Məhkəmə qərarları › İş №2(060)-6497/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6497/2021

01.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6497/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Nailə Xəlfəqulu qızı Novruzovanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18.09.1988-ci ildə rəsmi nikaha dxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikaha girdikdə bir müddət Lerik rayonunda yaşadıqdan sonra övladının xəstəliyi ilə əlaqədar Sumqayıt şəhərinə köçmüşlər. Mənzilin ilk mülkiyyətçisi RF-na köçmüş X15 oİmuşdur. Göstərilən mənzili X12 etibarnamə əsasında almışdır. Lakin etibarnamənin müddəti bitdiyindən yenidən Rusiya Federasiyasına gedib 20.05.1994-cü il tarixli İ 852 reyestr nömrəli etibarnamə almışdır. Etibarnamə əsasında mənzili öz adıına rəsmiləşdirə bilmədiyindən Sumqayıt şəhər 5 saylı DNK-da 29.04.1995-ci il tarixdə 3M-3/374 reystr nömrəli bağışlama müqaviləsinə əsasən mənzili rəsmi nikahda olan arvadı Əliyeva Rəfiqə Feyruz qızına bağışlamışdır. Sonradan soyadını götürmüş Rəfiqə mənzilə dair mülkiyyət hüququnu qeydiyyatdan keçirərək ona çıxarış almışdır. Sonradan Cavabdeh bildirmişdir ki, iş yeri ilə bağlı mənzillərinə yaxın yerdə kommersiya obyekti tikilməsi üçün torpaq sahəsi satılır. Məlum olmuş ki, torpaq sahəsi İ Qarabağ müharibəsinin əlili X3r. 2006-cı ilin sentyabr ayının 10-da torpaq sahəsinin X5 alınması barədə akt tərtib etmişlər. Torpaq sahəsinin dəyəri ödənildikdən sonra o, 10.10.2006-cı ildə həmin torpaq sahəsinin sənədləşməsi ilə bağlı X2 Rəfiqə Feyruz qızının adına baş etibarnamə vermişdir. Göstərilən obyekt həmin dövrdə Cavabdeh işləmədiyindən yalnız onun vəsaiti hesabına tikilmişdir. Bununla bağlı X10 3600 ABŞ dolları, ******* AZN pul vermişlər. Torpaq sahəsini aldıqdan sonra onun üzərindəki kommersiya obyektinin tikilməsinə və avadanlığın alınmasına 30000 manat pul xərcləmişlər. 2010-cu ildə Cavabdeh övladlarının təhsili ilə bağlı Türkiyə Respublikasına getmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, 05.10.2010-cu il tarixdə X11 ilə Cavabdeh arasında kommersiya obyektinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Kommersiya obyektinin dəyəri 18000 manat qiymətləndirilmişdir. Halbuki həmin obyekt 2006-cı ildə yuxarıda göstərilmiş sənədlərə əsasən ailəsinin faktiki istifadəsində oİmuşdur. Cavabdeh 24.06.2011-ci il tarixdə həmin obyekti alqı-satqı müqaviləsinə əsasən X4 15.700 manata satmışdır. Halbuki obyektin dəyəri günü-gündən artsa da, normal mülahizəyə əsasən obyekt faktiki dəyərindən çox-çox aşağı qiymətə satılmışdır. Həmin dövrdə Cavabdeh obyekti 45000 manata satdığını bildirmişdi. Sonradan ona məlum oldu ki, Cavabdeh aralarındakı nikahı 21.01.2010-cu il tarixdə məhkəmə qaydasında pozmuşdur. Bu barədə onun məlumatı olmamış, boşanma haqqında şəhadətnamə almamışdır. Cavabdeh təkidi və guya biznes qurulması məqsədi ilə yaşadıqları mənzili oğlu İsmayılov Ceyhun Rövşən oğlunun adına bağışlama müqaviləsi yolu ilə keçməsinə etiraz etməmiş, hesab etmişdir ki, İsmayılov Ceyhun övladıdır və əmlakları gələcəkdə övladlarına keçməlidir. Lakin 2020-ci ildə İsmayılov Ceyhun Rövşən oğlu Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdərək ona 5000 manat kompensasiya ödəmək yolu ilə mənzildə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, İsmayılov Ceyhun həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Məhkəmənin gedişi zamanı Cavabdeh kommersiya obyektinin satılması nəticəsində özünə biznes qurmasının şahidi olmuşdur. Faktiki olaraq rəsmi nikah dövründə əldə olunmuş əmlaklardan onu məhrum etdiklərindən hal-hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Kommersiya obyektinin dəyəri təqribən 60000 manata qiymətləndirilir. Cavabdeh həmin pulun yarısını, yəni 30000 manatı ona ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmədən rəsmi nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 10cu mkr, 32B ünvanında yerləşən qeyri-yaşayış obyektinin satılması nəticəsində əldə olunmuş 60000 manatın yarısını, yəni 30000 manatının Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirdi ki, tərəflər arasında olan rəsmi nikah 21.01.2010-cu il tarixdə pozulub və iddiaçı tərəfindən həm 3 illik, həm də 10 illik iddia müddətini ötürülüb. Buna görə də hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiq olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(060)-2949/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı-cavabdeh İsmayılov Ceyhun Rövşən oğlunun cavabdeh-İddiaçı qarşı “kompensasiya ödəmək yolu ilə mənzilə yaşayış-istifadə hüququna xitam verilmə tələbinə dair" iddia ərizəsi üzrə və cavabdeh- İddiaçı-cavabdeh İsmayılov Ceyhun Rövşən oğluna və Cavabdeh qarşı “bağışlama vədinin ləğvi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş sənədlərin ləğvi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən vəkil sorğusu əsasında verilmiş 18.01.2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 32B ünvanda yerləşən qeyri-yaşayış binası 02.10.2010-cu il tarixdə X8 adına qeydiyyata alınmış və 05.10.2010-cu il tarixdı özgəninkiləşdirilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən vəkil sorğusu əsasında verilmiş 27.05.2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 32B ünvanda yerləşən qeyri-yaşayış binası Sumqayıt Şəhər Bələdiyyəsinin 16.03.2006-cı il tarixli, 09 nömrə torpaq sahəsinin ayrılması barədə qərarı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 06.07.2009-cu il tarixli, 38 nömrəli obyektin qəbul komissiyası tərəfindən istismara qəbul aktı, 08.04.2010-cu il tarixli, 41 nömrəli torpaq sahəsinin icarə müqaviləsi, Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 06.04.2006-cı il tarixli, 627 nömrəli inşaat pasport və eskiz layihə əsasında X8 adına qeydiyyata alınaraq 02.10.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 05.10.2010-cu tarixli, 4Ə3/561 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlak üzərində Cavabdeh adına qeydiyyata alınaraq 28.10.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 24.06.2011-ci tarixli, 4Ə/433 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında sözügedən qeyri-yaşayış binası X6 adına qeydiyyata alınaraq 21.07.2011-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi 08.04.2016-cı il tarixli, 4Ə-178 reysetr nömrəli alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış binası üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınmış və 22.04.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Qeyri-yaşayış binasının üzərində yerləşən torpaq sahəsi üərində 11.04.2016-cı il tarixli, 07 nömrəli torpağın icarə müqaviləsi əsasında X7 icarə hüquqları qeydiyyata alınmışdır. İş materiallarında olan 24.06.2011-ci il tarixli, AN-İ №0249098 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilini 15700 manata X1. İş materiallarında olan AZ-İ seriyalı 102679 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 03.03.2010-cu il tarixdə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, 32B ünvanında yerləşən qeyri-yaşayış binası 02.10.2010-cu il tarixdə X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası 28.10.2010-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş notariat işinin suərtindən müəyyən edilir ki, Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisində 05 oktyabr 2010-cu il tarixdə 4Ə-3/561 reyestr nömrəsi ilə təsdiq edilmiş Sumqayıt şəhəri, 10-cu mkr, 32B ünvanında yerləşən qeyriyaşayış binasına dair X11 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı onların arasında bağlanmış nikahın pozulmasından məlumatı olmaması, həmçinin münasibətləri pozulduqdan sonra bu barədə iddia tələbi ilə məhkəməyə müracət etməməsi, hazırki halda mübahisə predmeti olan kommersiya obyektinin dəyərinin təqribi qiymətləndirilən 60000 manat pulun yarısını, yəni 30000 manat pulun Cavabdeh alınaraq ona ödənilməli olmasını iddia edərkən pul məbləğinin alınıb verilməsi üçün həmin əmlakın birgə nikah dövründə, birgə vəsait hesabına olmasını sübut edə bilməmiş, həmçinin tələbinin hüquqi əsasını təşkil edən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı lazımi sübutlar məhkəmə təqdim olunmamış, tələbinin hüquqi əsası olmayaraq, onun subyektiv hüququnun olmadığı müəyyən edilir. Bundan əlavə məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, burada iddia tələbi ilə bağlı İddiaçı həqiqətən hansı vaxtdan hüquqlarının pozulmasından məlumatlı olması barədə məhkəməyə heç bir dəlil təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2018-ci il qərarında qeyd olunur ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh pul tələb edərkən, onun bu hüquqa, yəni subyektiv hüquqa malik olmasının hüquqi və faktiki hallarını əsaslandıra bilməmiş, həmçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar