Məhkəmə qərarları › İş №2(060)-7212/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7212/2022

13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7212/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızının və xx.xx.2010-cu il təvəllüdlü Quliyev Turan Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa sabit pul məbləğində 200 manat aliment, xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Nigar Cavabdeh qızının universitet xərci olan hər ay 100 manat və mediasiya rüsumu olan 50 manatdan 25 manat rüsumun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7234/2015 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuş, onlarıb xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Nigar Cavabdeh qızı, xx.xx.2008ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızı və xx.xx.2010-cu il təvəllüdlü Quliyev Turan Cavabdeh oğlu adlı üç övladları iddiaçının himayəsinə verilmişdir. xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızının universitet xərci hər ay 100 manatdır. Lakin, cavabdeh hazırda uşaqların inkişafı ilə maraqlanmır, ehtiyaclarını qarşılamaq üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına böyütmək isə iddiaçıya çətinliklər törədir. Belə ki, iddiaçı hazırda heç yerdə işləmir, orta təhsilli olduğuna görə iş tapmaqda çətinlik çəkir. Aliment tələbinə dair ərizə ilə Mediasiya Şurasına etdiyi müraciət isə nəticəsiz qalmış, Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışı əsasında ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, nikah pozulduqdan sonra bir müddət cavabdehlə birlikdə yaşamışlar, hazırda cavabdehlə birlikdə yaşamırlar. Cavabdeh uşaqlarının saxlanılmasında iştirak etmir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi. Bildirdi ki, rəsmi iş yeri yoxdur, fevral ayından bəri ayrı evdə yaşayırlar. Maddi imkanı olanda uşaqlarının saxlanılması üçün köməklik edir. Bildirdi ki, aylıq 350 manat aliment ödəyə bilər. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Nigar Cavabdeh qızı, xx.xx.2008-ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızı və xx.xx.2010-cu il təvəllüdlü Quliyev Turan Cavabdeh oğlu adlı üç övladları vardır. - MŞB/6-6455 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7234/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü ildə Sumqayıt Nikah Evində bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Nigar Cavabdeh qızı, xx.xx.2008-ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızı və xx.xx.2010-cu il təvəllüdlü Quliyev Turan Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2004-cü il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Nikahda olduqları dövrdə xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Nigar Cavabdeh qızı, xx.xx.2008-ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızı və xx.xx.2010-cu il təvəllüdlü Quliyev Turan Cavabdeh oğlu adlı üç övladları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7234/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2004-cü ildə Sumqayıt Nikah Evində bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Nigar Cavabdeh qızı, xx.xx.2008-ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızı və xx.xx.2010-cu il təvəllüdlü Quliyev Turan Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması qət edilmişdir. Cavabdeh uşaqlarının saxlanılması üçün heç bir köməklik etmir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın xx.xx.2005-ci il təvəllüdlü Quliyeva Nigar Cavabdeh qızının universitet xərci olan hər ay 100 manat pulun ödənilməsi ilə bağlı hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2008-ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızının və xx.xx.2010-cu il təvəllüdlü Quliyev Turan Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 190 manat olmaqla, ümumilikdə hər ay üçün 380 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin cavabdehə aid hissəsinin ondan alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, mediasiya xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 50 manatın 25 manatı Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü Quliyeva Tahirə Cavabdeh qızının və xx.xx.2010-cu il təvəllüdlü Quliyev Turan Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 190 manat olmaqla, ümumilikdə hər ay üçün 380 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olaraq idddiaçı İddiaçı tərəfindən ödənilmiş 50 manatın 25 manatı Cavabdeh tutularaq İddiaçı verilsin, qalan 25 manatı İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Alimentin tutulmasının əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar