Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6780/2025 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi olmaqla atalığın ləğv edilməsi tələbinə dair iş üzrə (açar sözlər: atalığın ləğv edilməsi, işin baxılmamış saxlanılması) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi olmaqla atalığın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü ildə anadan olmuş X2 atasının olmağı barədə xx.xx.2023-cü il tarixdə qeydə alınmış 621 saylı doğum haqqında şəhadətnamənin ləğv olunması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6785/2025 saylı, xx.xx.2025-ci il tarixli, qərardadı ilə iş üzrə tibbi-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinə həvalə edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 794/2025 saylı rəyi məhkəməyə daxil olmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6780/2025 saylı, xx.xx.2026-cı il tarixli, qərardadı ilə İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə, saat 11:30-a təyin edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək dövlət rüsumu ilə birlikdə sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
8. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
9. Belə ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə vermiş və cavabdeh məhkəmə iclasında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir.
10. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi olmaqla atalığın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva