Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6826/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan 26 dekabr 2013-cü il təvəllüdlü X1 və 26 yanvar 2018-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 05.03.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Rəsmi nikahdan 26 dekabr 2013-cü il təvəllüdlü X2 və 26 yanvar 2018-ci il təvəllüdlü X4 oğlu anadan olmuşdur. Cavabdeh ailəyə heç bir yardım göstərə bilmir, qayğılarına qalmır, qazancını özünə sərf edir. Hal-hazırda uşaqları ilə birlikdə Sumqayıt şəhəri 9-cu mkr, ev 51, mənzil 62-də yaşayır. Uşaqlarının azyaşlı olması ilə əlaqədar işləmir və uşaqların maddi tələbatlarını atası ödəyir. Onların yeyib-içmək xərclərini ödəyə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, birgə nikahlarından olan 26 dekabr 2013-cü il təvəllüdlü X1 və 26 yanvar 2018-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini və birgə nikahlarından olan 26 dekabr 2013-cü il təvəllüdlü X1 və 26 yanvar 2018-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsinə razı olduğunu bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ-İ 814969 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Tahirova Minzalə Firudin qızı 05 mart 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 130 saylı akt qeydilə rəsmiləşdirilmiş, arvada Quliyeva soyadı verilmişdir. Tərəflərin rəsmi nikah münasibətlərindən 26 dekabr 2013-cü il təvəllüdlü X1 və 26 yanvar 2018-ci il təvəllüdlü X4 oğlu anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-İİİ 265596 və AZ-İV 076095 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətinə əsasən) İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsinin 438 nömrəli 07.06.2021-ci il tarixli arayşından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mkr, ev 51, mənzil 62-də yaşayır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin 625 nömrəli 17.06.2021-ci il tarixli arayşından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 48-ci mkr, ev 5V, mənzil 57-də yaşayır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul etdiyindən və hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmədiyindən cavabdehdən tutulan alimentin məbləği hər ay bir uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutlması 28.07.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-i maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. 28.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh 26 dekabr 2013-cü il təvəllüdlü X1 və 26 yanvar 2018-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6826/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6826/2021
20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver