Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7070/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni, xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı müalicəsi məqsədilə hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində pulun və mediasiya xərcinin əvəzi olaraq 60 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası Nümayəndə Cavabdeh ilə rəsmi nikaha girmədən ailə həyatı qurublar. Qeyri-rəsmi nikahlarından xx xxxx 2006-cı il təvəllüdlü X1 yəni, o, anadan olub. Sumqayıt şəhər Məhkəməsinin 30 mart. 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh onun yəni, xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq anası Nümayəndə ödənilməsi qət edilmişdir. Halhazırda onun 18 yaşı tamam olduğu üçün aliment ödənişi dayandırılmışdır. Bildirir ki, 3-cü dərəcəli müddətsiz əlildir. Anadangəlmə “Yüngül dərəcəli əqli gerilik (İQ-55), davranış pozuntuları ilə. Zəif dərəcədə miopiya M 1,0. Arxa qütbün və ləkənin degenerasiyası” diaqnozu ilə 2 saylı Sumqayıt şəhər Poliklinikasında qeydiyyatdadır. Hal-hazırda 3 saylı Sumqayıt Texnild- Peşə məktəbində oxuyur. Aldığı təqaüd təlabatını, müalicəsini təmin etmir. Xəstəlik səbəbindən mütəmadi müalicəyə ehtiyacı var. Maddi vəziyyəti olduqca ağırdır, anası Sumqayıt Yaşıllaşdırma İdarəsində fəhlə işləyir. Aldığı 330 manat təlabatlarını ödəmir. Digər yerdən gəlirləri yoxdur. Səhhəti ilə əlaqədar olaraq işləyə bilmir. Cavabdeh bir ata kimi onun müalicəsi üçün heç bir maddi yardım göstərmir. Hesab edir ki, Cavabdeh onun müalicəsi məqsədilə hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində pulun və mediasiya xərcinin əvəzi olaraq 60 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə dərək bildirdi ki, övladı xəstədir, hazırda peşə məktəbində oxuyur. Yetkinlik yaşına çatsa da, onda əqli gerilik var. Övladının xərcləri həddindən artıq çoxdur və həmin xərcləri təkbaşına ödəyə bilmir. Cavabdeh borcu ilə birlikdə 231 manat aliment ödəyirdi. Övladı xəstəliyi ilə əlaqədar heç yerdə işləyə bilmir. Hazırda 150 manat pensiya alır. Ona görə də atasının ona köməklik etməsini istəyir. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı ümumi xəstəlik əsası ilə üçüncü dərəcəli əlildir. İşdə olan 53 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə “Bərbər vizajist, münikürçü” ixtisası üzrə Sumqayıt Dövlət Peşə Təhsil Peşə Mərkəzinə (3 nömrəli Sumqayıt Peşə Lisey) qəbul olunmuşdur. Hal-hazırda təhsilini əyani davam etdirir. Təhsilini xx.xx.2025-ci ildə bitirəcəkdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh 330 manat pensiya alır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, İddiaçı 150 manat pensiya alır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara valideynləri tərəfindən alimentin ödənilməsi iki qaydada həyata keçirilir: aliment ödənilməsi barədə valideyn və övlad arasında bağlanan sazişə əsasən (Ailə Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq, tərəflər alimentin miqdarı, ödənilmə qaydası və şərtləri barədə razılığa gələ bilərlər); tərəflər arasında belə saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyən edilən həcmdə və qaydada. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimenti məhkəmə hər ay ödənilən sabit pul məbləğində təyin etməklə yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün ödənilən alimentin miqdarını dəyişdirə və yaxud valideyni aliment ödəməkdən azad edə bilər. İş materiallarından görünür ki, xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı ümumi xəstəliklə (yüngül dərəcəli əqli gerilik diaqnozu ilə) əlaqədar üçüncü dərəcəli əlildir və Sumqayıt Dövlət Peşə Təhsil Peşə Mərkəzində (3 nömrəli Sumqayıt Peşə Lisey) təhsil alır, heç bir yerdə işləmir və 150 manat pensiya alır. O, yalnız kənar şəxsin nəzarəti altında xüsusi məsuliyyət tələb olmayan peşələr üzrə işləyə bilər. Məhkəmə iddaçının tam əmək qabiliyyətinin olmadığını və maddi yardıma ehtiyacı olduğunu, eyni zamanda cavabdehin himayəsində başqa övladının olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər ay 150 manat pul tutularaq xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (50+10) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. Cavabdeh oğu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı saxlanılması məqsədilə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7070/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7070/2024
09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver