Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6830/2021 02.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğvi» tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə arasında bağlanmış 20.12.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən REF BEKO DSMV 5280MAOS markalı soyducuya ödədiyi 705 manat pulun, ona dəymiş 500 manat maddi ziyanın, cəmi 1205 manat məbəlğində pulun, ödədiyi 30 manat dövlət rüsumunun və ya aldığı soyuducunun yenisinin ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddiaçının və ya ərizəçinin cavabdehə qarşı yönələn tələbi göstərilməlidir. Hesab edirəm ki, yoxlanılan ərizədə iddia tələbi qeyri-müəyyəndir, iddiaçı tərəfindən tələb konkret ifadə olunmamış, şərtlə – “və ya” şəklində göstərilmişdir. Eləcə də iddiaçı “müqavilənin ləğvi” başlığa altında müraciət etsə də göründüyü kimi pul və ya əmlak tələbi tələbi ilə çıxış edir. Hesab edirəm ki, qeyd olunan bu hal iddia ərizəsində iddiaçının tələbinin göstərilməməsi kimi qəbul edilməlidir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi prosessual sənəd olmaqla qanuna uyğun şəkildə tərtib olunmalı, iddiaçının cavabdehə yönəlmiş tələbi konkret ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğvi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6830/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6830/2021
02.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver