Məhkəmə qərarları › İş №2(060)-7090/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7090/2021

11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7090/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra idarəsi və Socar Polymer MMC-nə qarşı “icra idarəsinin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra idarəsi və Socar Polymer MMC-nə qarşı “icra idarəsinin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(060)-6697/2019 saylı icra sənədi üzrə, 15.05.2013-cü il təvəllüdlü X2 və 26.05.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün onun qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsinin miqdarının aliment kimi tutulmasının məbləğinin “Uşaqlar üçün valideyinlərin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 may tarixli, 98 №-li müvafiq qərarına uyğun qaydada, yəni SOCAR POLYMER MMC- nin 126 saylı 22.09.2020-ci il tarixli arayışına əsasən aylıq əmək haqqı olan 1350 (bir min üç yüz əlli) manat məbləğin 1/3 hissəinin, yəni 450 (dörd yüz əlli) manat məbləğdə pulun aliment kimi tutularaq tələbkar Sadıqova (İsgəndərova) Aytən Qafar qızının bank hesabına köçürülməsi vəzifəsinin yerinə yetirlməsini AR ƏN Sumqayıt şəhər İcra İdarəsinin və Socar Polymer MMC–nin üzərinə qoyulması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı müvafiq icra sənədinin icrası ilə bağlı borclu kimi məhkəmə qətnaməsinin (qərarlarının) icrası qaydasında icraat üzrə məhkəməyə müraciət etməli olduğu halda, yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad qəbul edir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra idarəsi və Socar Polymer MMC-nə qarşı “icra idarəsinin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Bundan başqa «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsi halında dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, , məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra idarəsi və Socar Polymer MMC-nə qarşı “icra idarəsinin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar