesab edir ki,iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh AR ƏN Sumqayıt şəhər İcra İdarəsinə qarşı iddia ərizəsi üzrə məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar