Məhkəmə qərarları › İş №2(060)-6551/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6551/2021

21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6551/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İsmayılova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Məmmədova Nəzrin Rəhim qızı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının yanında yaşayan 29.10.2006-cı il təvəllüdlü Lailanın və 10.08.2012-ci il təvəllüdlü Nihadın cavabdehin himayəsinə verilənə qədər saxlanılması üçün hər uşağa hər ay 175 manat olmaqla 2 uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin 19.09.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və nikahdan olan uşaqları 11.07.2005-ci il təvəllüdlü Zenfiranın və 10.08.2012ci il təvəllüdlü Nihadın cavabdehin yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanımaları üçün uşaqlar anaya verildikləri vaxtdan hər ay hər uşağa 154 manat olmaqla 308 manat alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qismən ləğv edilmiş, digər-29.10.2006-cı il təvəllüdlü qızı Lailanın da cavabdehin himayəsinə verilməsi və alimentin hər uşağa 120 manat məbləğində tutulması qət olunmuşdur. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.08.2020-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Uşaqlardan yalnız biri- qızı Zenfira 13.11.2020-ci ildən cavabdehin yanındadır, lakin iddiaçı ilə də ünsiyyət saxlayır. Lakin digər uşaqlar Laila və Nihad 2019-cu ildən bəri cavabdehlə boşanmalarına baxmayaraq iddiaçının yanındadılar. Məhkəmə qətnaməsi icraya yönəldilmiş, yanında qalan hər iki uşaq psixoloqun iştirakı ilə dindirilmiş, lakin uşaqlar qətiyyətlə cavabdehə getməkdən imtina etmişlər və bununla bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən akt da tərtib olunmuşdur. Uşaqların ikisinin faktiki olaraq iddiaçının yanında qalmasına baxmayaraq iddiaçı cavabdehin yanında qalan bir uşağa görə aliment öhdəliyinə cəlb edilmişdir. Halbuki cavabdeh də bir valideyn olaraq onun yanında qalan uşaqların saxlanılmasında və maddi təminatında iştirak etməlidir. O, cavabdehlə məhkəməyə müraciət etməzdən qabaq əlaqə saxlayaraq faktiki iddiaçının yanında olan uşaqlar cavabdehə verilənə qədər onun yanında olan qızı Zenfira ilə bağlı aliment tələbindən imtina etməsini bildirmiş, lakin o imtina etməyəcəyini bildirmişdir. Artıq 3-cü ildir ki, iddiaçı hər iki uşağı təkbaşına böyüdür və bu 2 ildə cavabdeh uşaqlara bir valideyn kimi yardım etməmiş, kömək göstərməmiş, əksinə yanında qalan 1 uşağa görə iddiaçıdan aliment tələb etmişdir, cavabdeh bununla bağlı dəfələrlə icra məmuruna şikayət edərək barəsində inzibati tədbir görülməsini tələb etmişdir. Belə olan təqdirdə iddiaçının himayəsində olan 29.10.2006-cı il təvəllüdlü Laila və 10.08.2012-ci il təvəllüdlü Nihad cavabdehin faktiki himayəsinə verilənə qədər ondan iddiaçının nəfinə aliment tutulması üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini və ümumiyyətlə hazırki iddiaya cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalı olduğunu qeyd edərək bu barədə vəsatət vermiş, məhkəmənin qərardadı ilə tərəfin vəsatəti rədd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan : - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İsmayılov Elman Vüqar oğlu ilə Cavabdeh arasında olan nikah 14 fevral 2020-ci il tarixdə pozulmuşdur. - Doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahından 10.08.2012-ci il təvəllüdlü X5, 29.10.2006-cı il təvəllüdlü X9 qızı və 11.07.2005-ci il təvəllüdlü X2 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-723/2019 nömrəli iş üzrə 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı ilə İsmayılova (piriyeva) Əfsanə Məcnun qızı arasında olan 01.10.2004-cü il tarixdə Sumqayıt Şəhər Nikah evində bağlanmış nikahın pozulması, Zemfira və Nihadın analarının yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanması üçün ananın himayəsinə verildiyi gündən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat pul məbləğində alimentin tutulması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Lailanın atasının yanında qalması, ilk və qarşılıqlı iddiaların qalan hissədə təmin olunmaması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-617/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəmısinin qətnaməsi Lailanın atasının yanında qalması hissəsində ləğv edilmiş, bu hissədə ilk iddianın təmin edilməsi, həmin uşağın da ananın himayəsinə verilməsi, uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, alimentin məbləğinə aid hissədə qətnaməyə dəyişiklik edilmiş, uşaqların cavabdehdən alınaraq iddiaçıya verildiyi vaxtdan yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş, qətnamə qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnamə nikahın pozulmasına dair hissə istisna olmaqla, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3610/2020 saylı, 10.08.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-617/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə-uşaqların ananın himayəsinə verilməsi, alimentin tutulması və qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmışdır. - 13.11.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-617/2020 saylı, 10.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tərəflər və uşaqlar icra şöbəsinə dəvət edilmiş, uşaqlarla profilaktik söhbətlər baş tutmuşdur. Bununla belə icra sənədinin icrası qismən baş tutmuşdur. Belə ki, nikahdan olan uşaqlardan yalnız 11.07.2005-ci il təvəllüdlü Zemfira anası Cavabdeh ilə getmiş, digər uşaqlar anaları ilə getməkdən imtina etmişdir. - 01.12.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İsmayılova Əfsanə icra sənədinin tam icra edilməsi və nikahdan olan digər uşaqlarının da onun yanında saxlanılmaları üçün ona təhvil verilmələrini xahiş etmişdir. - 25.05.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Şəhərr İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi X8 nikahdan olan uşaqlar- Laila və Nihadla mütəxəssis kimi görüşmüşdür. Bundan başqa uşaqlar anaları ismayılova Əfsanə ilə də görüşmüş, lakin bununla da analarının yanında qalmaq istəmədiklərini bildirmiş, ancaq anaları ilə görüşmək istədiklərini bildirmişdirlər. - 02.11.2020-ci il tarixli X1 ərizəsindən görünür ki, Sumqayıt şəhərində oxuyur, burada qalıb oxumaq istəyir, atasının yanında qalır. Atasının yanında ona lazımlı olan bütün şərait vardır. Buna görə də özünün bacısı və qardaşı ilə birlikdə atasının yanında qalmasını istəyir. İradələrinin əksinə gedilməməsini xahiş etmişdir. - İddiaçı icra icraatı zamanı verdiyi 03.11.2020-ci il tarixli izahatın surətindən görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-617/2020 saylı, 10.08.2020-ci il tarixli icra vərəqəsi barədə xəbərdardır. Uşaqlarının analarına getmələrinə ona görə qarşı çıxır ki, çünki uşaqlar özləri də getmək istəmirlər. Uşaqların məcburi formada analarına verilməsinə razı deyildir, özləri getsələr buna qarşı çıxmayacağını bildirmişdir. Eyni zamanda uşaqların analarına getməmələri üçün hər hansısa psixi və fiziki təsir göstərmədiyini bildirmişdir. - 02.11.2020-ci il tarixli ərizədən görünür ki, nikahdan olan X4 da atası və bacı qardaşı ilə qalmaq istədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 2004-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin nikahından 10.08.2012-ci il təvəllüdlü X5, 29.10.2006-cı il təvəllüdlü X9 qızı və 11.07.2005-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-617/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə nikahdan olan uşaqlar anaları Cavabdeh himayəsinə verilmişdir. Eyni zamanda yetkinlik yaşına çatanadək nikahdan olan uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Uşaqların analarının yanında saxlanmalarına baxmayaraq Laila və Nihad 2019cu ildən hal-hazıradək ataları İddiaçı yanında qalırlar. Cavabdeh qətnamənin icrası ilə əlaqədar Laila və Nihadın onun yanına getmələrinin icra edilməsini dəfələrlə tələb etsədə, ondan asılı olmayan səbəblərə görə qətnamə icra edilməmişdir. Hazırda qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-617/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı övladları Laila və Nahidin saxlanmaları üçün aliment tutulub Cavabdeh verilməlidir. Alimentin alınması uşaqların Cavabdeh verildiyi vaxtdan icra edilməlidir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması müəyyən edilmişdir. Həmin qətnamənin icra edilməməsinin səbəbi Cavabdeh hər hanı bir hərəkət və ya hərəkətsizliyi deyil. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi ilə bağlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı 29.10.2006-cı il təvəllüdlü X4 və 10.08.2012-ci il təvəllüdlü X3 analarının himayəsinə verilənə qədər saxlanılmaları üçün hər ay 175 manat olmaqla iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar