Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6964/2025 25.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahdan kənar doğulmuş uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2024-cü il tarixli qərardadı ilə müəyyən edilən 368 manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq İddiaçı hər ay qazancının dörddə bir hissəsində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bir müddət bir yerdə yaşamışdırlar. Bu münasibətdən xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Belə ki, cavabdeh X4 aliment tutulması ücün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8851/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2015-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay cavabdehden 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh 2025-ci ilin mart ayında icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8851/2018 saylı qətnaməsi ilə borclu İddiaçı xx.xx.2015-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğininin indeksasiyasım aparmaqla borcludan tutulmalı olan alimentin minimum əmək haqqı məbləğinin 0,92 (368 manat) misli məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)- 327/2025 saylı qərardadı ilə ərizəni təmin etmişdir və ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya olunmasını qərara almışdır. xx.xx.2025-ci il tarixdə aliment müəyyən edildikdən sonra onun ailə və maddi vəziyyətində dəyişiklik olmuş, həmin tarixdən sonra hal-hazırki vəziyyəti ilə müqayisədə onun ailə və maddi vəziyyəti ağrılaşmışdır. Belə ki, İddiaçı oglu hal-hazırda "xxxx" ASC-də işləyir və aylıq əmək haqqı 550 manat təşkil edir. Bundan əlavədə borclu İddiaçı oglu ailəlidir. Rəsmi nikahdan iki övladı var. İddiaçı aylıq qazancının yarısından coxu (550 ) - 368 manat puldan 3 uşağın bərabər şəkildə (181: 3 ) 60,3 manat maddi təminat almaq hüququ vardır. Lakin yaşayış yeri onun yanında olmayan X5 onun aylıq qazancının dörddə bir hissəsinin, 3 uşaq üçün bərabər şəkildə təminat alınacaq hissəsinin (550 manat) yarısından çoxunun (369 manat) aliment qismində ödənilməsi yaşayış yeri onun yanında olan digər 2 uşağın atalarından bərabər şəkildə maddi təminat almaq hüquqlarını pozmuşdur. Belə ki, qanunvericiliyin 3 və ya daha artıq uşaq üçün maddi təminat kimi nəzərdə tutduğu İddiaçı aylıq qazancının yarısından çoxunun - 368 manatının aliment üçün tutulduqdan sonra yaşayış yeri onun yanında olan 2 uşağın hər birinə maddi təminat üçün aylıq (181) 90,50 manat pul düşür ki, bu da qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən (285 manat) kifayət qədər az olmaqla həmin uşaqların mənafelərinə zidd olaraq valideynlərindən bərabər şəkildə maddi təminat almaq hüququnun pozulması deməkdir. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı övladına lazımi diqqət və qayğı göstərmir. İddiaçının əmək haqqı yüksəkdir. Həmçinin mağazaları mövcududur. Makler kimi də fəaliyyət göstərir.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8851/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, qətnamənin dərhal icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət etilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-327/2025 saylı, xx/xx.2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya olunması qərara alınmışdır.
7. AZ-İİİ 557777 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə anadan olmuşdur. Uşağın atası İddiaçı, anası Cavabdehdır.
8. AZ-İ 281183 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 03 iyun 2015-ci ildə Cavabdeh doğulmuş X3 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 12 iyun 2015-ci il tarixdə 269 nömrə ilə qeyd edilmişdir.
9. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8851/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, qətnamənin dərhal icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət etilmişdir. Cavabdeh daha sonra həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-327/2025 saylı, xx/xx.2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya olunması qərara alınmışdır.
15. Hazırda İddiaçı alimentin azaldılması və alimentin qazancının ¼ hissəsi miqdarında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçının tələbi iki hissədən alimentin azaldılmasından və miqdarının qazancının ¼ hissəsində tutulmasından ibarətdir.
16. Məhkəmə ilk növbədə alimentin iddiaçının qazancının ¼ hissəsi miqdarında tutulmasına dair tələbinə münasibətdə qeyd edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində.
17. Hazırki işin materiallarından da göründüyü kimi yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsi ilə iddiaçıdan sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Lakin hazırda iddiaçı alimentin tutulma qaydasının dəyişdirilərək, hər ay qazancın dörddə bir hissəsində aliment tutulmasını məhkəmədən xahiş edir.
18. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi uşaqların saxlanılması üçün təyin edilmiş aliment hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində müəyyən edilmişdir. Hazırda iddiaçı təyin edilmiş alimentin dəyişdirilərək əmək haqqının 1/4 hissəsi miqdarında müəyyən edilməsini xahiş edir. Alimentin şəxsin əmək haqqına münasibətdə dəyişdiriləcəyi təqdirdə alimentin tutulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun tənzmlənməlidir. Tərəflərin birgə nikahlarından iki uşaqları olduğundan aliment dəyişdiriləcəyi təqdirdə sözügedən məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Şəxsin əmək haqqı 565 manat təşkil etdiyindən əmək haqqının 1/4 hissəsi 141,25 (565:4=141,25) manat təşkil edəcəkdir ki, bu isə hazırkı dövrdə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu miqdarından aşağı olması ilə nətcələnəcəkdir. Alimentin təyinin isə əsas məqsədi uşaqların qanunla və digər vasitələrlə sosial müdafiəsinin təmin olunması, onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməsidir. Odur ki, sadalanan halların iddiaçının övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təyin edilmiş alimentin dəyişdirilərək, əmək haqqının 1/4 hissəsi həcmində tutulması uşaqların əvvəlki təminat səviyəsinin təmin edilməsinə imkan vermir.
20. Məhkəmə iddianın aliment məbləğinin azaldılması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.
21. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.
23. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdəaliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi kimi başa düşülür.
24. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.
25. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun.
26. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır.
27. Hazırki halda da cavabdehin ayda 565 manat gəlir əldə etməsi, habelə rəsmi nikahından yetkinlik yaşına çatmayan başqa bir övladı da olduğu müəyyən edilmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş İddiaçı qohumluq məlumatlarından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin daha yüksək gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının himayəsində başqa övladının olduğunu, habelə maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin məbləği azaldılmalıdır.
28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8851/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-327/2025 saylı, xx/xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8851/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği azaldılaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva