Məhkəmə qərarları › İş №2(060)-74/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-74/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-74/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «aliment tələbi»nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıq iddia üzrə cavabdeh İddiaçı qarşı «nikahın pozulması və uşağın atanın yanında qalması tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cu il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları- xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 vardır. Tərəflər uzun müddət bir ailə kimi bir yerdə yaşamışlar. Lakin sonralar xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. Bunun nəticəsində də hər gün aralarında söz-söhbət, dava-dalaş olurdu. Ailə faktiki olaraq dağılmışdır. Hal-hazırda iddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşaqlarına maddi cəhətdən kömək etməkdən imtina edir. Göstərilənlərə əsasən birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın atanın yanında qalması tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi qaydada xx.xx.2014-cü il tarixdə 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir: xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5. Tərəflər uzun müddət ailə kimi bir yerdə yaşamışlar. Lakin, sonralar xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. Bunun nəticəsində də hər gün aralarında söz-söhbət, dava-dalaş olurdu. Ailə faktiki olaraq dağılmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh iddiaçının dayısı qızıdır və hər dəfəsində də məhz bu səbəbdən dayanmışdır. Lakin hal-hazırda İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini, guya uşaqlara maddi cəhətdən kömək etmədiyini iddia edərək aliment tələb edir. İddiaçı bu iddiası təbii ki əsassızdır. O, belə pis həyat yoldaşı və atadırsa, niyə hal-hazırda boşanmaq yox, məhz maddiyyat ön plana çıxarılır. Həqiqət isə ondan ibarətdir ki, illərlə eldən-obadan abır həya etdiyi üçün susmuşdur. Madam ki, cavabdeh məhkəməyə müraciət etmiş, bundan belə susmağın və formal ailəni davam etdirməyin zərurəti qalmamışdır. Uşaqlar ataya bağlıdır. İddiaçı çoxdandır ki, ailəyə yaraşmayan hərəkətlər edir, bunu həm hiss edir, həm də görürdü, lakin dəlil və sübutu yox idi. Bu səbəbdən də formal nikahın pozulmasını, xx.xx.2017-ci il təvəllüdlü X1, yəni oğlunun onun himayəsinə verilməsini istəyir. Bu istək oğlundan irəli gəlir, o qətiyyən ondan ayrı qala bilmir. X1 dostları, ümumiyyətlə çevrəsi ilə olduqca yaxşı münasibəti var. Göstərilənlərə əsasən tərəflərin xx.xx.2014-cü il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın pozulmasına, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X1 atasının himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın qismən təmin edilərək, nikahın pozulmasına razı olduqlarını, lakin uşağın atanın yanında qalmasına etiraz etdiklərini bildirmişlər.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını və ilkin iddia tələbin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək, tərəflər arasında bağlanılmış nikahın pozulmasına və xx.xx.2017-ci il təvəllüdlü X1 atası Cavabdeh himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə işə ilkin iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Belə ki, iş materiallarında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 06 mart 2014-cü il tarixdə verilmiş AZ-İ № 935632 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 346 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir.

11. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 02 mart 2018-ci il tarixində verilmiş AZ-İV № 089704 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 17 noyabr 2017-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

12. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 09 iyun 2020-ci il tarixində verilmiş AZ-İV № 447951 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 13 dekabr 2019-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-001089 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-00979 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixə, saat 09:00-a təyin edilmiş prosesə gəlmişlər, lakin prosesin davam etdirilə bilməsinə razılıq verməmişlər. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 475 saylı, 15 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, uşaqların yaşını, hazırda daha çox ana qayğısına ehtiyacı olmasını nəzərə alaraq, Komissiya digər valideyni ilə ünsiyyətdə olmasına maneə yaradılmaması şərtilə nəzərə alaraq, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir.

16. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan X7 mənzil-məişət və həyat şəraitinə dair müayinə aktından məlum olur ki, İddiaçı mülkiyyət hüququ həyat yoldaşı Cavabdeh məxsus olan ünvan 1 ünvanında yaşayır. Mənzilin ümumi sahəsi 70,0 m2 olmaqla 2 otaqdan, mətbəxdən və sanitar qovşaqından ibarətdir. Mənzil məbel və digər zəruri əşyalarla təhciz edilmişdir. Kommunal şəraiti qənaətbəxşdir. Mənzildə uşaqların yaşaması və saxlanılması üçün şərait qənaətbəxşdir. Mənzilin yerləşdiyi ərazidə məktəb, bağça, poliklinika, uşaq əyləncə mərkəzi digər sosial infrastruktur mövcuddur. Mənzildə İddiaçı ilə birgə övladları- Cavabdeh (2017) və X5 (2019) və Cavabdeh yaşayır. Mənzildə İddiaçı ilə birgə digər otaqlarda qaynanası- X8 (1965) və qaynı- X9 (1991) yaşayır. İddiaçı davranışı və mənəvi-əxlaqi keyfiyyətləri uşaqların onun himayəsinə verilməsinə zidd ola biləcək hal baş verməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 06 mart 2014-cü il tarixdə nikahlarını bağlamışlar, birgə nikahdan iki övladları olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar, ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, ailənin yenidən bərpası mümkün deyildir. Hazırda ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə uşaqların saxlanılması üçün aliment ödənilməsini tələb edir, qarşılıqlı iddia üzrə iddiaçı isə nikahın pozulmasını, uşaqlardan xx.xx.2017-ci il təvəllüdlü X1 öz yanında saxlanılmasını məhkəmədən tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

23. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

24. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, tərəflərin izahatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilərək, Cavabdeh övladları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir.

25. Belə ki, ilkin iddia üzrə iddiaçı hər ay sabit pul məbləğində 220 manat miqdarında alimentin tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu və ilkin iddia üzrə cavabdehin zəruri imkanlara malik olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

27. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.

28. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

30. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, ilkin iddia üzrə cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, ilkin iddia üzrə iddiaçı da valideyn olaraq öz uşaqlarını saxlamağa borcludur.

32. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

33. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

35. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 09 iyun 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. 36.Məhkəmə ilkin iddia tələbinin “mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

38. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərci ilkin iddia üzrə iddiaçıya aid edilməlidir.

39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir.

40. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

42. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

43. Həmçinin, Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

44. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasını təkid etdiyindən, eyni zamanda ailənin tamlığının saxlanılması mümkün olmadığından tərəflər arasında 06 mart 2014-cü il tarixində Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 346 № ilə qeyd edilmiş nikah pozulmalıdır.

45. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

46. Məhkəmə hesab edir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir.

47. Məhkəmə qarşılıqlı iddia tələbinin “uşağın atanın himayəsində saxlanılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

48. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir.

49. Həmin Məcəllənin 60.1, 60.2 və 60.4-cü maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

50. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

51. Məhkəmə uşaqların mənafelərini, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 475 saylı, 15 dekabr 2023-cü il tarixli rəyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalıdırlar.

52. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 09 iyun 2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 06 mart 2014-cü il tarixdə bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 346 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

53. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

59. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 09 iyun 2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 06 mart 2014-cü il tarixdə bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 346 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında qalsınlar. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar