Məhkəmə qərarları › İş №2(060)-7161/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7161/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7161/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər birinə l93 manat məbləğində olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin hər ay tutularaq ona ödənilməsi və Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşı olanadək, yəni xx.xx.2023-cü il tarixinədək onun saxlanılmağı üçün 100 manat məbləğində alimentin hər ay tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 mart 2017-ci ildə Cavabdeh ilə nikaha daxil olmuşdur. Birgə nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 olmaqla iki övladı anadan olmuşdur. İlk vaxtlar onların ailə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşməyə başlamışdır. Hal-hazırda isə aralarındakı bütün münasibətlər çox pisdir və ayrı yaşayırlar. Övladları isə onun himayəsindədir. Övladlarının bütün xərclərini o, təkbaşına qarşılayır və cavabdeh tərəf onların xərcləri və sairə ilə maraqlanmır. Faktiki olaraq ailə münasibətləri bitmişdir və ailə münasibətlərinin bərpası imkansızdır. Eyni zamanda qeyd edir ki, övladları azyaşlıdır və ona çox bağlıdırlar. Onların ana qayğısı və nəvazişinə ehtiyacları olduğu üçün faktiki münasibətləri bitdikdən sonra da övladları onunla qalmağa davam etmişdir. Hal-hazırda da övladları ilə birlikdə yaşayır və qarşı tərəf onlarla maraqlanmır. Rəsmi maaşı olmasına baxmayaraq onların xərclərinin qarşılanması üçün heç bir şey etmir. Həmçinin qeyd edir ki, qarşı tərəfin rəsmi iş yeri vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh öz izahatında bildirmişdir ki, İddiaçı ona qarşı olan aliment tələbini tam həcmdə qəbul edir. Lakin alimentin hesablanmasının nikah pozulduqdan sonra həyata keçirilməsini xahiş edir. Bununla bağlı ərizəni məhkəməyə təqdim edih. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/6-6261 saylı X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə xx.xx.2022-ci il tarixdə məlumatlandırılmasına baxmayaraq, X2 iştirak etməmişdir. İddiaçı X2 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. AZ-İV seriyalı, 046972 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV seriyalı, 395273 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş üzrə toplanmış sənədlərdən görünür ki, Cavabdeh "xxxx" ASC-də “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” vəzifəsində işləyir və əmək haqqı 1047 manat təşkil edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, valideynlər uşağı saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Məhkəmə cavabdehin etirafını nəzərə alaraq bu nəticəyə gəlir ki, alimentin miqdarı iddia tələbi həcmində müəyyən edilməli, 26 oktyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəyə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin, cavabdehin etirafını nəzərə alarq hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 84-cü maddəsi bu Məcəllənin «Ailə üzvlərinin aliment öhdəlikləri» adlandırılan beşinci bölməsində nəzərdə tutulduğundan uşağın doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfdən aliment tutulması həmin Məcəllənin 100.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar