Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-72/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini alçaldan cavabdehlərin ondan rəsmi formada üzr istəməsi, cavabdehlərdən onun xeyrinə 1000 (min) manat mənəvi zərərin tutulması, həmçinin cavabdehlərə qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2018-ci ildən həmin ünvanda yaşayır. 2021-ci ildə müharibə bitdikdən sonra X1 itkin düşmüş qardaşının xatirə lövhəsini yaşadığı küçədə ucaltmışdır. Cavabdehlər həmin küçədə mağaza işlədirlər. İcra hakimiyyəti tərəfindən mağazadan 30 metr məsafədə zibil qabları qoyulmasına baxmayaraq cavabdehlər mağazanın qarşısına vedrələr qoyur, evin qarşısını, qardaşının şəkili olan lövhə olan yeri zibilləyirlər. Onlara bu barədə müraciət etdiyi zaman isə cavabdehlər buna küləyin səbəb olduğunu bildirmişlər. Bununla bağlı icra hakimiyyətinə də müraciət etmişdir. Cavabdehlər həmçinin onu təhqir də edirlər.Qarşı tərəf ilə heç cürə yola gəlmirlər. Artıq polis orqanları da deyir ki, məhkəmə orqanına müraciət olunmalıdır. xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ekspert gəlmiş, əraziyə baxmış, zibilləri də görmüşdür. Ondan sonra Elza qonşuları yığmış üstünə gəlmiş və qonşulara bildimişdir ki, güya o anasını məhkəməyə vermişdir. Məhkəməyə onu bildirmək istəyir ki, cavabdehlər anasına şər atırlar, təhqir edirlər. Yeyib-içirlər və qalan artıqlar onun həyətində qalır. Onu təhqir edirlər və deyirlər ki, “ sən şəhid qardaşını, şəhid anasını tanıyırsan?”. İddiaçı isə bunu təhqir olaraq qəbul edir. Onun şərəf və ləyaqəti alçaldığına görə üzr istənilməsini tələb edir. Zibil qabını götürüblər, lakin yenədə eyni qaydada ətrafı zibilləyirlər. Deyirlər ki, “gözdən pərdə asmaq üçün lövhə asmışdır.” Dünəndə onu təhqir etmişdirlər. Bildirir ki, “hansı şəhid ailəsi yalandan lövhə asar?”. İcra Hakimiyyətinin nümayəndəsinin yanında o sözü demiş və İcra hakimiyyətinin nümayəndəsi də sual vermişdir ki, “ bununla bağlı Polis orqanlarına müraciət etmisən?” Onun qardaşını dövlətin tanıdığını qeyd edir. Qardaşı itkin düşmüş, on beş nəfər də onun qardaşı kimi itkin kimi qəbul edilmişdir. Lövhəni isə özü öz hesabına vurmuşdur. Bu səbəbdən stress keçirmiş, 10 il Zob Dispanserində müalicə almış, əsəb problemləri olmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının evi ilə onların evi arasında 4 ev yerləşir. İddiaçı onlara şər atır. Dəfələrlə icra hakimiyyətinə, polisə bu məsələ ilə bağlı zəng etmişdir. Artıq onun çağırışlarına heç kim gəlmir. Şəkil çəkilən zaman o da həyətdə olmuş, zibilləri atmaq üçün onları bir yerə yığmış, bu zaman iddiaçı gəlib şəkillərini çəkmişdir. Mağazanın qarşısına vedrələri əksinə, küçə zibillənməsin deyə qoyur. Mağazanın içərisində də zibil qabı vardır. İddiaçının şəhid qardaşına gəlincə isə ona hər kəs hörmətlə yanaşır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, həmçinin iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6190 nömrəli ekspert rəyi və mülki iş məhkəməyə daxil olmuşdur. Aparılmış tədqiqatın nəticə hissəsində birinci sual üzrə qeyd olunmuşdur ki, baxış zamanı aparılmış ölçü işləri nəticəsində, ünvan 1 ünvanında yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus mağazadan İddiaçı Birinci Qarabağ döyüşlərində itkin düşmüş qardaşının xatirə lövhəsinə qədər olan məsafənin 23.2 metr olduğu müəyyən edilmişdir. İkinci sual üzrə isə qeyd olunmuşdur ki, qərardadın sualının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 362 nömrəli cavabından görünür ki, xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır. Yaşadığı ünvan üzrə nümayəndəliyin əməkdaşının, onun və qonşuların iştirakı ilə məsələ yerində araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin küçədə, eyni zamanda evin qarşısında təmizlik baxımından ümumi vəziyyət qənaətbəxşdir. Şikayətçi olduğu mağazanın sahibliyinə tapşırılmışdır ki, tullantıları ağzı bağlı kontyenrlərdə saxlasın və vaxtlı-vaxtında kənara daşısın. Digər qonşulardan da ərazinin təmiz saxlanması xahiş olunmuşdur. Qonşuluqdakı mağazanın sahibi ilə şəxsi mübahisə ilə əlaqədar müvafiq polis orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Sabunçu RPİ 12-ci PŞ-nin polis sahə inspektoru polis kaptanı Müsəllim Müsəllimovun arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə ünvanlanmış müraciətə baxılmışdır. İddiaçı müraciətində göstərilən xüsusatlar mülki hüquq xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də vətəndaşa mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 02 oktyabr 1992-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 1992-ci ilin iyul ayının birində 67 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞsi tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan ünvanda 3 ildir ki, yaşayır. Yaşadığı evin çox yaxınlığında adsız ərzaq mağazası vardır. Həmin ünvana köçdüyü vaxtdan mağazanın məişət tullantıları onun evinin qapısının ağzına qədər gəldiyindən mağaza işçiləri ilə mübahisəsi olmuş və bu barədə bir neçə dəfə şikayət etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə axşam saatlarında qonşusu ilə kanalizasiya çəkilməsi ilə bağlı söz-söhbətləri olmuşdur. Bu zaman mağazanı işlədən adını bilmədiyi kişi ilə Elza mübahisəyə qoşularaq, onun ünvanına nalayiq küçə söyüşləri söyüb təhqir etmişlər. Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisi polis mayoru Yusif Ələsgərov tərəfindən tərtib olunmuş izahatdan görünür ki, qeyd olunan ünvanda ailəsi ilə birgə yaşayır. İddiaçı müraciəti ilə tanış olmuş, Cavabdeh2 bildirmişdir ki, İddiaçı onun haqqında dedikləri tamamı ilə yanlış və şər-böhtandır. Nə o, nə də həyat yoldaşı onunla mübahisə etməmişdir. Onu nalayiq ifadələrlə təhqir etməmişdir. Təranə xanım demək olar ki, bütün qonşular ilə düşmən kimi rəftar edir və küşədə kanalizasiya xəttinin qoşulmasına öz narazılığını bildirir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisi polis mayoru Yusif Ələsgərov tərəfindən tərtib olunmuş izahatdan görünür ki, Cavabdeh1 İddiaçı müraciəti ilə tanış olmuşdur.Onun həyat yoldaşı haqqında dedikləri tamamı ilə yanlış və şər-böhtandır. Məhkəmə iddia tələbini qismən təmin edərkən məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ekspertizanın nəticəsi olaraq 23 metr məsafədən külək və digər hərəkətlərlə zibillərin iddiaçının yaşadığı ünvanda, həmçinin “şəhidin xatirə lövhəsinin” olduğu yerin zibilləməsi ehtimalının ağlabatan olmaqla, təsdiq olunması qənaətinə gəlməsinə əsas verir.Cavabdehlərin mağazanın qarşısına tulantı zibillərinin atılması üçün hər hansı bir qabın qoyulmasında öhdəçilik daşımadığı, qanunvericiliyin tələbinə əsasən həmin qabın qoyulması digər şəxsin hüquqlarının pozulması ilə nəticələndiyindən həmin hərəkətlərə (zibil qabının qoyulması) yol vermələri qanuna uyğun olmamaqla, verilmiş tələbin həmin hissədə cavabdehlərə qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsinin qadağan edilməsinin əsaslı olması qənaətinə gəlməsi ilə nəticələnir. Bundan əlavə iddia tələbində onun şərəf və layaqətini alçaldan ifadələrə yol verməsi və bunun nəticəsində mənəvi zərər tələb etməsinə əsas olan sarsıntılar keçirməsi, sağlamlığına zərər vurulması ilə səbəbli əlaqənin olması məhkəmə araşdırması gedişatında Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən sübut olunmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də cavabdehlərin qanunsuz hərəkəti ilə iddiaçının sağlamlığına birbaşa qəsdən zərər vurulması, həmçinin bu əməlin törədilməsi üsulu, zərərin yetirildiyi bədən nahiyəsi, onun iztirab keçirməsi sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsi qanuna uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.1 və 170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-cı maddəsinə əsasən, delik törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ...Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə məhkəmə, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərə qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsi qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, təmin edilmiş hissənin həcmi nəzərə alınmaqla, 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3–cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsi qadağan edisin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-72/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-72/2023
03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver