Məhkəmə qərarları › İş №2(060)-7146/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7146/2024

25.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7146/2024 25.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh Müşfiq oğluna qarşı müqavilənin ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh Müşfiq oğluna qarşı müqavilənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Lider-Modern Mənzil Tikinti Kooperativi ilə Cavabdeh (sərmayəçi) arasında xx.xx.2020-ci il tarixdə LM/A 040 nömrə ilə bağlanmış «Yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə» müqavilənin ləğv olunması, Cavabdeh tərəfindən ödənilmiş pul məbləğinin 10 faizinin vurulmuş maddi zərər kimi Lider-Modern Mənzil Tikinti Kooperativinin hesabında saxlanılması və qalan məbləğin mənzil başqa şəxsin mülkiyyətinə verildikdən sonra cavabdehə qaytarılması, Cavabdeh 420 (dörd yüz iyirmi) manat pulun tutularaq Lider- Modern Mənzil Tikinti Kooperativinin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin aralarında olan mübahisəni məhkəmədən kənar qaydada sülh yolu ilə həll etdiklərini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Аzərbaycan Рespublikası МPМ-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq, həmçinin iddiaçının iddiadan imtinası barədə ərizəni və işin digər materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmamaqla yanaşı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Аzərbaycan Рespublikası МPМ-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Respublikası МPМ-in 261.0.4; 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh Müşfiq oğluna qarşı müqavilənin ləğv olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar