Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7511/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Yasəf oğluna qarşı «pul tələbi və torpaq sahəsinin real bölgüsü» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Yasəf oğluna qarşı «pul tələbi və torpaq sahəsinin real bölgüsü» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 iyul 2021-ci il tarixdə cavabdehlərlə istifadə hüquqlarının alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilməmiş qalan 39.000 (otuz doqquz min) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, avqust 2021-ci il taixdən sentyabr 2022-ci il tarixədək olan müddət üçün ümumi torpaqdan istifadə ilə əlaqədar əldə edilmiş gəlir barədə müfəssəl hesabat sənədləri əsasında (gəlir və xərclər göstərilməklə) həmin dövr üçün əldə olunmuş qazancdan ona düşən payın ödənilməsi, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,653 ha ölçüdə olan torpaq sahəsinin istifadə hüququ ilə ona məxsus olan 1/4 hissədə torpağın real bölgüsü əsasında alqı-satqı müqaviləsindən əvvəl həmin torpaq sahəsi üzərində aparılmış tikililər olan (mətbəxt, təsərrüfat otaqları və s.) hissəsinin ona ayrılması, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 208 manat dövlət rüsumunun, etibarnamənin verilməsinə 17,5 manat və vəkilin hüququ yardımına görə ödənilmiş 501 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, məhkəməyə ödənilməli olan dövlət rüsumunun kəsirinin cavabdehlərə aid edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, cavabdehlərə qarşı yönəlmiş tələb aydın ifadə edilməmiş, tələb olaraq iddia edilən «2021ci ilin avqust ayından sentyabr 2022-ci il tarixədək olan müddət üçün ümumi torpaqdan istifadə ilə əlaqədar əldə edilmiş gəlirin miqdarı, müfəssəl hesabat sənədlərində həmin dövr üçün əldə olunmuş qazancın məbləği və ona düşən payın həcminin» nədə ifadə olunduğu dəqiq olaraq göstərilməmişdir. Halbuki, qanunun göstərişinə görə iddiaçının tələbi aydın, dəqiq göstərilməlidir. Qeyd olunan halı məhkəmə ərizədə iddiaçının tələbinin göstərilməməsi kimi qiymətləndirir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Yasəf oğluna qarşı «pul tələbi və torpaq sahəsinin real bölgüsü» tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7511/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7511/2022
21.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver