Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6509/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərizənin geri götürülməsi barədə) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə verərək, işin baxılmamış saxlanılaraq iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
Məhkəmə icraat iştirakçılarının izahatları
3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə hazırlıq iclasına gəlməmişlər.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 170.1. bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
6. Belə ki, iddiaçı tərəf iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
7. Odur ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva