Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-687/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh “Lift-Servis” Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Lift-Servis” Birliyinə qarşı “cavabdeh tərəfindən əmək müqaviləsi bildirişində düzəliş edilərək onun ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə işdən azad edilməsi və cavabdehdən 3 il işsiz qaldığına görə 1242* manat pulun tutularaq ona ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh “Lift-Servis” Birliyinə qarşı “cavabdeh tərəfindən əmək müqaviləsi bildirişində düzəliş edilərək onun ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə işdən azad edilməsi və cavabdehdən 3 il işsiz qaldığına görə 1242* manat pulun tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, o, *1.1*.2*19-cu il tarixdə 43 saylı əmrə əsasən “Lift Servis” birliyində 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmişdir. 2*.*9.2*21-ci ildə 55 saylı əmrə əsasən ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin a) bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) işdən azad edilmişdir. Bunu ona məxsus **7553* saylı “Əmək kitabçası” təsdiq edir. Lakin cavabdehin günahı üzündən “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin”də əmək müqaviləsinə xitam verilməsinin əsası kimi “ƏM-nin 7*-ç maddəsi. İşçi özünün əmək funsiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulduqda göstərilmişdir. O, 2*.*9.2*21-ci ildə 55 saylı əmrə əsasən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən işdən azad edildiyi halda əmək müqaviləsi bildirişində ƏM-nin 7*-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edildiyi göstərilmişdir. Bu səbəbdən də 3 ildir ki, onu işə qəbul etməkdən imtina edirlər. Dəfələrlə cavabdehə müraciət edərək əmək müqaviləsi bildirişində yol verilmiş yanlışlığı düzəltməyi təklif etmişdir. Lakin cavabdeh yanlışlığın aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Cavabdehin günahı üzündən ona 1242* manat zərər dəymişdir. 2*22- 2*24-cü illərdə Azərbaycan Respublikasında minimum orta əmək haqqı 345 manatdır. Cavabdehin günahı üzündən 3 il işsiz qaldığına görə 1242* manat zərər dəymişdir..
İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar:
3. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının 2*21-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, həmin tarixdə də ona məxsus olan əmək kitabçası özünə təhvil verilmişdir. Lakin buna baxmayaraq 2*24-cü il tarixdə şikayət etmişdir. Göründüyü kimi iddiaçı şikayəti əsassız olaraq vermişdir. Qanunda nəzərdə tutulan müddəti ötürmüşdür. Əmək müqaviləsinə verilmiş xitamdan məlumatlı olmuşdur, iddia müddətini ötürməklə vermişdir.Odur ki, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2*21-ci ildə işdən azad olunmuşdur. 2*24-cü ildə işə düzələrkən ona məlum olmuşdur ki, köhnə iş yerindən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. 2*24-cü ilin may ayında idarəyə yaxınlaşdıqda orada maddənin silinəcəyi bildirilmişdir. Bu məqsədlə əmək kitabçasını ondan alıb saxlamışdırlar. 1 ay əmək kitabçası orada qalmışdır. Qeyd olunanlardan işdən çıxan zaman məlumatı olmamışdır. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinin yalnışlıq əsasında yazıldığını qeyd etmişlər, lakin qərəzli şəkildə həmin maddə ilə işdən çıxarılmışdır. Əmək Müfəttişliyinə yazılı şəkildə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Müraciəti ilə bağlı sənədlər Əmək Müfəttişliyindədir.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh “Lift-Servis” Birliyinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində və prokurorluğa şikayət ərizəsində 2*19-cu ildə işdən azad olunarkən bu barədə məlumatının olduğunu qeyd etmişdir. Cavabdeh tərəfdən əmək kitabçasına düzəlişin olunması iddiaçıya təklif olunmuş, iddiaçı isə bundan yayınmışdır. İddiaçı yalnız 2*24-cü ildə iş axtarmaq niyyətinə düşmüş və bu zaman Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini bilmişdir. İddiaçı işdən çıxan zaman əmək kitabçasını özü ilə götürdüyünü bildirmişdir. 1 aylıq iddia müddəti vardır. Lakin həmin müddətdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmamışdır. İddiaçı 2*22-ci il tarixdən işdən çıxmışdır. Əmək kitabçası isə özündə olmuşdur. İddiaçı Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyi idarənin əməkdaşlarını dəvət etmişdir. Həm iddiaçıya, həm də onlara yazılı cavab verilmişdir. Bütün bunlar 2*24-cü ilin may ayında baş vermişdir. Bundan sonra barışıq əldə edilməsi ilə bağlı mediasiya prosesində iştirak etmişdirlər. Hal-hazırda mübahisənin barışıq yolu ilə həll edilməsini istəmirlər, mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir.
Tədqiq olunan sübutlar:
8. “Lift-Servis” birliyinin 27 sentyabr 2*21-ci il tarixli, 55 saylı əmrinin surətindən görünür ki, MDX sahəsinin elektrik mexaniki İddiaçı əmək müqaviləsinə Azərbaycan Respulikası ƏM-nin 68-ci maddəsinə əsasən 2a) bəndinə əsasən 2*.*9.2*21-ci il tarixdən (öz təşəbbüsü ilə) xitam verilməsi, istifadə etmədiyi 12 təqvim (*1.*3.2*21:7ay) gün axırıncı əmək haqqının ona ödənilməsi əmr edilmişdir.
9. İddiaçı məxsus əmək kitabçasının əslindən görünür ki, o, *1.1*.2*19-cu il tarixdən “Lift-Servis” birliyinə MDX sahəsinin 2-ci dərəcəli elektrik mexaniki işinə qəbul edilmiş, 2*.*9.2*21-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2(a) bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST mərkəzinin 27 avqust 2*24-cü il tarixli, 3-17-7/2-7-37215/2*24 saylı arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı regional şöbəsinin “Lift Servis” birliyinə ünvanladığı 23 may 2*24-cü il tarixli, 3-7-512-31848/2*24 saylı məktubundan görünür ki, İddiaçı Sumqayıt şəhər “Lift Servis” birliyində əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi müraciətinə aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış müraciətin tam, hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə müəssisənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilməsi üçün 3 iş günü müddətində qeyd olunan müraciətlə əlaqədar müəssisənin cavab məktubunun, müraciətdə qeyd edilən məsələlərlə bağlı müvafiq təsdiqlənmiş sənədlərin Müfəttişliyə təqdim edilməsi xahiş edilmişdir. Həmin sənədlərin siyahısına yazılı, əmək müqaviləsi, işə qəbul əmri və işçinin ərizəsi, işlədiyi dövrlərdə məzuniyyətlərdən istifadə etməsi barədə əmrlərin surətləri və ərizələri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr və xitam verilməsini təsdiq edən təsdiqedici sənədlər(xitam verilibsə), iş vaxtının uçot tabelləri, aylıq əmək haqqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlər, işçinin son haqq-hesabının hesablanmasının tam açıqlaması ilə açılışı və ödənilməsini təsdiq edən sənədlər (əmək haqqı, bank ödənişi tapşırığı), müraciətlə bağlı tam ətraflı cavab məktubu göstərilmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: k) əmək münasibətləri sahəsində elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*14-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar: 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.”
15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı *1 oktyabr 2*19-cu il tarixdən cavabdeh “Lift–Servis” birliyinin MDX sahəsində 2-ci dərəcəli elektrik mexanik işinə qəbul edilmiş, 2* sentyabr 2*21-ci il tarixdə işdən azad edilmişdir. “Lift-Servis” birliyinin iddiaçının işdən azad edilməsi ilə bağlı 55 saylı, 27 sentyabr 2*21-ci il tarixli əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən şəxsi ərizəsi əsasında işdən azad edildiyi göstərilmişdir. Eyni zamanda işçiyə məxsus əmək kitabçasında da onun öz ərizəsi əsasında işdən azad edildiyi qeyd edilmişdir. Qeyd edilən halı məhkəmə iclasında cavabdehin nümayəndəsi də etiraf etmiş, iddiaçının məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən işdən azad edildiyini bildirmişdir. Lakin işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində onun işdən çıxma səbəbi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndi qeyd edilərək həmin fomada elektron informasiya sisteminə daxil edilmişdir. Beləliklə işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən, yəni öz ərizəsi əsasında işdən azad edilməsi, lakin əmək müqaviləsinə xitam veriməsi ilə bağlı əmək müqaviləsi bildirişində texniki səhv olaraq işdən azad edilməsinin səbəbinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinin göstərilməsi işin mübahisə edilməyən halıdır. Çünki bu hal işəgötürən tərəfindən məhkəməyə təqdim edilən sənədlər və onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatları əsasında öz təsdiqini tapır.
16. Hazırda iddiaçı işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinə düzəliş edilməsini və cavabdehdən 3 (üç) il işsiz qaldığına görə 1242* manat məbləğində pul vəsaitinin ona verilməsini məhkəmədən xahiş edir.
17. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş, iddia müddətinin keçməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə ilk növbədə iddiaçının əmək müqaviləsi bildirişinə düzəliş edilməsi tələbinə münasibətdə qeyd edir ki, işçinin əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verildiyi halda, əmək müqaviləsi bildirişində onun işdən azad edilmə səbəbinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndi kimi göstərilməsi iddiaçının hüquqlarının açıq-aşkar pozulması ilə nəticələnmişdir. Belə ki, aydındır ki, Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə işçinin azad edilməsi onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu hallarda baş verir. Qeyd olunan hallar işçinin qeyri-məqbul işçi olduğunu, öz vəzifələrinin öhdəsindən kifayət qədər gəlmək qabiliyyətinin olmaması və.s halları özündə ehtiva edir. Başqa sözlə desək həmin normada işçinin ziyanına olan hallar təsbit edilmişdir ki, qeyd edilən səhvə düzəliş edilməməsi işçinin əmək qabiliyyətini şübhə altına ala, onun öz əmək funksiyalarını yerinə yetirmə qabiliyyətinin olmaması səbəbindən işdən çıxarıldığı qənaətinə gəlməyə əsas ola bilər. Habelə bu hal işçinin nüfuzuna xələl gətirə, onun başqa işə qəbul edilməsi zamanı, gələcək əmək münasibətləri zamanı müəyyən problemlərlə qarşılaşmasına səbəb ola bilər. Belə olan halda işəgötürənin texniki səhvi nəticəsində işçinin onun ziyanına ola biləcək hallara məruz qalmasını məhkəmə yolverilməz hesab edir. Bu aspektdən yanaşaraq məhkəmə hesab edir ki, hazırki iddia əmək müqaviləsi bildirişinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı təsbit xarakterli iddia olmaqla, həmin tələbə münasibətdə iddia müddəti tətbiq edilməməlidir.
19. Məhkəmə iclaslarında iddiaçı əmək müqaviləsi bildirişində düzəliş edilməsi ilə bağlı dəfələrlə işəgötürənə müraciət etdiyini, lakin işəgötürən tərəfindən bununla bağlı hər hansı bir tədbir görülmədiyini bildirmişdir. İşəgötürənin nümayəndəsi isə qeyd edilən halın aradan qaldırılmasının mümkünsüzlüyünün səbəbi kimi iddiaçının əmək kitabçasını onlara təqdim etməməsini, Əmək Müffəttişliyi tərəfindən qeyd edilən halın aradan qaldırılması üçün əmək kitabçasının tələb edildiyini göstərsə də, məhkəmənin barışıq sazişinin bağlanması ilə bağlı təklifindən imtina etmiş, qeyd olunan tələbə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.
20. Halbuki Əmək Məcəlləsinin 12-ci maddəsinin k) bəndində əmək münasibətləri sahəsində elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin əsas vəzifəsi kimi müəyyən edilmişdir.
21. Məhkəmə iddiaçının həqiqi niyyətinin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların düzgün olaraq “əmək və məşğulluq” altsisteminə ötürülməsi olduğunu nəzərə alaraq hesab edir ki, həmin məlumatlara düzəliş edilməsi öhdəliyi işəgötürənə həvalə edilməlidir. İşçinin əmək müqaviləsinə xitam verən orqanın cavabdeh müəssisənin olması və xitam verilməsinə dair sənədlərin də məhz (əmr və.s) işəgötürəndə olması səbəbindən məhkəmə bu qənaətə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, işəgötürən tərəfindən qeyd edilən əmək müqaviləsi bildirişinə düzəliş edilməsinə Azərbaycan Respublikası Dövlət Əmək Müffətişliyi Xidməti tərəfindən texniki imkan yaradılmazsa və ya buna şərait yaradılmazsa, hərəkətsizlik göstərilərsə bu halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən şikayətlə bağlı müvafiq inzibati məhkəməyə müraciət edilə bilər.
22. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2**5-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
23. İddianın digər hissəsinə, yəni 1242* manat pulun tutularaq ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində həmin vəsaitin tələb edilməsinin əsası kimi 3 (üç) il işsiz qaldığına görə ona zərər dəydiyini, minimum orta əmək haqqının 345 manat olması nəzərə alındıqda zərərin məbləğinin 1242* manat olduğunu göstərmişdir. Yəni iddiaçı belə hesab edir ki, işləmədiyi aylara görə cavabdeh tərəfindən ona mimimum əmək haqqı miqdarında pul tutulub ödənilməlidir. Lakin iddiaçı əmək müqaviləsi bildirişində işdən çıxma səbəbinin səhv olaraq qeyd edilməsi səbəbindən ona maddi ziyan dəydiyini, yəni işə məhz həmin səbəbdən qəbul edilmədiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa əmək kitabçasında Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin qeyd olunması, şəxsin yeni işə götürülməsinə mane yaratmamaqla, Əmək Qanunvericiliyində bununla bağlı hər hansı məhdudiyyət mövcud deyildir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ məcburi iş buraxmaya görə ödəniş kimi də qəbul edilə bilməz. Çünki qanunvericiliyin də tələbindən göründüyü kimi, məcburi iş buraxmaya görə ödəniş yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda ödənilə bilər. Hazırkı halda məcburi işburaxma dövrü olmadığı üçün isə ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır.
26. Məhkəmə əmək haqqı tələbi ilə bağlı cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər məhkəmə kollegiyasının *5 iyun 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” 8 may 2**8-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
27. Məhkmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia məhkəmə tərəfindən əsassız hesab edildiyinə görə iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsi zərurəti də aradan qalxmışdır.
28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Lift Servis” Birliyinin 55 saylı, 27 sentyabr 2*21-ci il tarixli əmri əsasında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə yerləşdirilmiş əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin qeyd edilməsi “Lift-Servis” birliyinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
1. Mülki Prosessual Məcəllənin: 1*7-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün cavabdeh tərəfindən 5* (əlli) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. “Lift Servis” Birliyinin 55 saylı, 27 sentyabr 2*21-ci il tarixli əmri əsasında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə yerləşdirilmiş əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin qeyd edilməsi “Lift-Servis” birliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehdən 5* (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva