Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6530/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə nikahda olduqları dövrdə anadan olmuş övladları-10 may 2020-ci il təvəllüdlü X4 və 10 mart 2022-ci il təvəllüdlü X1 üçün 2022-ci ilin may ayından başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat və uşaqların 3 yaşına çatanadək işləmədiyinə görə əlavə 200 manat, cəmi 600 manat sabit pul məbləğində iddiaçının xeyrinə aliment tutulması, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat mediasiyaya dair xərcin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 10 iyul 2019-cu ildə nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların 10 may 2020-ci il təvəllüdlü X4 və 10 mart 2022-ci il təvəllüdlü X3 adlı iki övladı anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş, iddiaçının münasibətləri normallaşdırmaq, ailə münasibətlərini qaydaya salmaq cəhdləri heç bir nəticə verməmişdir. İddiaçı bütün bunlara baxmayaraq, ailənin dağılmaması üçün əlindən gələni etmişdir. Lakin cavabdeh ailə münasibətlərini davam etdirməyi lüzumsuz saymışdır. Beləliklə də son nəticədə ailə dağılmışdır. Beləliklə, artıq iddiaçı özü də nəticə çıxartmışdır ki, ailə mövcud deyildir, onların nikahı formal xarakter daşıyır, quru kağız üzərində qalmışdır. Tərəflər artıq həmin dövrdən ər-arvad kimi yaşamır və ümumi təsərrüfat idarə etmirlər. Tərəflərin 10 may 2020-ci il təvəllüdlü X4 və 10 mart 2022-ci il təvəllüdlü X3 adlı öladları ayrıldıqları vaxtdan etibarən anaları ilə birlikdə qalırlar. Qeyd edir ki, cavabdeh uşaqların atası olmasına baxmayaraq, onların saxlanılması ilə əlaqədar iddiaçıya heç bir köməklik göstərmir. İddiaçı isə evdar qadın olmaqla heç bir əlavə yerdə işləmir və gəlir əldə etmir, heç bir əlavə haqq almır, özünün və uşaqlarının ehtiyaclarını ödəyə bilmir. Ailə Məcəlləsinə əsasən, uşağı saxlamağa aliment ödəyən valideyn həm də onun bütün xərclərində iştirak etməlidir. Belə ki, 10 may 2020-ci il təvəllüdlü X4 və 10 mart 2022-ci il təvəllüdlü X2 hal-hazırda müayinə və müalicəyə ehtiyacları vardır. Bütün bunlar isə xərc tələb edir. Cavabdeh bir valideyn kimi öz vəzifələrini icra etmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2021-ci ilin dekabr ayından etibarən ayrı yaşayırlar. Cavabdeh uşaqlarının saxlanılmasında iştirak etmir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin 10 may 2020-ci il təvəllüdlü X4 və 10 mart 2022-ci il təvəllüdlü X3 adlı iki övladları vardır. - MŞB/6-5346 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2019-cu il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Nikahda olduqları dövrdə 10 may 2020-ci il təvəllüdlü X4 və 10 mart 2022-ci il təvəllüdlü X3 adlı iki övladı anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. Cavabdeh uşaqlarının saxlanılması üçün heç bir köməklik etmir. İddiaçı iddia tələbini müdafiə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın maddi yardımın ödənilməsi ilə bağlı hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə hər ay üçün 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı qızına ödənilməli, eyni zamanda Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq həmin vəsait 21 sentyabr 2022-ci il tarixdən hesablanmalı, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay hər uşağa görə 50 manat olmaqla, ümumilikdə hər ay üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 03 noyabr 2022-ci il tarixdən (iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edilən tarixdən) hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin cavabdehə aid hissəsinin ondan alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismın təmin edilməli, mediasiya xərci olaraq idddiaçı İddiaçı tərəfindən ödənilmiş 50 manatın 25 manatı Cavabdeh tutularaq İddiaçı verilməli, qalan 25 manatı İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə hər ay üçün 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. Alimentin tutulmasının əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay hər uşağa görə 50 manat olmaqla, ümumilikdə hər ay üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın. Mediasiya xərci olaraq idddiaçı İddiaçı tərəfindən ödənilmiş 50 manatın 25 manatı Cavabdeh tutularaq İddiaçı verilsin, qalan 25 manatı İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6530/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6530/2022
25.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver