Məhkəmə qərarları › İş №2(060)-6901/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6901/2022

14.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6901/2022 14.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın çıxarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əmlakın ona məxsus Sumqayıt şəhəri, məhəllə 42, 11 saylı evin 11-ci mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini araşdıraraq hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər X3, X2 və İddiaçı qarşı cehiz əmlakın qaytarılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, eyni tərəflər arasında eyni tələblə - cehiz əmlakın qaytarılması ilə bağlı mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamələr qəbul edilmiş və həmin qətnamələr qanuni qüvvəsini almışdır. Hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə qaytarılması qət edilmiş cehiz əmlakın çıxarılması barədə İddiaçı Cavabdeh qarşı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni cehiz əmlakla bağlı mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılaraq müvafiq qərarlar qəbul edildiyindən hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddiaçıya izah edir ki, mübahisəli cehiz əmlakın Sumqayıt şəhəri, məhəllə 42, 11 saylı evin 11-ci mənzilindən çıxarılması məsələsinin həlli Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası mərhələsində mümkündür. Bu səbəbdən iddiaçı həmin qətnamənin icrası ilə əlaqədar müvafiq icra orqanına müraciət edə, o cümlədən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətdə və qaydada icra edilmədiyi halda icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlə müvafiq məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cümaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın çıxarılması tələbinə dair iddia ərizəsinə baxılmasından imtina edilsin və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) günmüddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar