Məhkəmə qərarları › İş №2(060)-7139/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7139/2025

29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7139/2025 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların çıxarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının mülkiyətində olan ünvan 1 ünvanında yerləşən əmlaklarının - divan, kreslo, taxt, masa, şkaf, taxt döşəkləri, tikiş maşını və paltar dolabının çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 15 ünvanında yerləşən, 5 otaqdan ibarət olan 49 saylı mənzilin mülkiyyətçisidir. Mənzil 1992-ci ildə özəlləşdirilmiş və mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qeydiyyat orqanı tərəfindən rəsmən qeydiyyata alınmış, iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının oğlu X3 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, ailə həyatı qurmuşdur. Cavabdeh bir müddət ərzində həmin mənzildə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra öz istəyi ilə mənzili tərk etmiş və hazırda 2 azyaşlı uşaqları ilə mənzildə yaşamır. Lakin cavabdeh iddiaçıya və özünə məxsus olan əmlakların bir qismini 2025-ci ilin avqust ayında iddiaçının xəbəri olmadan evdən çıxarmış, lakin cavabdehə məxsus olan bəzi əmlaklar hələ də iddiaçıya məxsus olan evdədir. Dəfələrlə ona həmin əşyaları gəlib götürməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, cavabdeh bu tələblərə məhəl qoymamış və bu günədək evdə qalan əmlaklarını götürməkdən imtina etmişdir. Hazırda cavabdehin iddiaçının mənzilində saxlanılan əşyaları - divan dəsti, kreslo, taxt, masa, kiçik şkaf, 2 ədəd taxt döşəyi, tikiş maşını və paltar dolabı Cavabdeh məxsusdur və onların iddiaçının mənzilində saxlanılması onun yaşayış şəraitinə və mülkiyyət hüququna maneçilik törədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranmış problem ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyindən məhkəmə baxış iclasının başqa bir tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan: - 2 saylı Sumqayıt “ASAN xidmət“ mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X3 ilə Baxşəliyeva (Əliyeva) Sevinc Süleyman qızı arasında xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1897 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Asan-Sumqayıt (2) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. X2, X1, Cavabdeh, X3 və X5 qeyd edilən mənzildə qeydiyyatda olan digər şəxslərdir. - 17 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2, X1, Cavabdeh bu ünvanda yaşamırlar. Aktın doğruluğu qonşular - X9, X6 və X4 tərəfindən təsdiq edilmişdir. - SSRİ MSİ-nin xx.xx.1985-ci il tarixli, 386 nömrəli əmri ilə təsdiq edilmiş fərdi yaşayış fomnduna aid yaşayış evinin texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 15 ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. - Sumqayıt şəhər Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 15 ünvanında yerləşən 49 saylı mənzil Sumqayıt şəhər 1 nömrəli notarius kontorunun 28 avqust 19912-ci il tarixli, 5m-1032 nömrəli aktı əsasında özəlləşdirilmiş və mülkiyyət hüququ rəsmən qeydiyyata alınmış, İddiaçı adına qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu X3 ilə xx.xx.2009-cu il rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, həmin ildə cavabdeh cehiz əşyaları ilə birlikdə mülkiyyətçinin razılığı ilə mübahisəli evə köçmüş və bir müddət həmin evdə yaşamışdır. Lakin onların ailə münasibətləri pozulduqdan sonra cavabdeh öz istəyi ilə mənzili tərk etmişdir və hazırda X2 və X1 adlı 2 azyaşlı uşaqları ilə mənzildə yaşamır. Lakin cavabdeh iddiaçıya və özünə məxsus olan əmlakların bir qismini iddiaçının xəbəri olmadan evdən çıxarmış, lakin cavabdehə məxsus olan bəzi əmlaklar hələ də iddiaçıya məxsus olan evdədir. Dəfələrlə ona həmin əşyaları gəlib götürməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, cavabdeh bu tələblərə məhəl qoymamış və bu günədək evdə qalan əmlaklarını götürməkdən imtina etmişdir. Hazırda cavabdehin iddiaçının mənzilində saxlanılan əşyaları (divan dəsti, kreslo, taxt, masa, kiçik şkaf, 2 ədəd taxt döşəyi, tikiş maşını və paltar dolabı) Cavabdeh məxsusdur və onların iddiaçının mənzilində saxlanılması onun yaşayış şəraitinə və mülkiyyət hüququna maneçilik törədir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər . Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 15, 49 saylı mənzil üzərində mülkiyyətdən istifadə hüquqları Cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh məxsus əşyalar (divan dəsti, kreslo, taxt, masa, kiçik şkaf, 2 ədəd taxt döşəyi, tikiş maşını və paltar dolab) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar (divan dəsti, kreslo, taxt, masa, kiçik şkaf, 2 ədəd taxt döşəyi, tikiş maşını və paltar dolab) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar