Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-6513/2020 30.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 482,32 manat məbləğində əsas borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının, cəmi 502,72 manat məbləğində borcun Kreditor MMC-nın xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu ilə Kreditor MMC arasında hissə-hissə ödənilmək şərtilə **********0 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə kreditor tərəfindən Borclu 12 ay müddətinə hissə-hissə ödənilmək şərtilə telefon Redmi 7 3/32 Eclipse Black satılmış, borclu razılaşdırılmış ödəniş cədvəlinə əsasən ödəniş etməyi öhdəsinə götürmüşdür. Kreditor müqavilə üzrə öhdəliklərini tam icra etsə də, Borclu müqavilənin şərtlərini pozaraq heş bir ödəniş etməmişdir. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o öhdəliyini icra etməmiş, nəticədə 482,32 manat borcunu ödəməmişdir. Odur ki, borcludan 482,32 manat məbləğində əsas borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının, cəmi 502,72 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. İşdə olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Borclu Kreditor MMC-dən (ELECTROLUX-4) 482,32 manat dəyərində 1 ədəd Redmi 7 3/32 Eclipse Black markalı telefonu 12 ay müddətinə, ayda 40,18 manat ödəniş edilməklə kreditlə - nisyə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Borclu ilə xx.xx.2019-cu il tarixində bağlanmış müqavilə üzrə 482,32 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Borclu yazılı bildiriş ünvanlanmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1997-ci ildə Beyləqan şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 482,32 (dörd yüz səksən iki manat otuz iki qəpik) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 502,72 (beş yüz iki manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq Kreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6513/2020
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-6513/2020
30.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver