Məhkəmə qərarları › İş №2(060)-7086/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7086/2021

06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7086/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı miras payın birləşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X1 miras qalmış əmlaklarla bağlı cavabdehin mirasın qəbulundan imtina etdiyi üçün onun payının iddiaçının payının üzərinə əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 152.1.6-cı maddəsinəəsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı X1 miras qalmış əmlakla bağlı onun adına vərəsəlik şəhadətnaməsi verildiyini və cavabdehin payının açıq saxlandığını bildirir. İddiaçı hesab edir ki, cavabdeh mirası qəbul etmədiyi üçün cavabdehin payı onun payına əlavə edilməlidir. Lakin, miras əmlakın bölüşdürülməsi müvafiq notariat orqanının səlahiyyətinə aid olduğundan, mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yarandığı təqdirdə notariat orqanı bölüşdürmədən imtina etdikdə vərəsə bununla bağlı məhkəməyə müraciət edə bilər. Lakin, iddia ərizəsinə iddiaçının cavabdehin miras payının onun payına əlavə edilməsi barədə notariat orqanına müraciət etdiyini və notariat orqanının bundan imtina etdiyini təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Bu səbəbdən MPM-nin 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı miras payın birləşdirilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiçıya qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar