Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7256/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair, müalicə üçün xərclədiyi 8500 manat və ödədiyi 250 manat kirayə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi, üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahdan doğulmuş övladları 14 noyabr 2009-cu il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 250 manat, ümumilikdə 500 (beş yüz) manat sabit pul və 01 yanvar 2017-ci ildən 31 oktyabr 2023-cü ilə qədər 13.476,00 (on üç min dörd yüz yetmiş altı) manat məbləğində (hər müvafiq illərin sabit pul şəklində hesablanmış məbləğində) alimentin, iyul ayından etibarən hər ay üçün ödədiyi 250.00 (iki yüz əlli) manat kirayə pulu (ümumilikdə 4 ay üçün 1000 (bir min) manat və övladının müalicəsi üçün xərclədiyi 8500 (səkkiz min beş yüz) manat pulun onun əmək haqqısından (qazancından) və digər gəlirlərindən (pensiyasından) tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(060)-7256/2023 saylı qərardadı ilə məhkəmə hazırlıq iclası 06 dekabr 2023-cü il tarixə saat 10-50-ə təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək hazırda yeni iddia ilə müraciət edilməsi ilə əlaqədar iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARVERDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair, müalicə üçün xərclədiyi 8500 manat və ödədiyi 250 manat kirayə pulun ödənilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-7256/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7256/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver