Məhkəmə qərarları › İş №2(060)-652/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-652/2023

29.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-652/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş vaxtından əlavə işlənilmiş iş saatlarına görə ödənişin ödənilməsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş vaxtından əlavə işlənilmiş iş saatlarına görə ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan pulun ən azı 2 misli tətbiq olunmaqla 4706 (dörd min yeddi yüz altı) AZN pul məbləğinin ona ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, daim əmək fəaliyyətində olmuşdur və müxtəlif şirkətlərdə işləmişdir. 2015-ci ildən 4-cü dərəcəli qonaq maşın sürücüsü işləmişdir. 2017-ci ildən rəsmi əmək müqaviləsi bağlamaqla şirkətə 5-ci dərəcəli sürücü (avtobus) vəzifəsinə qəbul edilmişdir. İşə qəbul edilən zaman müqavilə müddətli olmuşdur. Əmək müqaviləsi üzrə iş günü 8 saat olmaqla həftəlik 40 saat müəyyənləşdirilmişdir. İstirahət günləri şənbə və bazar günü olmasına rəğmən ənənəvi olaraq həftənin şənbə günləri, bəzi hallarda isə bazar günləri də işə çağrılmışdır. Əvvəllər elə düşünürdü ki, ona artıq işlədiyi saatlara görə ödənişlər ediləcək. 2019-cu ilin ortalarından onlara (sürücülərə) artıq işlənilən iş saatları və bayram günləri işlənilən saatlar 2 qat hesablanmaqla verilirdi. Lakin sonradan bildirildi ki, 2020-ci ildən hər hansı artıq ödəniş edilməyəcəkdir. Beləki, 2020-ci ildə onlarla bağlanmış əmək müqaviləsi ləğv olunmaqla yeni əmək müqaviləsi bağlanılmışdır. Bundan sonra bir dəfə kadrlar şöbəsinə bu məsələ barədə yaxınlaşdıqda orada bütün işçilərə görə əlavə ödənişlər hesablandığını görmüşdür. Bu barədə soruşduqda bunun başqa şey olduğu bildirilmişdir. Amma o, illərin sürücüsüdür və tabeldən də kifayət qədər anlayışı var. Lakin əməkdaşın bu şəkildə deməsi onda şübhələrin yaranmasına səbəb olmuşdur. Müxtəlif formalarda bəhanələr gətirərək ona bildirilmişdir ki, struktur yenilənmələr səbəbindən mütləq əmək müqaviləsi başqa şirkətə keçirilməlidir. Hamı kimi o, da razılaşmış və əmək müqaviləsi başqa şirkətə dəyişdirilmişdir. Həmin şirkətdən çıxdıqdan sonra son haqq hesab hesablandığı zaman ona əlavə iş saatlarının da ödənilməli olduğunu bildirmişdir. Lakin bunun daha sonra ödəniləcəyi bildirilmişdir. O, da yeni şirkətdə hər hansı bir problemin olmaması üçün sakit durmağa üstünlük vermişdir. Lakin artıq ödənişin çox gecikdiyini görmüş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda cavabdeh ona artıq işlədiyi əlavə iş saatlarına görə ödəniş etməlidir və bu onun haqqıdır. Onun tərəfindən hesablanmış iş vaxtından artıq iş saatları və ödənişlər aşağıdakı şəkildə olmuşdur: a) 2020-ci il üçün: Sentyabr - 52 saat = 185 AZN, Oktyabr - 65 saat = 227 AZN, Noyabr - 58 saat = 218 AZN, Dekabr - 62 saat = 217 AZN. b) 2021-ci il üçün: Fevral - 74 saat = 261 AZN, Mart - 159 saat = 557 AZN, May - 46 saat =163 AZN, İyun - 75 saat = 264 AZN, İyul - 22 saat = 80 AZN, Avqust - 51 saat =181 AZN olmaqla cəmi: 2353 AZN təşkil edir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Sumqayıt Texnologiyalar Parkı“ MMC məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı X5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətii Cəmiyyətinə (bundan sonra: STP) qərşı iş vaxtından artıq işlənilmiş iş saatlarına görə ödənişin ödənilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbində iddiaçı 2020-ci il üzrə 4 ay (sentyabr - 52 saat, oktyabr - 65 saat, noyabr - 58 saat, dekabr - 62 saat) olmaqla, toplam 237 saat, 2021-ci il üzrə 6 ay (fevral - 74 saat, mart - 159 saat, may - 46 saat, iyun - 75 saat, iyul - 22 saat, avqust - 51 saat) Gİmaqla topiam 427 saat iş vaxtından artıq işə cəlb olunduğunu bildirmişdir. Beləliklə, İddiaçı 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayına qədər iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğu cəmi 427 saata görə əlavə ödəniş olan 2353 manat məbləğində pulun hesablanaraq ödənilməsini tələb edir. İddiaçının bu tələbinə münasibətdə hesab edilir ki, iddiaçı tələblə bağli iddia müddətini otürmüşdür. Belə ki, iddiaçının tələbi pul tələbi olmaqla 2020-ci ilin avqust ayından 2021-ci ilin avqust ayına kimi üzrə iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğu vaxt üçün əlavələrin hesablanaraq ona ödənilməsi ilə bağlıdır. Pul tələbləri ilə bağlı Azərbaycan Respublikası əmək qanunvericiliyi 1 (bir) illik iddia müddəti müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) "Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri" adlanan 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddia müddətinin axımı işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. Azərbaycan Respublikası əmək qanunvericiliyi "işçinin hüquqununun pozulduğunu aşkar etdiyi gün" anlayışınnı dəqiq müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə) 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatfardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qənunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya hilməli olduğu gündən başlanır. Göründüyü kimi, qanunverici iddia müddətinin axımının başlandığı günü müəyyən edərkən şəxsin öz hüquqlarının pozulduğunu bildiyi aşkarladığı və ya bilməli olduğu - aşkarlamalı olduğu gün anlayışlarını altemativ olaraq müəyyən edir. İddiaçı iş vaxtından artıq işlərə cəlb olunduğuna görə əlavələrin hesablanıb ödənilmədiyini 2021-ci ilin avqust ayının sonuncu günü - yəni 31 avqust 2021-ci il tarixdə, avqust ayı üçün əmək haqqı məbləği ödənildiyi tarixdə aşkar etməli idi. Bu zaman iddia müddətinin axımının başlanğıc tarixi 01 sentyabr 2021-ci il götürüləcəkdir. Mülki Məcəllənin 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başianması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. İddiaçının iş vaxtından artıq işlərə cəlb olunduğuna görə əlavələrin ödənilməsi barədə tələbi üzrə ilkin mediasiya təklifi xx.xx.2022-ci ildə STPyə daxil olmuşdur. İddia axımının başlanğıc tarixi xx.xx.2021-ci il bitmə tarixi də xx.xx.2022-ci il hesab olunduğu üçün İddiaçı əmək haqqına əlavələrə görə iddia müddəti ötürülmüşdür. Həmçinin, iddiaçının 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayına olan müddət üçün iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı ödəniş tələbi ilə razılaşmırlar və qeyd edirlər ki, İddiaçı qeyd edilmiş müddət ərzində iş vaxtından artıq işlərin görülməsinə cəlb olunmamışdır. Lakin İddiaçı iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğu ehtimalı olsaydı belə, iddiaçı yenə də əlavələrin ödənilməsini müvafiq olaraq ən geci 2022-ci ilin sentyabr ayının 1-nə qədər tələb edə bilərdi. Müiki Məcəlləninn 375.2ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərərı çıxanlanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməyən iş vaxtından artıq iş saatlarına görə əlavələrin hesablanaraq ödənilməsi barədə iddia tələbinin iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh “Sumqayıt Texnologiyalar Parkı“ MMC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş vaxtından artıq işlənilmiş iş saatlarına görə ödənişin ödənilməsi tələbinə dair iddiası hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. İddia tələbində iddiaçı 2020-ci il üzrə 4 ay (sentyabr - 52 saat, oktyabr - 65 saat, noyabr - 58 saat, dekabr - 62 saat) olmaqla, toplam 237 saat, 2021-ci il üzrə 6 ay (fevral - 74 saat, mart - 159 saat, may - 46 saat, iyun - 75 saat, iyul - 22 saat, avqust - 51 saat) olmaqla toplam 427 saat iş vaxtından artıq işə cəlb olunduğunu bildirmişdir. İddiaçı 2020-ci ilin sentyabr ayından 2021ci ilin avqust ayına qədər iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğu cəmi 427 saata görə əlavə ödəniş olan 2353 manat məbləğində pulun hesablanaraq ödənilməsini tələb edir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanaraq "xxxx" MMC-də 5-ci dərəcəli sürücü peşəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixində öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi dövr ərzində İddiaçı tərəfindən "xxxx" MMC-yə iş vaxtından artıq işə cəlb olunma ilə bağlı əlavə ödəniş tələbi ilə müraciət daxil olmamışdır. Yalnız bu tələblər onda, əmək müqaviləsinə xitam verilməsindən sonra yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qəran) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Qanunvericilikdə işçinin iş vaxtından artıq işlərə cəlb olunması üçün 2 şərt əsas göstərilir. 1 - İşəgötürənin əmri (Sərəncamı, qərarı) 2 - İşçinin razılığı. İddiaçının iddia etdiyi kimi 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayına qədər iş vaxtından artıq işlərə cəlb olunma halı baş vermədiyi üçün, bu normada qeyd olunan sənədlər də tərtib olunmamışdır. Çünki sözügedən bu sənədlər məhz işçinin iş vaxtından artıq işlərə cəlb olunmasını təsdiq edən bir başa sübutlardır. Bu sənədlərdə hər iki tərəfin iradəsi - işəgötürənin işçini iş vaxtından artıq işlərə cəlb etmək təklifi və işçinin bu təklifə razılığı ifadə olunur. İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı nə işəgötürənin əmrini (sərəncamı, qərarı) nə də özünün razılığını ifadə edən sübutu təqdim edə bilməmişdir. İddiaçı bu iddiası ilə bağlı iş materiallarına yalnız tabellərin ksero-surətini əlavə etmişdir. Qeyd edilməlidir ki, təqdim edilən sənədlər "xxxx" MMC-yə aid deyildir. Belə ki, sənədlərin surətlərinin üzərində sənədlərin "xxxx" MMC-yə aid olması barədə heç bir qeyd yoxdur. "xxxx" MMC tərəfindən rəsmi (möhürlə) təsdiq edilməmişdir. Ümumiyyətlə təqdim edilən sənədlərə baxdıqda, 427 saat iş vaxtından artıq işə cəlb olunmanı təsdiq edən heç bir fakt yer almır. Həmçinin, sözügedən mübahisə ilə bağlı iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı regional şöbəsinə də (bundan sonra X3 Xidməti) müraciət etmişdir. X3 Xidmətinin təqdim edilmlş sənədlər əsasında araşdırmalarına əsasən tələbin əsassız olduğu müəyyən edilmiş, İddiaçı şikayət məktubunda və iddia ərizəsində qeyd etdiyi müddətlərdə iş vaxtından artıq işlərə cəlb olunmadığı faktı öz təsdiqini tapmışdır. İddiaçı 427 saat iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı iddiasına dair nə X3 Xidmətinə, nə də məhkəməyə təsdiqedici sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessua Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz təiəblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə istinadən isə "Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Digər tərəfdən X2 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əıdə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində göstərilir ki, "Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə olunmuş sənədlərdən də aydın olur ki, əlavə olunmuş sənəd və materiallar sübut kimi qəbul olunsa belə tərəfin tələbini müəyyən edə bilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən "Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən "Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir." İş materiallarından da görünür ki, ədalət mühakiməsinin həyata keçirilməsini təmin edəcək faktlar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsində qeyd olunur ki, "Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz." İddiaçı iş vaxtından artıq işlərə cəlb olunmasına dair iddiası hər hansı sübuta və faktlara əsaslanmadığı üçün əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməyən iş vaxtından artıq iş saatlarının ödənilməsinə dair iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, işə 2010-cu ildə qəbul olmuş, daha sonra 2015-ci ildə işlədiyi müəssisə STP-yə çevrilmişdir. Əvvəllər artıq işlənmiş saatlara görə ödənişlər edilirdi. Lakin 2020-ci ilin avqust ayının əlavə ödənişlərini etdikdən sonra 2020-ci ilin sentyabr ayından başlayaraq 2021-ci ilin oktyabr ayına kimi işçilərə əlavə ödənişlər verilmədi. O, məsələnin həll ediləcəyini güman etdiyi üçün şikayət verməmiş və digər işçilərlə birlikdə əlavə ödənişlərin ediləcəyini gözləmişdir. Halbuki, o, gecə saatlarında, qeyri-iş günləri və bayram günlərində əlavə işləmişdir. Əlavə olaraq onu da bildirir ki, məsələ ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət etmiş və həmin İdarə onun müraciətinə cavab vermişdir. O, iddia ərizəsində gecə işlədiyi saatları heç qeyd etməmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, 2020-ci ilin avqust ayından bu məsələ ilə məşğuldur. 2022-ci ilin aprel ayında bu məsələ ilə ciddi məşğul olmağa başlamış, mediasiya mərhələsindən keçmişdir. İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı işə 2010-cu ildə qəbul olunub. 2015-ci ildə isə iş yeri STP-yə çevrilmişdir. Cavabdeh 2020-ci ilin avqust ayından etibarən əlavə ödənişlərin ödənilməsini dayandırmış, avqust ayının haqqı ödənmiş, lakin konkret olaraq, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin oktyabr ayına kimi əlavə saatlar görə iddiaçının əmək haqqı verilməyib. Hesab edir ki, iddia tələbi tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş cədvəllər iddiaçının həmin müəssisədə iş vaxtında artıq iş saatlarına cəlb edildiyini təsdiq edir. Lakin iddiaçı işlədiyi artıq işə görə əmək haqqı ala bilməmişdir. Vəkil qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Sumqayıt Texnologiyalar Parkı“ MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 bildirdi ki, iddia tələbini qəbul etmir. Hesab edir ki, hazırkı vəziyyətə iddia müddəti ötürülüb və iş üzrə iddia müddəti tətbiq edilməlidir. Onu da qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi anda məhkəməyə müraciət etməli idi. Mübahisə ilə bağlı ilkin mediasiya təklifi xx.xx.2022-ci ildə STP-yə daxil olmuşdur. Halbuki qanunvericiliyn tələblərinə görə fərdi əmək mübahisələrinə 1 il iddia müddəti müəyyən edilib və iddiaçı həmin müddəti ötürərək hazırkı iddia tələbi ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edib. Bundan başqa iddiaçı iddia tələbini əsaslandırdığı hallarla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Onun təqdim etdiyi sənədlərin “Sumqayıt Texnologiyalar Parkı“ MMC-yə heç bir aidiyyatı yoxdur. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, "xxxx" MMC-də sürücü işləmişdir. Onun da artıq işlədiyi saatlar ona ödənilməmişdir. 2020ci ildən bu günə kimi həftəsonları, bahram günləri işlədiyi əlavə saatlara görə haqqı ödənilməmişdir. Onu da qeyd edir ki, hətta iş günləri də artıq işlədiyi saatlar ödənilməyib. Belə ki, iş günləri hətta gecə saat 01:00-a kimi işləyirdilər. Məşhur Qəniyevin dövründə artıq əlavə saatlar ödənilmədi. Bildirir ki, o, öz xahişi ilə xx.xx.2022-ci il tarixdə işdən çıxmışadır. Məsələ ilə bağlı o, da iddia tələbi qaldırmış, mübahisə mediasiya mərhələsindədir. Əslində o, da bu işin nəticəsində maraqlıdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədov Hicran Bəhram oğlu bildirmişdir ki, o, 2009-cu ildən 2022-ci ilə kimi "xxxx" MMC-də işləmiş, daha sonra pensiyaya çıxmışdır. İş saatı rəsmi olaraq saat 17:00-a kimi idi. Lakin iddiaçı iş saatından əlavə qalaraq işləyirdi. Onda olan məlumata görə işçilər əlavə iş saatlarına görə pulları ödənilmədiyinə görə hazırda şikayət edirlər. Qeyd edir ki, o, artıq saatlar işlədiyi zaman əlavə haqq almışdır. Onu da bildirir ki, hətta pandemiya dövründə də işləmiş, lakin həmin vaxt əlavə haqq ödənilməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, İddiaçı tanıyır. O, "xxxx"nda sürücü işləyib. Qeyd edir ki, İddiaçı ondan əvvəl STP-də işləməyə başlamışdır. Onlar sürücü kimi istər iş saatlarından sonra, istər şənbəbazar günləri, istərsə də bayram günləri üçün işçilərin daşınmasını həyata keçirirdilər. Bildirir ki, iş saatlarını o, müəyyən edirdi. Belə ki, o, 2019-cu ildən 2022-ci ilə kimi iş saatlarının cədvəlini tərtib etməklə məşğul olub. Daha sonra təxminən may ayında qaraj dağılmış və o, işdən çıxmışdır. Sürücülər çox olduğu üçün iş yüklərini eyniləşdirməyə çalışırdılar. Həmin vaxt Məhşur Qəniyev nəqliyyat müdiri işləyirdi. Həmçinin, M.Qəniyev onun da müdiri olmuşdur. Qeyd edir ki, onun işçilərin işə giriş və çıxış saatlarını həmçinin, boş yer olduqda ümumi iş saatlarını qeyd etdiyi tabel cədvəli var idi. Həmin cədvəli o, tək özü imzalamırdı. Məhkəmənin nəzərinə çatdırır ki, işçilərin ümumi işlədikləri saatlara CPSdən baxırdı. İddiaçı 8 saatdan çox işləyirdisə, artıq iş saatlarını qeyd edirdi. CPS bütün maşınlara quraşdırılmış cihazdır. Həmin cihazla hər şeyi görmək mümkündür. Hətta həmin cihaz vasitəsi ilə işçilərin tərtib edilən qrafikə uyğun hərəkət edib-etmədiyini müəyyən edirdilər. Bəzi işçilər olurdu ki, tabel cədvəlini imzalamalarına baxmayaraq müvafiq hərəkətləri icra etmirdilər. Bu səbəbdən həmin cihazlara nəzarət edirdilər. Lakin CPS-də məlumatlar 90 saatdan artıq saxlanılmır. Qeyd edir ki, işçiləri işə o, çıxardığı üçün tabel cədvəlini də o, imzalamalı idi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin Maliyyə Departamentinin Avtoparkın İdarəolunması Şöbəsinin Xidməti nəqliyyat bölməsinə 5-ci dərəcəli sürücü (avtobus) peşəsinə işə qəbul edilmişdir. Həmin müqavilə üzrə işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı saat 8.00-da başlayır və 17.00-da qurtarır. İşçiyə hər ay 600 manat əmək haqqı verilir. Həmin Müqvailənin 4.5-ci maddəsinə əsasən işçiyə iş vaxtından artıq vaxtda işlədikdə Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əlavə əmək haqq verilir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin Sumqayıt regional ərazi şöbəsinə təqdim etdiyi xx.xx.2022-ci ii tarixli rəsmi məlumatına və təsdiqedici sənədlərə əsasən müəyyən oldu ki, Sizinlə sonuncu dəfə xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsinə bağlanaraq Cəmiyyətin Maliyyə departamentinin Avtoparkın idarəolunması şöbəsinin Xidməti nəqliyyat bölməsinə 5-ci dərəcəli sürücü (avtobus) peşəsinə işə qəbul edilmişsiniz. Sizinlə bağlanmış müddətli əmək müqaviləsinə müraciətiniz əsasında 44- İRD/X saylı xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin işəgötürəni tərəfindən xitam verilmişdir. Sizin və digərlərinizin müraciətinizlə bağlı Abşeron Xızı regional şöbəsinə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli izahatlarınızda 2015-ci ilin may ayından 2020-ci ilin sentyabr ayının əvvəlinə qədər işlədiyiniz dövrlərdə iş vaxtından artıq işə cəlb olunduğunuzu bu işə görə əmək haqqlarınızın tam ödənildiyindən şikayətinizin olmadığınızı bildirmisiniz. Təqdim etdiyiniz izahatlarınızda 2020-ci ilin sentyabr ayından 2021-ci ilin oktyabr ayına qədər iş vaxtından artıq işə cəlb edildiyinizi, bu işə görə əmək haqqlarınızın ödənilmədiyini bu ödənişin ödənilməsinə köməklik göstərilməsini bildirmiş və qeyd etdiyiniz dövrlərdə işləməyinizlə bağlı təqdim etdiyiniz “işə gediş cədvəlləri” adlı sənədlərin sürətlərində bu sənədlərin "xxxx" MMC-yə aid olmasına dair heç bir qeyd aparılmamış, həmçinin "xxxx" MMC tərəfindən rəsmi (möhürlə) təsdiq olunmamışdır. Eyni zamanda izahatlarınızda tələb etdiyiniz dövrlərdə işləməyinizlə bağlı əlavə heç bir təsdiqedici sənədlər təqdim edə bilməyəcəyinizi bildirmisiniz. Bildirmək istəyirik ki, müraciətinizlə bağlı "xxxx" MMC tərəfindən təqdim olunmuş möhürlə təsdiq edilmiş təsdiqedici sənədlərdə 2020-2022-ci illərin iş vaxtının uçotu tabellərinə, əmək haqqlarının hesablanması cədvəllərinə əsasən 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayının sonuna qədər iş vaxtından artıq işə cəib olunduğunuzu və bu dövrlərə görə əmək haqqlarınıza əlavələrin hesablanması və ödənilməsinın təmin edildiyi müəyyən olunmuşdur, 2020-ci ilin sentyabrından 2022-ci ilin may ayına qədər işlədiyiniz dövrlərdə iş vaxtından artıq işə cəlb olunmağınız təqdim edilmiş iş vaxtının uçotu tabellərində və əmək haqqlarının hesablanması cədvəllərində müəyyən edilməmişdir. Bildiririk ki, əmək müqavilələrinizə xitam verilərkən cəmiyyətin işəgötürəni tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbi pozularaq Sizin və digərlərinizin işdən çıxdığınız sonuncu iş günü son-haqq hesablarınız (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilmədiyi üçün tərəfimizdən “STP" MMC-nin direktoru (işəgötürən) barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsinə əsasən İnzibati xəta haqqında Protokol tərtib edilmişdir.” Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən işçinin əmək müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və əmək müqaviləsi iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək kimi əsas hüquqları vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin Maliyyə Departamentinin Avtoparkın İdarəolunması Şöbəsinin Xidməti nəqliyyat bölməsinə 5-ci dərəcəli sürücü (avtobus) peşəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayının sonunadək müddətdə iş vaxtından artıq işlədiyi saatlara görə 4706 manat pul tələbinə dair "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MMC-nin Maliyyə Departamentinin Avtoparkın İdarəolunması Şöbəsinin Xidməti nəqliyyat bölməsində işlədiyi vaxt qeyri-iş günləri işə cəlb edildiyi iş materiallarında olan cədvəllər, cədvəlləri imzalayan Məşhur Qəniyev adlı şəxsin "xxxx" MMC-də Maliyyə Departamentinin Avtoparkın İdarəolunması şöbəsində şöbə müdirinin müavini vəzifəsində işləməsi, şahid ifadələri və digər sübutlarla qismən (iddia predmeti olan müddətlərin bir hissəsinə dair cədvəllər məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş cədvəllərin bir hissəsi isə imzalanmamışdır) təsdiqini tapmışdır. Lakin cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətləri ilə bağlı məsələləri tənzimləyir. Belə ki, həmin Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. (294.1) Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.(294.4) Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin tərbiqi barədə ərizə əsaslıdır və ərizə tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının tələbi 2020-ci ilin avqust ayından 2021-ci ilin avqust ayı da daxil olmaqla həmin aylarda iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğu vaxt üçün pulun ödənilməsi ilə bağlıdır. Beləliklə iddiaçı xx.xx.2021-ci il tarixdə işlədiyi avqust ayına görə əmək haqqını alarkən əlavə iş günləri (və ya saatları) üçün ona əmək haqqı ödənilmədiyini bilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin axımı ən geci həmin tarixdən başlanmaqla xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçının iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış mediasiya prosesinin tətbiqi barədə təklif məktubundan görünür ki, həmin məktub xx.xx.2022-ci il tarixdə poçta təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə isə cavabdeh MMC-yə daxil olmuşdur. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (35.1). Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur (35.2). Göründüyü kimi iddiaçının mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə ünvanlanarkən mübahisə üzrə iddia müddəti artıq bitmişdi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. İş materiallarından görünür ki, İddiaçı hazırki məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Birinci vitse-prezidentinə müraciət etmiş, müraciəti aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı Regional Şöbəsinə ünvanlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X3 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Göründüyü kimi X3 Xidməti fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olmadığından məhkəmə hesab edir ki, iddiaçının həmin Xidmətə müraciət edibetməməsi və ya hansı tarixdə müraciət etməsi, o cümlədən müraciətinin hansı tarixdə X3 Xidmətinə göndərilməsi iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir. Yalnız mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur ki, iddiaçı belə bir təkliflə qarşı tərəfə müraciət edərkən artıq iddia müddəti ötürülmüşdü. İddiaçı isə həmin müddətin üzrlü səbəbdən (iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallar) ötürülməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş vaxtından əlavə işlənilmiş iş saatlarına görə ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş vaxtından əlavə işlənilmiş iş saatlarına görə ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar